Milad Beygi[1] və ya tam adı ilə Milad Beygi Hərçigani[1] (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan[1]) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.
Milad Beygi | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
İran (2014—2015) → Azərbaycan (2015—) |
|||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 mart 1991 (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||
Boyu | 200 sm. (6 ft 7 in) | |||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Taekvondo | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2014— | |||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Reza Mehmandost | |||||||||||||||||||||||||||||||||||||
Komandası | Gilan İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.
Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni[2] ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu[3] ilə təltif edilib.
Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub.[1] Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur.[1] Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.[4] Milad Beygi, subaydır.[4]
Milad Beyginin birinci beynəlxalq turniri 2014-cü ilin 16–20 avqustunda İranın Tehran şəhərində baş tutan hərbçilər arasında Dünya Çempionatında mübarizə apardı. Milad Beygi turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Lon Lona 12:4 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Finala gedən yolda Milad Beyginin rəqibi 2008-ci il Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Arman Yeremyan oldu. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 18:10 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə onun rəqibi Qətər nümayəndəsi Mahmud Həmdi Abdul Rəhim oldu. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 16:4. Bununla da Milad Beygi hərbçilər arasında Dünya Çempionatının qalibi oldu.[5]
2015-ci ilin 18–24 fevralında Milad Beygi İranın Tehran şəhərində baş tutan Fajr Open beynəlxalq turnirində mübarizə apardı. Milad Beygi həmin turnirin yarım-final mərhələsində Fransa nümayəndəsi Torann Maizeroini 8:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi 2011-ci il Dünya Çempionatının qalibi olan İran nümayəndəsi Fərzad Abdullahiyə üzərində 12:0 hesabı ilə qələbə qazandı və Fajr Open beynəlxalq turnirinin qızıl medalına sahib oldu.[5]
2015-ilin yanvarında Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi postuna təyin edildi.[6] Bundan sonra Reza Mehmandost Milad Beygini Azərbaycan yığmasına dəvət elədi. İran yığmasında Mehdi Xodabaxşi ilə rəqabətdə məğlub olan və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə apara bilməyən Milad Beygi Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan yığmasının üzvü oldu.
Milad Beyginin Azərbaycan bayrağı altında birinci turniri 2015-ci ilin aprelində oldu.[7] Kiyev şəhərində baş tutan Ukraine Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində Ukrayna nümayəndəsi Sergey Çayqa üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[8] Həlledici görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Yunus Sarı oldu.[8] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 14:15 hesabı ilə məğlub oldu və beynəlxalq turnirin gümüş medalına sahib oldu.[8]
Daha sonra Milad Beygi 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatında mübarizə aparmalı idi, amma Milad Beyginin vətəndaşlığı ilə bağlı hüquqi prosedurlar hələ başa çatmadığına görə WTF Milad Beyginin həmin turnirdə mübarizə aparmasına icazə vermədi. Həmin turnirin qalibi isə İran nümayəndəsi Mehdi Xudabəxşi oldu.
2015-ci ilin birinci nüfuzlu turniri 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları oldu.[9] Milad Beygi turnirin 1/8 final mərhələsində Serbiya nümayəndəsi Damir Fejziç ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Milad Beygi rəqibi üzərində 12:0 hesablı inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu.[11] Lutalo Məhəmməd 2012-ci ildə Avropa Çempionatının qalibi, London Olimpiadasının bürünc medalçısı olan təcrübəli idmançı idi. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 17:5.[11] Bununla da Milad Beygi turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyya oldu.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 6:2 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[12] Final görüşündə isə Milad Beyginin rəqibi 2014-cü il Avropa Çempionatının qalibi olan Rusiya idmançısı Albert Qaun oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu.[13][14] Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə I Avropa Oyunlarının qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.[15]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Milad Beygi Hərçigani "Şöhrət" ordeni ilə təltif edildi.[16]
I Avropa Oyunlarından sonra Milad Beyginin birinci turniri Cənubi Koreyanın Çunçeon şəhərində baş tutan Korea Open beynəlxalq turniri oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Milad Beygi nəticədə Korea Open beynəlxalq turnirinin qalibi oldu.[17]
Mövsümün sonunda Milad Beygi daha üç beynəlxalq turnirdə mübarizə apardı. Əvvəlcə Polşanın Varşava şəhərində baş tutan Poland Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində üç dəfə Avropa Çempionatlarının qalibi olan Moldova nümayəndəsi Aaron Susa 18:5 hesab; ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi Norveç nümayəndəsi Riçard Andre Ordeman üzərində 22:2 hesabı ilə inamlı qələbə qazandı və turnirin qalibi oldu.
