Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Çaqulak adası
Çaqulak adası (ing. Chagulak Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Amukta adasından sonra Dörd Dağ adaları qrupuna daxil olan ikinci qərbdə yerləşən adadır. Çaqulak yaşayışı olmayan, diametrdi 3 km olan adadır. Adada sönmüş stroto vulkan vardır. Maksimal hündürlüyü 1142 metrdir. İqlimi soyuqdur. Duman və atmosfer yağıntıları adi haldır.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Odri Azulay
Odri Azulay (fr. Audrey Azoulay; 4 avqust 1972[…]) — Mərakeş əsilli fransız siyasətçi və dövlət xadimi, 15 noyabr 2017-ci ildən YUNESKO-nun baş direktoru. Fransanın mədəniyyət və kommunikasiya naziri (2016–2017). == Həyatı == === Erkən illər === O, 4 avqust 1972-ci ildə Parisin ətrafı La Celle-Saint-Cloud[fr]-də Mərakeş əsilli yəhudi ailəsində anadan olub. Onun əcdadları Essaouira şəhərində yaşayırdılar. Audrey Azoulay, Mərakeş kralı II Həsənin müşaviri Andre Azulanın qızıdır (uşaqlıqda Odri məktəb tətillərini Mərakeşin kral sarayında keçirirdi). Paris-Dauphine Universitetində elmlər magistri və Lancaster Universitetində MBA dərəcəsi almışdır. Parisdəki Siyasi Araşdırmalar İnstitutunu və Milli İdarəçilik Məktəbini bitirmişdir. === Siyasi karyera === 2000-ci ildə Milli İdarəçilik Məktəbini bitirdikdən sonra İl-de-Frans regionunun Hesablama Palatasında çalışıb və Dövlət Xidmətlərinin Qiymətinə və Səmərəliliyinə Nəzarət Komitəsinin üzvü olub. 2006-cı ildə Milli Kino və Animasiya Mərkəzinə[fr] köçdü və orada audiovizual şöbəyə rəhbərlik etdi.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Yoşikazu Naqay
Yoşikazu Naqay (d. 6 aprel 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 69 oyun keçirib, 9 qol vurub.
Yuyçiro Naqay
Yuyçiro Naqay (d. 4 fevral 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Yuyçzülyü Naqay
Yuyçzülyü Naqay (v. 506) — 492-ci ildə qardaşı oğlundan sonra taxta çıxmış jujan xaqanı. Yerinə oğlu Futu keçmişdi.
Naqay stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. == 2002 Dünya Kuboku == Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Viola vagula
Viola nephrophylla (lat. Viola nephrophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Gülay Hüseynova
Gülay Zeynallı