Vaqula gölü

Vaqula gölü (est. Vagula järv; Vaqqola[1]) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır[2]. 2 km aşağıda Tamula gölü qərarlaşır.

Vaqula
est. Vagula järv
Səmadan görünüşü.
Səmadan görünüşü.
Ümumi məlumatlar
Mütləq hündürlüyü 69,2 m
Eni 1,7 km
Uzunluğu 4,6 km
Sahəsi 0,518 km²
Dərin yeri 11,5 m
Orta dərinliyi 5,2 m
Yerləşməsi
57°50′46″ şm. e. 26°54′46″ ş. u.
Ölkə  Estoniya
Vaqula xəritədə
Vaqula
Vaqula
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur.

Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.[3]. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir[4]. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur[5]. Gölün səviyəsi 1934-ci ildə bir metr salınmışdır. Bu zamandan etibarən isə gölün dəniz səviyyəsindən hündürlüyü 69,2 metrdir[3]. Gölün həcmi 495 m³-dir. 1974 ildə göldə «Vaqula» balıqçılıq təsarüffatı yaradılmışdır[6].

Göldə çapaq, xanı, Gymnocephalus cernuus, Rutilus, Leuciscus idus, sazan, forel, adi ilanbalığı, lilbalıq, adi sudak, Çud siqi və digər balıqlar yaşayır. Sahillərində Podiceps cristatus, adi qaşqaldaq, yaşılbaş ördək, adi güləyənquşu, fısıldayan qu quşu və digər quşlar yuva qurur[3][5]. 1960-cı illərdə ilə hər hektara 20 kq balıq məhsulu düşürdü[7].

Vaqula gölü estonlar arasında məşhur istirahət bölgəsidir. Burada balıq ovu yarışmaları keçirilir[3].

XX əsrdə göldə aparılan arxeoloji qazıntılar zamanı çoxlu sayda bürünc əşyalar aşkarlanmışdır[8]. Üstəlik göl və onun ətrafından MamontMüşk öküzü sümükləri arxieloji qazıntı zamanı tapılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ümumi coğrafi və statistik lüğət. Hissə 3. Tom 1. Arxivləşdirilib 2017-08-07 at the Wayback Machine М. 1843.
  2. Калевипоэг. 2013
  3. 1 2 3 4 Andrey Yavnashan. "Balıqçılıq və mamont sümükləri — Vaqula gölünə gedirik!". journalist.delfi.ee. 2015-10-20. 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.
  4. Альфа и омега: Кратк. справ. 1990. С. 111
  5. 1 2 "Vaqula gölü". visitestonia.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.
  6. Восьмая сессия Верховного совета Эстонской ССР восьмого созыва (отчёт). Таллин. 1975
  7. Herd S. V., Jadin V. İ. gölü, SSRİ göl və suanbarları. — М., 1961. — 599 s.
  8. Światowit, Объемы 24-25. Państwowe Wydawn. Naukowe., 1962

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Aare Mäemets. Eesti NSV järved ja nende kaitse. Tln., 1977
  • Вага, Аугуст Янович Летний планктон озёр Тамула и Вагула. Тарту. 1923