Milad Beigi

Milad Beygi[1] və ya tam adı ilə Milad Beygi Hərçigani[1] (farsca: میلاد بیگی 1 mart 1991, İsfahan[1]) — İran əsilli Azərbaycan taekvondoçusu. Milad Beygi, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Milad Beygi, 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarınında qalibi olub.

Milad Beygi
Şəxsi məlumatlar
Vətəndaşlığı İran İran (2014—2015)
Azərbaycan Azərbaycan (2015—)
Doğum tarixi 1 mart 1991(1991-03-01) (33 yaş)
Doğum yeri
Boyu 200 sm. (6 ft 7 in)
Çəkisi 80 kq
İdman növü Taekvondo
Karyera illəri 2014—
Məşqçisi Reza Mehmandost
Komandası Gilan İdman Klubu

O, həm də 2016-cı ildə Avropa, 2017-ci ildə isə Dünya çempionu olub. Karyerası ərzində qatıldığı 22 yarışın 19-da qızıl, 1-də gümüş, 2-də isə bürünc medal qazanan Milad Beygi, Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.

Milad Beygi, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni[2] ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu[3] ilə təltif edilib.

Milad Beygi Hərçigani 1 mart 1991-ci ildə İranın İsfahan şəhərində anadan olub.[1] Şəxsi məşqçisi Reza Mehmandost, millidə məşqçisi Elnur Amanovdur.[1] Orta təhsilini başa vurandan sonra o, 2012-ci ildə Sepahan Universitetinə qəbul oldu və 2015-ci ildə həmin universiteti bitirdi.[4] Milad Beygi, subaydır.[4]

2014-cü il: Hərbçilərin Dünya Çempionatında qələbə

[redaktə | mənbəni redaktə et]

Milad Beyginin birinci beynəlxalq turniri 2014-cü ilin 16–20 avqustunda İranın Tehran şəhərində baş tutan hərbçilər arasında Dünya Çempionatında mübarizə apardı. Milad Beygi turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Lon Lona 12:4 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Finala gedən yolda Milad Beyginin rəqibi 2008-ci il Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Arman Yeremyan oldu. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 18:10 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə isə onun rəqibi Qətər nümayəndəsi Mahmud Həmdi Abdul Rəhim oldu. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 16:4. Bununla da Milad Beygi hərbçilər arasında Dünya Çempionatının qalibi oldu.[5]

2015-ci ilin 18–24 fevralında Milad Beygi İranın Tehran şəhərində baş tutan Fajr Open beynəlxalq turnirində mübarizə apardı. Milad Beygi həmin turnirin yarım-final mərhələsində Fransa nümayəndəsi Torann Maizeroini 8:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi 2011-ci il Dünya Çempionatının qalibi olan İran nümayəndəsi Fərzad Abdullahiyə üzərində 12:0 hesabı ilə qələbə qazandı və Fajr Open beynəlxalq turnirinin qızıl medalına sahib oldu.[5]

2015-ilin yanvarında Milad Beyginin şəxsi məşqçisi Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi postuna təyin edildi.[6] Bundan sonra Reza Mehmandost Milad Beygini Azərbaycan yığmasına dəvət elədi. İran yığmasında Mehdi Xodabaxşi ilə rəqabətdə məğlub olan və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə apara bilməyən Milad Beygi Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan yığmasının üzvü oldu.

Milad Beyginin Azərbaycan bayrağı altında birinci turniri 2015-ci ilin aprelində oldu.[7] Kiyev şəhərində baş tutan Ukraine Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində Ukrayna nümayəndəsi Sergey Çayqa üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[8] Həlledici görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Yunus Sarı oldu.[8] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 14:15 hesabı ilə məğlub oldu və beynəlxalq turnirin gümüş medalına sahib oldu.[8]

Daha sonra Milad Beygi 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatında mübarizə aparmalı idi, amma Milad Beyginin vətəndaşlığı ilə bağlı hüquqi prosedurlar hələ başa çatmadığına görə WTF Milad Beyginin həmin turnirdə mübarizə aparmasına icazə vermədi. Həmin turnirin qalibi isə İran nümayəndəsi Mehdi Xudabəxşi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə I Avropa Oyunlarının qızıl medalını təqdim edən zaman