Daha sonra isə Milad Beygi Rusiyada baş tutan Russia Open beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Avstraliya nümayəndəsi Heydər Şqara üzərində 14:1 hesabı ilə inamlı qələbə qazanan Milad Beygi, turnirin final görüşündə 2013-cü il Dünya Çempionatının qalibi olan Almaniya nümayəndəsi Tahir Güləçə qalib gəldi və Russia Open beynəlxalq turnirinin qalibi oldu.[18][19]
Mövsümün son turniri isə Mexico şəhərində baş tutan Komandalararası Dünya Çempionatı oldu. Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Milad Beygi, Səid Quliyev, Sina Bəhrami və Radik İsayev ibarət olan Azərbaycan yığmasının "A" qrupunda mübarizə apardı. Həmin qrupda Azərbaycan yığmasının rəqibləri Belçika, İran və Özbəkistan nümayəndələri oldu. Qrup mərhələsində Belçika nümayəndələrini 58:32, Özbəkistan nümayəndələrini isə 32:11 hesabı ilə məğlub edən Azərbaycan yığması, İran nümayəndələrinə 22:32 hesabı ilə məğlub oldu. Bununla belə Azərbaycan yığması qrup mərhələsini altı xalla birinci pillədə başa vurdu və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda Azərbaycan nümayəndələri Cənubi Koreya yığması üzərində 48:30 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması növbəti dəfə İran nümayəndələri ilə üz-üzə gəldi, amma bu səfər Azərbaycan yığması İran nümayəndələri üzərində 42:24 hesabı ilə inamlı qələbə qazandı və tarixində birinci dəfə Komandalararası Dünya Çempionatının qızıl medallarına sahib oldu.[20]
2016-cı il, Milad Beygi üçün əsas mövsümlərdə biri oldu. O, yanvar ayında Türkiyənin İstanbul şəhərində baş tutan "Avropa Olimpiya təsnifat" yarışına qatıldı.[22] Rio-de-Janeyro Olimpiadasına lisenziya verən yarışın birinci mərhələsində Milad Beygi, Latviya idmançısı Janis Kauna ilə üz-üzə gəldi.[23] Həmin görüşdə o, 16:0 hesabı ilə rəqibindən üstün oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı.[23] Bu mərhələdə o, düşmən dövlətin, Ermənistan nümayəndəsi Arman Yeremyan ilə qarşılaşdı.[23] Milad Beygi həmin rəqibini 2 il əvvəl, 2014-cü ildə baş tutan Hərbçilərin Dünya Çempionatında 17:9 hesabı ilə məğlub etmişdi.[23] Bu səfər də Milad Beygi üstün hesablı qələbə qazandı, 11:1.[23] Lisenziyaya gedən yolda o, yerli, Türkiyəli Yunus Sarı ilə üz-üzə gəldi.[23] Yunus Sarıdan 10:1 hesabı ilə üstün olan Milad Beygi, finala vəsiqə qazanmağla Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı.[23] Final görüşündə isə o, Polşa nümayəndəsi Pyotr Pazinskini 14:2 hesabı ilə məğlub etdi və vəsiqə ilə yanaşı, yarışların qızıl medalınıda qazandı.[23]
Olimpiya Oyunlarına lisenziya qazanan Milad Beygi, növbəti yarışına yenə Türkiyədə qatıldı. Bu səfər o, Antalya şəhərinin ev sahibliyində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK-nun üzvü qismində həmin yarışlara qatılan Milad Beygi, Klublararası Avropa Çempionatının bürünc medalına sahib oldu.
XXXI Yay Olimpiya Oyunlarından əvvəl Avropa çempionu olan Milad Beygi, yarışların əsas favoritlərindən biri hesab olunurdu. O, reytinq cədvəlinə əsasən tərtib edilən sıralanma turunda, 16 idmançı sırasında 9-cu yerdə qərarlaşdı. Bununlada 9-cu yerdə olan Milad Beygi, qaydalara əsasən 8-ci yerdə olan idmançı, yəni Mali nümayəndəsi İsmayıl Koulibali ilə üz-üzə gəldi. Görüşün favoriti olan Milad Beygi, 13:6 hesablı inamlı qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, Rio-de-Janeyro Olimpiadasında 1-ci sıra nömrəsinə sahib, son Dünya çempionu (2015-ci ildə), İran idmançısı Mehdi Xodabaxşi ilə qarşılaşdı. Hər üç hissəsi gərgin şəraətdə davam edən görüşdə, Milad Beygi 12 xallıq fərq yaratdı və vaxtından əvvəl qələbə qazandı, 17:5.
