Marina Diamandis

Marina Lambrini Diamandis (yun. Μαρίνα-Λαμπρινή Διαμαντή; 10 oktyabr 1985[1], Brinmavr[d][2]) keçmiş səhnə adı ilə Marina and the Diamonds — uelsli müğənni-mahnı yazarı.

Marina Diamandis
yun. Marina
Ümumi məlumatlar
Doğum adı Marina Diamandis Lambrinis
Ləqəbi Marina and the Diamonds
Doğum tarixi 10 oktyabr 1985(1985-10-10)[1] (39 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, müğənni, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar indi-pop[3], yeni dalğa, sinti-pop, dans-pop
Səs tembri messo-soprano
Albom şirkətləri Atlantic Records, Elektra Records
Təhsili
marinaofficial.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marina Diamandis Brinmavrda anadan olub və Aberqavennidə böyüyüb. O, musiqi təhsili olmamasına baxmayaraq, müğənni kimi karyera qurmaq üçün Londona köçür. 2009-cu ildə o, BBC-nin tərtib etdiyi "Sound of 2010" sorğusunda ikinci yeri tutaraq məşhurlaşır. Marina 2010-ci ildə indi-popyeni dalğa musiqi üslublarının qarışdıraraq yaratdığı "The Family Jewels" adlı ilk studiya albomunu təqdim edir. Albom UK Albums Chart-da beşinci pilləyə yüksəlir və Britaniya Fonoqrafik Sənayesi tərəfindən qızıl sertifikat alır. Albomdan ikinci sinql olan "Hollywood" UK Singles Chart-da 12-ci sırada qərarlaşır. Marina 2012-ci ildə özünün sayca ikinci olan "Electra Heart" adlı konsept albomunu çıxarır. Bu albomda öz fikirlərini eyniadlı alter eqosunun dili ilə çatdırır. Bu albom elektropop və dans-pop janrlarında olan mahnılardan ibarətdir. "Electra Heart" Marinanın Birləşmiş Krallıqda bir nömrəyə çatan ilk albomu olmuşdur. Albomun özü ABŞ və Birləşmiş Krallıqda qızıl sertifikat almış, sinqlları "Primadonna" və "How to Be a Heartbreaker" isə musiqi cərgələrində hit olmuşdur.

Marinanın europopdan təsirlənərək hazırladığı üçüncü studiya albomu "Froot" həm Birləşmiş Krallıqda, həm də ABŞ-də ilk 10-luğa girərək əhəmiyyətli uğur qazanmışdır. O, bu uğura Birləmiş Krallıqda üçüncü dəfə, ABŞ-də isə Billboard 200-ə daxil olaraq ilk dəfə nail olmuşdur. 2018-ci ildə onun Clean Bandit qrupu ilə birgə səsləndirdiyi "Baby" sinqlı Birləşmiş Krallıqda ilk 15-ə daxil olub. Marinanın 2019-cu ildə buraxdığı dördüncü albomu "Love + Fear" UK Albums Chart-da 5-ci pilləyə yüksəlmişdir. Marina Diamandisin beşinci studiya albomu "Ancient Dreams in a Modern Land" 2021-ci ildə işıq üzü görüb. Bu albom Birləşmiş Krallıqda 17-ci sıraya çatmışdır. Albomun 2022-ci ildə delüks versiyası da buraxılmışdır.

Marina Lambrini Diamandis 10 oktyabr 1985-ci ildə[4][5] Brinmavrda anadan olub[6] və Aberqavenni yaxınlığında böyüyüb.[7] Onun Lafina adlı böyük bacısı var.[7] Uelsli anası və yunan atası Nyukasl Universitetində tanış olub və Marinanın dörd yaşı olanda ayrılıblar.[5] Ayrılıqdan sonra atası Yunanıstana qayıtmışdır. Marina anası ilə birlikdə Uelsdə qalarkən atası arabir ziyarətə gəlirdi. Uşaqlığını "sadə və sakit" və "dinc, çox normal, kasıb" kimi təsvir etmişdir.[8] Marina uşaq yaşlarında oğlan kimi olduğunu, qarşı cinslə çoxlu vaxt keçirmək niyyəti ilə futbol oynadığını etiraf edib.[7]

Marina uşaq ikən Haberdashers' Monmouth School for Girls-də təhsil alın. O, deyir: "Mən öz istedadımı orada tapdım... Mən həmişə xordan kənarda qalan biri idim, amma mənim hər şeyi edə biləcəyimə inandıran inanılmaz musiqi müəllimim var idi." [9] 16 yaşında "irsi ilə əlaqə saxlamaq və ana dilində danışmağı öyrənmək" üçün Yunanıstana atasının yanına köçüb. Orada nənəsi ilə yunan xalq mahnılarını oxumuşdur.[10] Marina Afinadakı Müqəddəs Ketrin Britaniya Səfirliyi Məktəbində bakalavr dərəcəsi qazandıqdan sonra iki il sonra vətəni Uelsə qayıdır.[5] Anası ilə birlikdə İngiltərəyə köçüb və Ross-on-Uay-da məskunlaşıb.[7] Müğənnilik ilə maraqlanan Marina, Londona köçməyi qarşısına məqsəd qoymuş və pul qazanmaq üçün iki ay müddətində yanacaqdoldurma məntəqəsində çalışmışdır.[11]

Marinanın uşaqlıqdan mahnı yazmağa sevgisi olmuşdur, təhsili olmaması onun yazıb-yaratmasına imkan verməmişdir.[11] İlk dəfə 18 yaşında musiqi yazmağa başlayıb. Gənc yaşlarında Londona köçüb və rəqs məktəbinə daxil olub. Bu çox davam etməmiş, iki aydan sonra oranı tərk etmişdir.[12] Marina musiqi təhsilinə Şərqi London Universitetində yiyələnib. Buranı başa vurduqdan sonra Midlseks Universitetində klassik bəstəkarlıq kursuna keçmişdir, ancaq iki aydan sonra təhsilini yarımçıq qoyur.[13]

  1. 1 2 http://www.imdb.com/name/nm3602370/.
  2. 1 2 http://www.walesonline.co.uk/lifestyle/showbiz/marina-says-shes-more-greek-1896966.
  3. http://www.albumoftheyear.org/list/125-the-guardians-best-albums-of-2012/.
  4. "Marina Diamandis". Glamour. Condé Nast. 27 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
  5. 1 2 3 Tzafalias, Menelaos. "Μαρίνα έχεις ταλέντο" [Marina's got talent]. To Vima (yunan). 19 April 2010. 27 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  6. Wright, Jade. "Marina and the Diamonds on why Liverpool is the perfect place to play a gig". Liverpool Echo. Trinity Mirror. 21 September 2012. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2014.
  7. 1 2 3 4 "I knew I'd be famous – Marina Diamandis". Media Wales. 6 February 2010. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
  8. Diu, Nisha Lilia. "'I'm Marina, You're the Diamonds'". The Daily Telegraph. 20 January 2011. 3 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2015.
  9. "British Pundits predict big future for Greek singer this year". Paikiaki. 1 January 2012. 27 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  10. Sitat səhvi: Yanlış <ref> teqi; MermaidVsSailor adlı istinad üçün mətn göstərilməyib
  11. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; jupp adlı istinad üçün mətn göstərilməyib
  12. Levine, Nick. "Ones To Watch: Marina and the Diamonds". Digital Spy. Hearst Corporation. 26 December 2009. 27 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
  13. Fulton, Rick. "Sparkling Diamond". Dailyrecord.co.uk. 17 April 2009. 18 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]