2015-ci ilin birinci nüfuzlu turniri 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunları oldu.[9] Milad Beygi turnirin 1/8 final mərhələsində Serbiya nümayəndəsi Damir Fejziç ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Milad Beygi rəqibi üzərində 12:0 hesablı inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu.[11] Lutalo Məhəmməd 2012-ci ildə Avropa Çempionatının qalibi, London Olimpiadasının bürünc medalçısı olan təcrübəli idmançı idi. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində inamlı qələbə qazandı — 17:5.[11] Bununla da Milad Beygi turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyya oldu.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 6:2 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[12] Final görüşündə isə Milad Beyginin rəqibi 2014-cü il Avropa Çempionatının qalibi olan Rusiya idmançısı Albert Qaun oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu.[13][14] Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə I Avropa Oyunlarının qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.[15]

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Milad Beygi Hərçigani "Şöhrət" ordeni ilə təltif edildi.[16]

I Avropa Oyunlarından sonra Milad Beyginin birinci turniri Cənubi Koreyanın Çunçeon şəhərində baş tutan Korea Open beynəlxalq turniri oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Milad Beygi nəticədə Korea Open beynəlxalq turnirinin qalibi oldu.[17]

Mövsümün sonunda Milad Beygi daha üç beynəlxalq turnirdə mübarizə apardı. Əvvəlcə Polşanın Varşava şəhərində baş tutan Poland Open beynəlxalq turnirində mübarizə aparan Milad Beygi yarım-final mərhələsində üç dəfə Avropa Çempionatlarının qalibi olan Moldova nümayəndəsi Aaron Susa 18:5 hesab; ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Milad Beygi Norveç nümayəndəsi Riçard Andre Ordeman üzərində 22:2 hesabı ilə inamlı qələbə qazandı və turnirin qalibi oldu.

Daha sonra isə Milad Beygi Rusiyada baş tutan Russia Open beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Avstraliya nümayəndəsi Heydər Şqara üzərində 14:1 hesabı ilə inamlı qələbə qazanan Milad Beygi, turnirin final görüşündə 2013-cü il Dünya Çempionatının qalibi olan Almaniya nümayəndəsi Tahir Güləçə qalib gəldi və Russia Open beynəlxalq turnirinin qalibi oldu.[18][19]

Mövsümün son turniri isə Mexico şəhərində baş tutan Komandalararası Dünya Çempionatı oldu. Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Milad Beygi, Səid Quliyev, Sina BəhramiRadik İsayev ibarət olan Azərbaycan yığmasının "A" qrupunda mübarizə apardı. Həmin qrupda Azərbaycan yığmasının rəqibləri Belçika, İran və Özbəkistan nümayəndələri oldu. Qrup mərhələsində Belçika nümayəndələrini 58:32, Özbəkistan nümayəndələrini isə 32:11 hesabı ilə məğlub edən Azərbaycan yığması, İran nümayəndələrinə 22:32 hesabı ilə məğlub oldu. Bununla belə Azərbaycan yığması qrup mərhələsini altı xalla birinci pillədə başa vurdu və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda Azərbaycan nümayəndələri Cənubi Koreya yığması üzərində 48:30 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması növbəti dəfə İran nümayəndələri ilə üz-üzə gəldi, amma bu səfər Azərbaycan yığması İran nümayəndələri üzərində 42:24 hesabı ilə inamlı qələbə qazandı və tarixində birinci dəfə Komandalararası Dünya Çempionatının qızıl medallarına sahib oldu.[20]

[21]

[21]

[21]

[21]