Yarım-final mərhələsində isə o, London Olimpiadasının bürünc medalçısı, Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd ilə qarşı-qarşıya gəldi. Buna qədər, Milad Beydi artıq iki dəfə Məhəmmədi məğlub etmişdi. İlk dəfə, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında 17:5, ikinci dəfə isə 2016-cı ildə baş tutan Avropa Çempionatında isə 13:1 hesabları ilə, amma bu səfər o, rəqibinə məğlub oldu. Gərgin davam edən görüşün sonunda, Milad Beygi 5 xallıq fərqlə Lutalo Məhəmmədə məğlub oldu və arzusunda olduğu XXX Yay Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizəni başa vurdu, amma bu məğlubiyyətə baxmayaraq Milad Beygi, yarışların medalını qazandı. O, bürünc medal uğrunda görüşdə özündən nisbətən zəif hesab olunan Polşa nümayəndəsi Pyotr Pazinski ilə qarşılaşdı. Həmin görüşdə Milad Beygi, rəqibini vaxtından əvvəl 12:0 hesabı ilə məğlub etdi və XXX Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü.
XXX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 2292 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edildi.[24] Ona, həm də prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.
Milad Beygi, 2017-ci ildə birinci əsas yarışına Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qatıldı.[25] 1/4 final mərhələsində Milad Beygi, Səudiyyə Ərəbistanı idmançısı Məcid Almabruq ilə qarşılaşdı.[26] Həmin görüşdə o, inamlı qələbə qazandı, 21:2.[26] Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi İran nümayəndəsi Əlireza Dərvişpur oldu.[27] Həmin görüşün sonunda da, Milad Beygi 24:4 hesablı asan qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.[28]
Final görüşündə Milad Beygi, 2011-ci ilin Dünya Çempionatının gümüş medalçıçı, Türkiyə idmançısı Yunus Sarı ilə üz-üzə gəldi.[29] Buna qədər Yunus Sarı ilə 5 dəfə üz-üzə gələn və həmin görüşlərin 4-də qələbə qazanan Milad Beygi, yenə Türkiyəli rəqibini "dayanq"-dan məğlub yola saldı.[29] Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:5 hesablı qələbə qazandı və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.[29] Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.
IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğura görə Milad Beygiyə, prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.
IV İslam Həmrəyliyi Oyunlarından sonra Milad Beygi, növbəti yarışına Cənubi Koreyanın Muju şəhərində baş tutan Dünya Çempionatında qatıldı. O, birinci görüşdə, 1/32 final mərhələsində Niger idmançısı Djibo Kadri Baqna ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi, asan qələbə qazandı, 30:9. Növbəti mərhələnin görüşündə isə o, Yaponiya nümayəndəsi Hidenori Ebata ilə qarşılaşdı. Həmin görüşdə 18:7 hesablı qələbə qazanan Milad Beygi, 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, İspaniya idmançısı Raul Martinezi, gərgin görüşün sonunda 19:13 hesabı ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı.
İnamla Dünya çempionluğuna addımlayan Milad Beygi, yarım-final mərhələsi uğrunda görüşdə Dominikan Respublikası nümayəndəsi Moises Hernandez ilə üz-üzə gəldi. Rəqibini 19:10 hesabı ilə məğlub edən Milad Beygi, yarım-final mərhələsinə vəsiqə qazandı və ən azından "mundial"-ın bürünc medalını təmin etdi. Finala gedən yolda isə o, üç qat Avropa çempionu, Moldova idmançısı Aaron Kook ilə qarşılaşdı. Aaron Kooku buna qədər iki dəfə, 2015-ci ildə 17:5, 2016-cı ildə isə 13:2 hesabların ilə məğlub edən Milad Beygi, bu səfər rəqibini darmadağın etdi, 41:5 və Dünya Çempionatının həlledici, final görüşünə vəsiqə qazandı.
2017 Dünya Çempionatının 30 iyunda baş tutan həlledici, final görüşündə Milad Beygi, Rusiya nümayəndəsi Anton Kotkov ilə üz-üzə gəldi. Görüşün açıq-aydın favoriti hesab olunan Milad Beygi, rəqibini 21:3 hesabı ilə məğlub etdi və 2017-ci ilin Dünya çempionu oldu. 2016 Rio-de-Janeyro Olimpiadasında qazandığı bürünc medalın təsadüf olduğunu sübut edən Milad Beygi, həm də bu idman növü üzrə Niyaməddin Paşayev və Radik İsayevdən sonra Dünya çempionu olan üçüncü Azərbaycan idmançısı oldu. Onun, şərəfinə təltifetmə mərasimi zamanı Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.
