Raynhold Messner (alm. Reinhold Andreas Messner; 17 sentyabr 1944, Bressanone, İtaliya) — alman əsilli italiyalı alpinist. Alpinizm tarixində ən böyük uğurlara imza atmış şəxs hesab olunur. 14 zirvə, 7 zirvə, və cənub qütbünü fəth etmişdir. Oksigen balonu istifadə etmədən Everestə çıxmış ilk şəxsdir. Sərgüzəştləri haqqında 30-dan çox kitab yazmışdır, 63 kitabın müəllifidir (almanca, 1970–2006).
Şəxsi məlumatlar | |
---|---|
Milliyəti | İtalyan |
Doğumu | 17.9.1944 Bressanone, İtaliya |
Peşəsi | səyyah-tədqiqatçı siyasətçi yazıçı alpinist |
Saytı | www.reinhold-messner.de |
Alpinistlik karyerası | |
Tanınır | 14 səkkizminliyin hər birini fəth etmiş ilk şəxs |
Əsas fəth etmələr | Everest , oksigen balonu istifadə etmədən |