2016-cı il, Milad Beygi üçün əsas mövsümlərdə biri oldu. O, yanvar ayında Türkiyənin İstanbul şəhərində baş tutan "Avropa Olimpiya təsnifat" yarışına qatıldı.[22] Rio-de-Janeyro Olimpiadasına lisenziya verən yarışın birinci mərhələsində Milad Beygi, Latviya idmançısı Janis Kauna ilə üz-üzə gəldi.[23] Həmin görüşdə o, 16:0 hesabı ilə rəqibindən üstün oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı.[23] Bu mərhələdə o, düşmən dövlətin, Ermənistan nümayəndəsi Arman Yeremyan ilə qarşılaşdı.[23] Milad Beygi həmin rəqibini 2 il əvvəl, 2014-cü ildə baş tutan Hərbçilərin Dünya Çempionatında 17:9 hesabı ilə məğlub etmişdi.[23] Bu səfər də Milad Beygi üstün hesablı qələbə qazandı, 11:1.[23] Lisenziyaya gedən yolda o, yerli, Türkiyəli Yunus Sarı ilə üz-üzə gəldi.[23] Yunus Sarıdan 10:1 hesabı ilə üstün olan Milad Beygi, finala vəsiqə qazanmağla Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı.[23] Final görüşündə isə o, Polşa nümayəndəsi Pyotr Pazinskini 14:2 hesabı ilə məğlub etdi və vəsiqə ilə yanaşı, yarışların qızıl medalınıda qazandı.[23]

Olimpiya Oyunlarına lisenziya qazanan Milad Beygi, növbəti yarışına yenə Türkiyədə qatıldı. Bu səfər o, Antalya şəhərinin ev sahibliyində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. "Gilan" TK-nun üzvü qismində həmin yarışlara qatılan Milad Beygi, Klublararası Avropa Çempionatının bürünc medalına sahib oldu.

XXXI Yay Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]
İran nümayəndəsi Mehdi Xodabaxşi (qırmızı geyimdə) və Azərbaycan idmançısı Milad Beygi (göy geyimdə): XXX Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinin görüşü zamanı

XXXI Yay Olimpiya Oyunlarından əvvəl Avropa çempionu olan Milad Beygi, yarışların əsas favoritlərindən biri hesab olunurdu. O, reytinq cədvəlinə əsasən tərtib edilən sıralanma turunda, 16 idmançı sırasında 9-cu yerdə qərarlaşdı. Bununlada 9-cu yerdə olan Milad Beygi, qaydalara əsasən 8-ci yerdə olan idmançı, yəni Mali nümayəndəsi İsmayıl Koulibali ilə üz-üzə gəldi. Görüşün favoriti olan Milad Beygi, 13:6 hesablı inamlı qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, prinsipial rəqiblərindən biri, Rio-de-Janeyro Olimpiadasında 1-ci sıra nömrəsinə sahib, son Dünya çempionu (2015-ci ildə), İran idmançısı Mehdi Xodabaxşi ilə qarşılaşdı. Hər üç hissəsi gərgin şəraətdə davam edən görüşdə, Milad Beygi 12 xallıq fərq yaratdı və vaxtından əvvəl qələbə qazandı, 17:5.

Yarım-final mərhələsində isə o, London Olimpiadasının bürünc medalçısı, Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd ilə qarşı-qarşıya gəldi. Buna qədər, Milad Beydi artıq iki dəfə Məhəmmədi məğlub etmişdi. İlk dəfə, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında 17:5, ikinci dəfə isə 2016-cı ildə baş tutan Avropa Çempionatında isə 13:1 hesabları ilə, amma bu səfər o, rəqibinə məğlub oldu. Gərgin davam edən görüşün sonunda, Milad Beygi 5 xallıq fərqlə Lutalo Məhəmmədə məğlub oldu və arzusunda olduğu XXX Yay Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizəni başa vurdu, amma bu məğlubiyyətə baxmayaraq Milad Beygi, yarışların medalını qazandı. O, bürünc medal uğrunda görüşdə özündən nisbətən zəif hesab olunan Polşa nümayəndəsi Pyotr Pazinski ilə qarşılaşdı. Həmin görüşdə Milad Beygi, rəqibini vaxtından əvvəl 12:0 hesabı ilə məğlub etdi və XXX Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görüldü.