2014 | Hərbçilərin Dünya Çempionatı | İran | ||
2015 | Fajr Open | İran | ||
Ukraine Open | Ukrayna | |||
Avropa Oyunları | Azərbaycan | |||
Korea Open | Cənubi Koreya | |||
Poland Open | Polşa | |||
Russia Open | Rusiya | |||
Komandalararası Dünya Çempionatı | Meksika | |||
2016 | Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | ||
Klublararası Avropa Çempionatı | Türkiyə | |||
WTF Presidents Cup | Almaniya | |||
Avropa Çempionatı | İsveçrə | |||
Luxembourg Open | Lüksemburq | |||
Olimpiya Oyunları | Braziliya | |||
Croatia Open | Xorvatiya | |||
Qran-Pri Finalı | Azərbaycan | |||
Komandalararası Dünya Çempionatı | Azərbaycan | |||
2017 | WTF Presidents Cup | Yunanıstan | ||
Klublararası Avropa Çempionatı | Türkiyə | |||
İslam Həmrəyliyi Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Universiada Oyunları | Tayvan | |||
Qran-Pri | Mərakeş | |||
Qran-Pri Finalı | Kot-d'İvuar |
Milad Beygi Azərbaycan Prezidentinin sərəncamlarına əsasən bir dəfə ordenlə, bir dəfə isə fəxri diplomla təltif edilib.
Karyerası ərzində Milad Beygi, 54 dəfə "dayanq" üzərinə çıxıb. 54 görüşün 52-də qələbə, 2-də isə məğlub olan Milad Beygi, qatıldığı 22 yarışın 19-da qızıl, 2-də gümüş, 1-də isə bürünc medala layiq görülüb. Milad Beyginin əsasən üç prinsipial rəqibi var: İranlı Mehdi Xodabaxşi, Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməd və Türkiyəli Yunus Sarı.
Hələ, İran yığmasının heyətində çıxış edən zaman, Milad Beyginin prinsipial rəqiblərindən biri Mehdi Xodabaxşi idi. O, Mehdi Xodabaxşi ilə yalnızca bir dəfə üz-üzə gəldi. 2016 Rio-de-Janeyro Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə, Milad Beygi 13:6 hesabı ilə qələbə qazandı. Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməddə, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Lutalo Məhəmməd ilə üç dəfə qarşılaşdı. Lutalo Məhəmmədi, I Avropa Oyunlarının 1/4 final mərhələsində 17:5, 2016 Avropa Çempionatının 1/4 final mərhələsində isə 13:1 hesabı ilə məğlub edən Milad Beygi, rəqibinə yalnızca 2016 Rio-de-Janeyro Olimpiadasının 1/2 final mərhələsində məğlub oldu, 7:12.
Türkiyə nümayəndəsi Yunus Sarıda, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Yunus Sarı ilə altı dəfə üz-üzə gəldi. Rəqibinə yalnızca bir dəfə məğlub olan Milad Beygi, digər beş görüşün hamısında qələbə qazanıb.
Sıra | İl | Rəqib | Hesab | Yarış | Şəhər | Qeyd |
---|---|---|---|---|---|---|
2014 | Lonq | 12:3 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | 1/4 final mərhələsi | |
Arman Yeremyan | 17:9 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | 1/2 final mərhələsi | ||
Mahmud Həmdi Abdul Rəhim | 16:4 | Hərbçilərin Dünya Çempionatı | Tehran, İran | qızıl medal qazandı | ||
2015 | Torann Maizeroi | 8:0 | "Fajr Open" yarışı | Tehran, İran | 1/2 final mərhələsi | |
Fərzad Abdullahi | 12:0 | "Fajr Open" yarışı | Tehran, İran | qızıl medal qazandı | ||
2015 | Sergey Çayqa | 7:1 | "Ukrayna Open" yarışı | Xarkov, Ukrayna | 1/2 final mərhələsi | |
Yunus Sarı | 13:15 | "Ukrayna Open" yarışı | Xarkov, Ukrayna | gümüş medal qazandı | ||
Damir Fejziç | 12:0 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/8 final mərhələsi | ||
Lutalo Məhəmməd | 17:5 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Xulio Ferreyra | 6:2 | Avropa Oyunları | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Albert Qaun | 9:4 | Avropa Oyunları | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
??? | 35:13 | "Koreya Open" yarışı | Çunçeon, Cənubi Koreya | 1/2 final mərhələsi | ||
??? | 15:10 | "Koreya Open" yarışı | Çunçeon, Cənubi Koreya | qızıl medal qazandı | ||
Aaron Kook | 17:5 | "Polşa Open" yarışı | Varşava, Polşa | 1/2 final mərhələsi | ||
Riçard Andre Ordeman | 21:2 | "Polşa Open" yarışı | Varşava, Polşa | qızıl medal qazandı | ||
Heydər Şqara | 14:1 | "Rusiya Open" yarışı | Moskva, Rusiya | 1/2 final mərhələsi | ||
