Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Milax
Milax — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. == Toponimiyası == Əlincə çayının sahilindədir. 1905- ci ildə Qazançı kəndindən çıxmış ailələr Milax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim düz yer, düzəngah, çöllük mənasındadır. == Əhalisi == Əhalisi 1000 nəfərdir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Fakundo Milan
Fakundo Milan (3 fevral 2001-ci ildə Limpioda anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Defensor Sportinq klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Defensor === Milan Defensor akademiyası vasitəsilə inkişaf etmişdir. Milan öz peşəkar karyerasında debütünü 8 oktyabr 2017-ci ildə Plaza Koloniya klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Hektor Akunanı ilə əvəz olunmuşdur. Milan görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Defensor liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 Yanvar 2018 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Milad Beigi
Milad Beygi və ya tam adı ilə Milad Beygi Hərçigani (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub. O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub. Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. == Həyatı == Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub. Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur. Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.
Milad Beygi

Milad Qəzzafi
Milad Qəzzafi — Müəmmər əl-Qəzzafinin oğulluğa götürdüyü övladı 1986-cı ildə amerikalılar Qəzzafinin qərargahını bombardman edərkən Liviya liderinin sağ qalmasında Miladın rolu olub.
Milad adası
== Əhali == Milad adası əhalisi sayina görə müxtəlif illərdə belə dəyişmişdi:1901-0,7 min nəfər; 1957-2,6 min; 1983-3 min;2001-1,5 min. == Dil == Milad adasının rəsmi dili-ingilis dilidir.
Milan Universiteti
Milan Universiteti (it. Università degli Studi di Milano) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1923-cü ildə qoyulmuşdur. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. == Fəaliyyəti == Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanmışdır. == Mərkəzləri == Universitetin müxtəlif mərkəzləri var. Bunlardan əsas 4 mərkəz Milanın müxtəlif bölgələrində, 11-i isə Milandan kənarda yerləşir.
Milan Yazbets
Milan Yazbets — Sloveniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Milan Zaqorats
Milan Zaqorats — Serbiya futbolçusu. == Karyerası == Milan Zaqorats 10 yaşından "Zemun" FK-da (Belqrad) futbol oynamağa başlayıb. 16 yaşında Belqradın BSK komandasında oynayıb. 17 yaşında Pançevo şəhərinin "Dinamo" klubu ilə müqavilə bağlayıb və 1-ci dəstədə oynayıb. 2000-2001-ci illərdə Almaniyanın ikinci dəstə təmsilçisi olan "Şvaynfurt-05" komandasının şərəfini qoruyub və klub 1-ci dəstəyə vəsiqə qazanıb. 2002-ci ildə Serbiya və Çernoqoriyanın güclülər dəstəsində oynayan OFK komandasında çıxış etməyə başlayıb. 2004/2005 mövsümündə isə Ukraynanın "Krivbass" (Krivoy Roq) klubunun müdafiəçisi olub. Bundan sonra İnter Bakının heyətində çıxış edib (2005-2010). == Uğurları == OFK-nın heyətində UEFA-nın İntertoto kuboku yarışlarında (2002-ci il) oynayıb.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. == Tarixi == 1808-ci ildə yaranmışdır.
Milan derbisi
Milan derbisi — İtaliyanın iki nəhəng klubu Milan və İnter klubları arasında olan futbol oyunu. Milan derbisi əsasən İtaliya A Seriyası oyunları, həmçinin futbol üzrə İtaliya kuboku və Avropa Çempionlar Liqası oyunlarında keçirilir. Bəzən derbi İtaliyada "Derby della Madonnina" adlanır. Buna səbəb isə adətən italiyalıların derbi oyunlarını, derbi keçirilən şəhərdə olan bir görməli yer ilə adlandırmasına görədir. Milan şəhərində olan məşhur Milan Kafedralının üzərində yerləşən Müqəddəs Məryəm (Madonnina) heykəlinə görə isə, italiyalılar bu derbini "Derby della Madonnina" adlandırır. == Tarixi == Derbinin tarixi 10 yanvar 1909-cu ildən başlayır. İlk oyun Milan klubunun 3–2 hesablı qələbəsi ilə nəticələnib. == Stadion == Oyunlar hal hazırda San Siro stadionunda keçirilir.
Milan edikti
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Milan eli
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. == Tayfalar == Elin tərkibində altı əsas tayfa olmuşdur.
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Milan hersoqluğu
Milan hersoqluğu (it. Ducato di Milano; lat. Ducatus Mediolani) ― İtaliyanın şimalında yerləşən Müqəddəs Roma İmperiyasına tabe olan dövlət. Paytaxtı Milan olan dövlət 1395-ci ildə Jan Qaleazzo Vizkonti tərəfindən yaradılmışdır. Hersoqluğun qonşuları şərqdə Venesiya Respublikası, qərbdə Savoyya hersoqluğu, cənubda Genuya Respublikası və şimalda İsveçrə kantonları idi. Rəsmi olaraq istifadə olunan dillər Lombard və İtalyan dilləri idi. Ən geniş sərhədlərinə XV əsrin əvvəllərində çatan dövlət, bütün Lombardiya əyalətinə və Venesiya, Emilia Romagna və Piemonte əyalətinin bir hissəsinə sahib idi. Sforza sülaləsi dövründə ipək sənayesinin inkişafı ilə zənginləşən şəhər, İntibah dövrünün ən zəngin dövlətlərindən birinə çevrilmişdir. XV əsrin sonlarına doğru Fransa krallığı ilə Habsburq İmperiyası arasındakı mübarizənin səbəblərindən biri olmuşdur. 1556-cı ildə Habsburg İspaniyasına keçən Milan hersoqluğu, keçmiş imperiya sərhədlərində olduğu üçün 1707-ci ildə Habsburg Avstriyasına keçmişdir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Milan kilsəsi

Milan Şkrinyar
Milan Şkrinyar (11 fevral 1995, Jiar nad Hronom, Banska Bistritsa) — Slovakiyalı peşəkar futbolçu. Fransanın "Pari Sen-Jermen" klubu və Slovakiya milli komandasının mərkəz müdafiəçisi.
Milan əyaləti
Milan əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Milax məscidi
Milax məscidi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax kəndi ərazisində XIX əsrə aid memarlıq abidəsi. Möhrəvə çiy kərpicdən tikilmiş məscid uçduğundan XX əsrin sonlarında daş və kərpic materialı ilə yenidən inşa olunmuşdur. Planda kvadrat formaya yaxın olan məscidin sahəsi 134 m²-dir. İbadət zalı iki sıra sütunla üç yerə bölünmüşdür. İbadət zalının hündürlüyü 6 metrdir. Məscidin böyük girişi, eyvanı, cənub tərəfindən, kişilərə məxsus zala açılır. İbadət zalının cənub divarında hündür və ensiz sivri tağ formalı mehrab taxçası yerləşdirilib. Məscidin daxili divarlarından çıxarılmış konsollar üzərində yerləşdirilmiş eyvan (eni 1,4 metr) qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qadınların ibadət yerinə məscidin cənub tərəfdə inşa olunmuş eyvanından daxil olmaq mümkündür. Məscid salonun cənub, şərq və qərb divarlarında yerləşdirilmiş ensiz pəncərələr (0,8 x 0,8 metr) vasitəsilə işıqlandırılır.
Milad ağacı
Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır. Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.