XXX Yay Olimpiya Oyunlarında qazandığı uğura görə Milad Beygi, Azərbaycan Prezidenti İlham Əliyevin 2292 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edildi.[24] Ona, həm də prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

IV İslam Həmrəyliyi Oyunları

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev, Milad Beygiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını təqdim edən zaman

Milad Beygi, 2017-ci ildə birinci əsas yarışına Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qatıldı.[25] 1/4 final mərhələsində Milad Beygi, Səudiyyə Ərəbistanı idmançısı Məcid Almabruq ilə qarşılaşdı.[26] Həmin görüşdə o, inamlı qələbə qazandı, 21:2.[26] Yarım-final mərhələsində isə Milad Beyginin rəqibi İran nümayəndəsi Əlireza Dərvişpur oldu.[27] Həmin görüşün sonunda da, Milad Beygi 24:4 hesablı asan qələbə qazandı və yarışların həlledici, final qarşılaşmasına vəsiqə qazandı.[28]

Final görüşündə Milad Beygi, 2011-ci ilin Dünya Çempionatının gümüş medalçıçı, Türkiyə idmançısı Yunus Sarı ilə üz-üzə gəldi.[29] Buna qədər Yunus Sarı ilə 5 dəfə üz-üzə gələn və həmin görüşlərin 4-də qələbə qazanan Milad Beygi, yenə Türkiyəli rəqibini "dayanq"-dan məğlub yola saldı.[29] Görüş boyu üstün tərəf olan Milad Beygi, sonda 9:5 hesablı qələbə qazandı və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.[29] Təltifetmə mərasimi zamanı Milad Beygi Hərçiganiyə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını, Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi. Mərasimin sonunda onun, şərəfinə zalda, Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.

IV İslam Həmrəyliyi Oyunlarında qazandığı uğura görə Milad Beygiyə, prezidentin müvafiq sərəncamı ilə 150 000 manat pul məbləği verildi.

IV İslam Həmrəyliyi Oyunlarından sonra Milad Beygi, növbəti yarışına Cənubi Koreyanın Muju şəhərində baş tutan Dünya Çempionatında qatıldı. O, birinci görüşdə, 1/32 final mərhələsində Niger idmançısı Djibo Kadri Baqna ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi, asan qələbə qazandı, 30:9. Növbəti mərhələnin görüşündə isə o, Yaponiya nümayəndəsi Hidenori Ebata ilə qarşılaşdı. Həmin görüşdə 18:7 hesablı qələbə qazanan Milad Beygi, 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə o, İspaniya idmançısı Raul Martinezi, gərgin görüşün sonunda 19:13 hesabı ilə məğlub etdi və 1/4 final mərhələsinə adladı.

İnamla Dünya çempionluğuna addımlayan Milad Beygi, yarım-final mərhələsi uğrunda görüşdə Dominikan Respublikası nümayəndəsi Moises Hernandez ilə üz-üzə gəldi. Rəqibini 19:10 hesabı ilə məğlub edən Milad Beygi, yarım-final mərhələsinə vəsiqə qazandı və ən azından "mundial"-ın bürünc medalını təmin etdi. Finala gedən yolda isə o, üç qat Avropa çempionu, Moldova idmançısı Aaron Kook ilə qarşılaşdı. Aaron Kooku buna qədər iki dəfə, 2015-ci ildə 17:5, 2016-cı ildə isə 13:2 hesabların ilə məğlub edən Milad Beygi, bu səfər rəqibini darmadağın etdi, 41:5 və Dünya Çempionatının həlledici, final görüşünə vəsiqə qazandı.

2017 Dünya Çempionatının 30 iyunda baş tutan həlledici, final görüşündə Milad Beygi, Rusiya nümayəndəsi Anton Kotkov ilə üz-üzə gəldi. Görüşün açıq-aydın favoriti hesab olunan Milad Beygi, rəqibini 21:3 hesabı ilə məğlub etdi və 2017-ci ilin Dünya çempionu oldu. 2016 Rio-de-Janeyro Olimpiadasında qazandığı bürünc medalın təsadüf olduğunu sübut edən Milad Beygi, həm də bu idman növü üzrə Niyaməddin PaşayevRadik İsayevdən sonra Dünya çempionu olan üçüncü Azərbaycan idmançısı oldu. Onun, şərəfinə təltifetmə mərasimi zamanı Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın dövlət himni səsləndirildi.