Tahir Güləç | +:- | "Rusiya Open" yarışı | Moskva, Rusiya | qızıl medal qazandı | ||
2016 | Janis Kauna | 16:0 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/8 final mərhələsi | |
Arman Yeremyan | 11:1 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/4 final mərhələsi | ||
Yunus Sarı | 10:1 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | 1/2 final mərhələsi | ||
Pyotr Pazinski | 14:2 | "Avropa Olimpiya təsnifat" yarışı | İstanbul, Türkiyə | qızıl medal qazandı | ||
Aaron Kook | 13:2 | "DTF Prezident Kuboku" yarışı | Bonn, Almaniya | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 12:4 | "DTF Prezident Kuboku" yarışı | Bonn, Almaniya | qızıl medal qazandı | ||
İvan Karayloviç | 13:0 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/8 final mərhələsi | ||
Lutalo Məhəmməd | 13:1 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/4 final mərhələsi | ||
Pyotr Pazinski | 16:4 | Avropa Çempionatı | Montre, İsveçrə | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 5:0 | Avropa Çempionatı | Montre, İsveçrə | qızıl medal qazandı | ||
Luka Xorvat | 13:1 | "Lüksemburq Open" yarışı | Lüksemburq, Lüksemburq | qızıl medal qazandı | ||
İsmayıl Koulibali | 13:6 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/8 final mərhələsi | ||
Mehdi Xodabaxşi | 13:6 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/4 final mərhələsi | ||
Lutalo Məhəmməd | 7:12 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/2 final mərhələsi | ||
Pyotr Pazinski | 12:0 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | bürünc medal qazandı | ||
İvan Karayloviç | 18:4 | "Xorvatiya Open" yarışı | Zaqreb, Xorvatiya | 1/2 final mərhələsi | ||
Roberto Botta | +:- | "Xorvatiya Open" yarışı | Zaqreb, Xorvatiya | qızıl medal qazandı | ||
Heydər Şqara | 14:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/8 final mərhələsi | ||
Hun Kim | 24:1 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Rene Lizarraqa Valenzuela | 18:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Seyf Eyssa | 12:0 | "Qran-Pri" yarışı | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
2017 | Con Asp | 37:11 | "DTF Prezident Kuboku" yarışı | Afina, Yunanıstan | 1/2 final mərhələsi | |
Yunus Sarı | 10:1 | "DTF Prezident Kuboku" yarışı | Afina, Yunanıstan | qızıl medal qazandı | ||
Məcid Almabruq | 21:2 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | 1/4 final mərhələsi | ||
Əlireza Dəvrişpur | 24:4 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | 1/2 final mərhələsi | ||
Yunus Sarı | 9:5 | İslam Həmrəyliyi Oyunları | Bakı, Azərbaycan | qızıl medal qazandı | ||
Djibo Kadri Baqna | 30:9 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/32 final mərhələsi | ||
Hidenori Ebata | 18:7 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/16 final mərhələsi | ||
Raul Martinez | 19:13 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/8 final mərhələsi | ||
Moises Hernandez | 19:10 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/4 final mərhələsi | ||
Aaron Kook | 41:5 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | 1/2 final mərhələsi | ||
Anton Kotkov | 21:3 | Dünya Çempionatı | Muju, Cənubi Koreya | qızıl medal qazandı | ||
Jean Miçel Fernandes | 29:1 | Universiada Oyunları | Taybey, Tayvan | 1/16 final mərhələsi | ||
Boqdan Qreçkin | 25:8 | Universiada Oyunları | Taybey, Tayvan | 1/8 final mərhələsi | ||
Hidenori Ebata | 32:15 | Universiada Oyunları | Taybey, Tayvan | 1/4 final mərhələsi | ||
Vei-Tinq Liu | 12:4 | Universiada Oyunları | Taybey, Tayvan | 1/2 final mərhələsi | ||
Raul Martinez Qarsiya | 6:3 | Universiada Oyunları | Taybey, Tayvan | qızıl medal qazandı | ||
Seyf Eyssa | 12:13 | Rabat, Mərakeş | bürünc medal qazandı |
<ref>
teqi; :6
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; :7
adlı istinad üçün mətn göstərilməyib