Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Facebook Messenger
Facebook Messenger, yaxud sadəcə Messenger — Facebook-un yaratdığı və inkişaf etdirdiyi yazılı, səsli və görüntülü xəbərləşmə servisi. Messenger Facebook istifadəçilərinə həm əsas sayt, həm də mobil tətbiq üzərindən əlaqə qurmaq üçün şərait yaradır. Günümüzdə 5 milyarddan çox insan Messenger istifadə edir.
Windows Live Messenger(MSN)
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Sulamif Messerer
Sulamif Mixaylovna Messerer (Meşoyrer) (rus. Сулами́фь Миха́йловна Мессере́р (Мешойрер); 27 avqust 1908, Moskva – 3 iyun 2004, London) — Sovet balerinası və balet müəllimi, üzgüçü. Asap Messerer və Rahila Messerer-Plisetskayanın bacısı, Mixail Messererin anası, Maya Plisetskayanın xalası və övladlığa götürən ökey anası. RSFSR xalq artisti (1962). == Həyatı == Sulamif Plisetskaya 27 avqust 1908-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866-1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870-1929) ailəsində anadan olub. Milliyyətcə valideynləri yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. Sulamifin atası Mendel 8 xarici dil bilirdi. O, Xarkovda diş həkimi diplomu alıb və 1904-cü ildə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı yeri tərk edərək Moskvaya gedə bilib.
Raynhold Messner
Raynhold Messner (alm. Reinhold Andreas Messner‎; 17 sentyabr 1944, Bressanone, İtaliya) — alman əsilli italiyalı alpinist. Alpinizm tarixində ən böyük uğurlara imza atmış şəxs hesab olunur. 14 zirvə, 7 zirvə, və cənub qütbünü fəth etmişdir. Oksigen balonu istifadə etmədən Everestə çıxmış ilk şəxsdir. Sərgüzəştləri haqqında 30-dan çox kitab yazmışdır, 63 kitabın müəllifidir (almanca, 1970–2006).
Reynhold Messner
Raynhold Messner (alm. Reinhold Andreas Messner‎; 17 sentyabr 1944, Bressanone, İtaliya) — alman əsilli italiyalı alpinist. Alpinizm tarixində ən böyük uğurlara imza atmış şəxs hesab olunur. 14 zirvə, 7 zirvə, və cənub qütbünü fəth etmişdir. Oksigen balonu istifadə etmədən Everestə çıxmış ilk şəxsdir. Sərgüzəştləri haqqında 30-dan çox kitab yazmışdır, 63 kitabın müəllifidir (almanca, 1970–2006).
Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası. == Həyatı == Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866-1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870-1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M.B.Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar. Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinifi).
Ona Mesenquer
Ona Mesenquer (d. 20 fevral 1988) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ona Mesenquer, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.