Sıra
İl
Yarış
Şəhər
Nəticə
1
2014 Hərbçilərin Dünya Çempionatı İran İran
1.
2
2015 Fajr Open İran İran
1.
3
Ukraine Open Ukrayna Ukrayna
2.
4
Avropa Oyunları Azərbaycan Azərbaycan
1.
5
Korea Open Cənubi Koreya Cənubi Koreya
1.
6
Poland Open Polşa Polşa
1.
7
Russia Open Rusiya Rusiya
1.
8
Komandalararası Dünya Çempionatı Meksika Meksika
1.
9
2016 Avropa Olimpiya Təsnifat Turniri Türkiyə Türkiyə
1.
10
Klublararası Avropa Çempionatı Türkiyə Türkiyə
3.
11
WTF Presidents Cup Almaniya Almaniya
1.
12
Avropa Çempionatı İsveçrə İsveçrə
1.
13
Luxembourg Open Lüksemburq Lüksemburq
1.
14
Olimpiya Oyunları Braziliya Braziliya
3.
15
Croatia Open Xorvatiya Xorvatiya
1.
16
Qran-Pri Finalı Azərbaycan Azərbaycan
1.
17
Komandalararası Dünya Çempionatı Azərbaycan Azərbaycan
1.
18
2017 WTF Presidents Cup Yunanıstan Yunanıstan
1.
19
Klublararası Avropa Çempionatı Türkiyə Türkiyə
1.
20
İslam Həmrəyliyi Oyunları Azərbaycan Azərbaycan
1.
21
Dünya Çempionatı Cənubi Koreya Cənubi Koreya
1.
22
Universiada Oyunları Tayvan Tayvan
1.
23
Qran-Pri Mərakeş Mərakeş
3.
24
Qran-Pri Finalı Kot-d'İvuar Kot-d'İvuar
PAT

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev Milad Beygiyə Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edən zaman

Milad Beygi Azərbaycan Prezidentinin sərəncamlarına əsasən bir dəfə ordenlə, bir dəfə isə fəxri diplomla təltif edilib.

Görüşlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]

Karyerası ərzində Milad Beygi, 54 dəfə "dayanq" üzərinə çıxıb. 54 görüşün 52-də qələbə, 2-də isə məğlub olan Milad Beygi, qatıldığı 22 yarışın 19-da qızıl, 2-də gümüş, 1-də isə bürünc medala layiq görülüb. Milad Beyginin əsasən üç prinsipial rəqibi var: İranlı Mehdi Xodabaxşi, Birləşmiş Krallığ nümayəndəsi Lutalo MəhəmmədTürkiyəli Yunus Sarı.

Hələ, İran yığmasının heyətində çıxış edən zaman, Milad Beyginin prinsipial rəqiblərindən biri Mehdi Xodabaxşi idi. O, Mehdi Xodabaxşi ilə yalnızca bir dəfə üz-üzə gəldi. 2016 Rio-de-Janeyro Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə, Milad Beygi 13:6 hesabı ilə qələbə qazandı. Birləşmiş Krallığ nümayəndəsi Lutalo Məhəmməddə, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Lutalo Məhəmməd ilə üç dəfə qarşılaşdı. Lutalo Məhəmmədi, I Avropa Oyunlarının 1/4 final mərhələsində 17:5, 2016 Avropa Çempionatının 1/4 final mərhələsində isə 13:1 hesabı ilə məğlub edən Milad Beygi, rəqibinə yalnızca 2016 Rio-de-Janeyro Olimpiadasının 1/2 final mərhələsində məğlub oldu, 7:12.

Türkiyə nümayəndəsi Yunus Sarıda, Milad Beyginin prinsipial rəqiblərindən biridir. O, Yunus Sarı ilə altı dəfə üz-üzə gəldi. Rəqibinə yalnızca bir dəfə məğlub olan Milad Beygi, digər beş görüşün hamısında qələbə qazanıb.

Sıra İl Rəqib Hesab Yarış Şəhər Qeyd
İran İran yığmasının heyətində
1
2014 Çin Lonq 12:3 Hərbçilərin Dünya Çempionatı Tehran, İran 1/4 final mərhələsi
2
Ermənistan Arman Yeremyan 17:9 Hərbçilərin Dünya Çempionatı Tehran, İran 1/2 final mərhələsi
3
Qətər Mahmud Həmdi Abdul Rəhim 16:4 Hərbçilərin Dünya Çempionatı Tehran, İran qızıl medal qazandı
4
2015 Fransa Torann Maizeroi 8:0 "Fajr Open" yarışı Tehran, İran 1/2 final mərhələsi
5
İran Fərzad Abdullahi 12:0 "Fajr Open" yarışı Tehran, İran qızıl medal qazandı
Azərbaycan Azərbaycan yığmasının heyətində
6
2015 Ukrayna Sergey Çayqa 7:1 "Ukrayna Open" yarışı Xarkov, Ukrayna 1/2 final mərhələsi
7
Türkiyə Yunus Sarı 13:15 "Ukrayna Open" yarışı Xarkov, Ukrayna gümüş medal qazandı
8
Serbiya Damir Fejziç 12:0 Avropa Oyunları Bakı, Azərbaycan 1/8 final mərhələsi
9
Böyük Britaniya Lutalo Məhəmməd 17:5 Avropa Oyunları Bakı, Azərbaycan 1/4 final mərhələsi
10
Portuqaliya Xulio Ferreyra 6:2 Avropa Oyunları Bakı, Azərbaycan 1/2 final mərhələsi
11
Rusiya Albert Qaun 9:4 Avropa Oyunları Bakı, Azərbaycan qızıl medal qazandı
12
Cənubi Koreya ??? 35:13 "Koreya Open" yarışı Çunçeon, Cənubi Koreya 1/2 final mərhələsi
13
Cənubi Koreya ??? 15:10 "Koreya Open" yarışı Çunçeon, Cənubi Koreya qızıl medal qazandı
14
Moldova Aaron Kook 17:5 "Polşa Open" yarışı Varşava, Polşa 1/2 final mərhələsi
15
Norveç Riçard Andre Ordeman 21:2 "Polşa Open" yarışı Varşava, Polşa qızıl medal qazandı
16
Avstraliya Heydər Şqara 14:1 "Rusiya Open" yarışı Moskva, Rusiya 1/2 final mərhələsi
17
Almaniya Tahir Güləç +:- "Rusiya Open" yarışı Moskva, Rusiya qızıl medal qazandı
18
2016 Latviya Janis Kauna 16:0 "Avropa Olimpiya təsnifat" yarışı İstanbul, Türkiyə 1/8 final mərhələsi
19
Ermənistan Arman Yeremyan 11:1 "Avropa Olimpiya təsnifat" yarışı İstanbul, Türkiyə 1/4 final mərhələsi
20
Türkiyə Yunus Sarı 10:1 "Avropa Olimpiya təsnifat" yarışı İstanbul, Türkiyə 1/2 final mərhələsi
21
Polşa Pyotr Pazinski 14:2 "Avropa Olimpiya təsnifat" yarışı İstanbul, Türkiyə qızıl medal qazandı
22
Moldova Aaron Kook 13:2 "DTF Prezident Kuboku" yarışı Bonn, Almaniya 1/2 final mərhələsi
23
Türkiyə Yunus Sarı 12:4 "DTF Prezident Kuboku" yarışı Bonn, Almaniya qızıl medal qazandı
24
Serbiya İvan Karayloviç 13:0 Avropa Çempionatı Montre, İsveçrə 1/8 final mərhələsi
25
Böyük Britaniya Lutalo Məhəmməd 13:1 Avropa Çempionatı Montre, İsveçrə 1/4 final mərhələsi
26
Polşa Pyotr Pazinski 16:4 Avropa Çempionatı Montre, İsveçrə 1/2 final mərhələsi
27
Türkiyə Yunus Sarı 5:0 Avropa Çempionatı Montre, İsveçrə qızıl medal qazandı
28
Xorvatiya Luka Xorvat 13:1 "Lüksemburq Open" yarışı Lüksemburq, Lüksemburq qızıl medal qazandı
29
Mali İsmayıl Koulibali 13:6 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/8 final mərhələsi
30
İran Mehdi Xodabaxşi 13:6 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/4 final mərhələsi
31
Böyük Britaniya Lutalo Məhəmməd 7:12 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya 1/2 final mərhələsi
32
Polşa Pyotr Pazinski 12:0 Olimpiya Oyunları Rio-de-Janeyro, Braziliya bürünc medal qazandı
33
Serbiya İvan Karayloviç 18:4 "Xorvatiya Open" yarışı Zaqreb, Xorvatiya 1/2 final mərhələsi
34
İtaliya Roberto Botta +:- "Xorvatiya Open" yarışı Zaqreb, Xorvatiya qızıl medal qazandı
35
Avstraliya Heydər Şqara 14:0 "Qran-Pri" yarışı Bakı, Azərbaycan 1/8 final mərhələsi
36
Cənubi Koreya Hun Kim 24:1 "Qran-Pri" yarışı Bakı, Azərbaycan 1/4 final mərhələsi
37
Almaniya Rene Lizarraqa Valenzuela 18:0 "Qran-Pri" yarışı Bakı, Azərbaycan 1/2 final mərhələsi
38
Misir Seyf Eyssa 12:0 "Qran-Pri" yarışı Bakı, Azərbaycan qızıl medal qazandı
39
2017 Norveç Con Asp 37:11 "DTF Prezident Kuboku" yarışı Afina, Yunanıstan 1/2 final mərhələsi
40
Türkiyə Yunus Sarı 10:1 "DTF Prezident Kuboku" yarışı Afina, Yunanıstan qızıl medal qazandı
41
Səudiyyə Ərəbistanı Məcid Almabruq 21:2 İslam Həmrəyliyi Oyunları Bakı, Azərbaycan 1/4 final mərhələsi
42
İran Əlireza Dəvrişpur 24:4 İslam Həmrəyliyi Oyunları Bakı, Azərbaycan 1/2 final mərhələsi
43
Türkiyə Yunus Sarı 9:5 İslam Həmrəyliyi Oyunları Bakı, Azərbaycan qızıl medal qazandı
44
Niger Djibo Kadri Baqna 30:9 Dünya Çempionatı Muju, Cənubi Koreya 1/32 final mərhələsi
45
Yaponiya Hidenori Ebata 18:7 Dünya Çempionatı Muju, Cənubi Koreya 1/16 final mərhələsi
46
İspaniya Raul Martinez 19:13 Dünya Çempionatı Muju, Cənubi Koreya 1/8 final mərhələsi
47
Dominikan Respublikası Moises Hernandez 19:10 Dünya Çempionatı Muju, Cənubi Koreya 1/4 final mərhələsi
48
Moldova Aaron Kook 41:5 Dünya Çempionatı Muju, Cənubi Koreya 1/2 final mərhələsi
49
Rusiya Anton Kotkov 21:3 Dünya Çempionatı Muju, Cənubi Koreya qızıl medal qazandı
50
Portuqaliya Jean Miçel Fernandes 29:1 Universiada Oyunları Taybey, Tayvan 1/16 final mərhələsi
51
Rusiya Boqdan Qreçkin 25:8 Universiada Oyunları Taybey, Tayvan 1/8 final mərhələsi
52
Yaponiya Hidenori Ebata 32:15 Universiada Oyunları Taybey, Tayvan 1/4 final mərhələsi
53
Çin Taybeyi Vei-Tinq Liu 12:4 Universiada Oyunları Taybey, Tayvan 1/2 final mərhələsi
54
İspaniya Raul Martinez Qarsiya 6:3 Universiada Oyunları Taybey, Tayvan qızıl medal qazandı
55
Misir Seyf Eyssa 12:13 Rabat, Mərakeş bürünc medal qazandı
  1. 1 2 3 4 5 "Milad Beigi Harchegani.  (ing.)". www.baku2015.com (I Avropa Oyunlarının rəsmi saytı). 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2017.
  2. Sitat səhvi: Yanlış <ref> teqi; :6 adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; :7 adlı istinad üçün mətn göstərilməyib
  4. 1 2 "Rio 2016: Olimpiyaçılarımızı tanıyaq - Milad Beygi Hərçigani.  (az.)". www.premyer.az. 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2017.
  5. 1 2 Taekwondodata.com idman portalı. "Milad BEYGİ". www.taekwondo.com (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Qafqazinfo.az xəbər portalı. "Reza Mehmandost Azərbaycan yığmasının baş məşqçisi oldu". www.qafqazinfo.com (az.)). 22.08.2022. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты едут за лицензионными очками". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. 1 2 3 Azerisport.com idman portalı. "Таэквондисты завоевали три медали на Кубке Украины". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. Azerisport.com idman portalı. "Весь состав сборной Азербайджана на Евроигры". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. 1 2 "Damir Fejzić (Seribia) — Milad Beigi (Azerbaijan)". səh. 2015 European Games official website. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  11. 1 2 "Lutalo Muhammad (United Kingdom) — Milad Beigi (Azerbaijan)". səh. 2015 European Games official website. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  12. 1 2 "Júlio Ferreira (Portugal) — Milad Beigi (Azerbaijan)". səh. 2015 European Games official website. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  13. 1 2 "Milad Beigi (Azerbaijan) — Albert Gaun (Russia)". səh. 2015 European Games official website. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  14. Azerisport.com idman portalı. "Милад Беиги Харчегани выиграл золото Евроигр, серебро у Фарида Азизовой". www.azerisport.com (rus.)). 22.08.2022. 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  15. "İlham Əliyev I Avropa Oyunlarında Azərbaycanın qazandığı 12-ci qızıl medalı Milad Beygi Hərçiganiyə təqdim etdi". Azərbaycan Prezidentinin rəsmi saytı. səh. www.president.az. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  16. Azerisport.com idman portalı. "Президент Азербайджана наградил Мехрибан Алиеву, Азада Рагимова и чемпионов Евроигр". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  17. Azerisport.com idman portalı. "Герой Евроигр побеждает в Корее". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  18. Azerisport.com idman portalı. "Победитель Евроигр завоевал золото Открытого чемпионата России". www.azerisport.com (rus.)). 22.08.2022. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. Azerisport.com idman portalı. "Увидеть Москву и победить". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  20. Azerisport.com idman portalı. "Азербайджан завоевал Кубок мира по таэквондо". www.azerisport.com (rus.)). 22.08.2022. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. 1 2 3 4 Azerisport.com idman portalı. [LİNK "MƏTN"] (#bad_url). www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  22. "Azərbaycan yığmasının üzvləri İstanbul şəhərində, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmağa çalışacaqlar.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2016.
  23. 1 2 3 4 5 6 7 8 "Milad Beygi, erməni idmançıya qalib gəldi və Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandı.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2016.
  24. "XXXI Yay Olimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2292 nömrəli Sərəncamı.  (az.)". www.president.az (Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı). 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2016.
  25. "Taekvondo üzrə Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında 12 idmançı ilə təmsil olunacaq.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2017.
  26. 1 2 "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçularımız Fəridə Əzizova və Milad Beygi Hərçigani birinci görüşlərində qələbə qazanıb.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2017.
  27. "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçularımız yarım-final mərhələsində rəqibləri müəyyənləşib.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2017.
  28. "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçumuz Milad Beygi Hərçigani "İslamiada"-nın finalında.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2017.
  29. 1 2 3 "IV İslam Həmrəyliyi Oyunları: Taekvondoçumuz Milad Beygi Hərçigani IV İslam Həmrəyliyi Oyunlarının çempionudur.  (az.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2017.
  30. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.
  31. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 22.08.2016. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.