Gülay Hüseynova

Gülay HüseynovaAktrisa, Yazıçı, Ssenarist, Aparıcı.

Gülay Hüseynova
Gülay Hüseynova Əbülfəz qızı
Doğum adı Gülay Hüseynova
Doğum tarixi (34 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Bakı Slavyan Universiteti, İstanbul Film Akademiyası, Mərmərə Universiteti
Fəaliyyəti Aktrisa, Yazıçı, Ssenarist, Aparıcı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Gülay Hüseynova 28 iyun 1989-cu il Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Şairyazıçı Məmməd Kazımın nəvəsidir.

2006-cı ildə Bakı Slavyan Universitetinin Rus Dili və Ədəbiyyatı ixtisasına qəbul olmuş, təhsil aldığı dövrdə yüksək göstəriciləri ilə fərqləndiyinə və universitetin elmi, mədəni, ictimai həyatında fəal iştirakına görə 2010-cu ildə BSU-nun Fəxri Məzunu adına layiq görülmüşdür.

Respublikanın qaçqın şəhərciklərində təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə İlyas Əfəndiyev Fondunun Fəxri Fərmanı ilə təltif edilmişdir.

İki il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2012-ci ildə rejissor Ramiz Fətəliyevin "Ən adi soyad" bədii filmində rol alaraq aktrisalıq fəaliyyətinə başlamış, 2013-cü ildə Almas İldırımın həyatından bəhs edən "Unudulmayanlar" sənədli televiziya filmində, daha sonra gürcü rejissor İrakli Apakidzenin "Həyat çiçəyi" televiziya serialında baş rollardan birini canlandırmışdır.

2015-ci ildə türk dilində yazdığı, romantik yumor janrında olan P.S. Zaten boyun da küçüktü adlı ilk kitabı yayımlandığı gündən Azərbaycanda satış rekordunu qıraraq İlin Bestselleri seçilmiş, Qızıl qələm mükafatına layiq görülmüş, 2016-cı ildə Türkiyədə də on min (10 000) tirajla nəşr edilmişdir. Bu kitab, ölkədəki rus dilli oxucu kütləsinin də böyük marağına səbəb olmaqla yanaşı, həmçinin, müasir Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsində yazmaq ənənəsinin formalaşmasına təkan vermişdir.

2017-ci ildə Türkiyədə ikinci romanı ve bir Americano yayımlanmış, Bakı, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, Mersin, Trabzon və s. kimi böyük şəhərlərdə təqdimat və çoxsaylı imza günləri baş tutmuşdur. 2018-ci ildə İstanbul Film Akademiyasından məzun olmuş, Hollywood rejissoru Bobby Rothun supervayzerlik etdiyi, Rus-Türk birgə istehsalı olan və 44 ölkədə yayımlanan Kalbimin Sultanı (Star TV) serialının aktyor heyətində yeganə azərbaycanlı olaraq rol almış, Reyhan Kalfa obrazını canlandırmışdır. Serialın Султан моего сердца (Первый Канал) adıyla Rusiya premyerası 2019-cu ilin yanvarında baş tutmuş və rus dilli ölkələrdə böyük rezonans doğurmuşdur.

7 Yıldız Uluslararası Film/Dizi Ödülleri münsiflər heyətinin üzvü olan Gülay Hüseynova, Azərbaycan və Türkiyədə çoxsaylı serial və filmlərdə rol almış, eyni zamanda, bir çox televiziya və radio verilişlərinin aparıcısı, ssenari müəllifi olmuşdur. Şeir və yazıları mütəmadi olaraq, Türkiyənin dövri mətbuatında və ədəbiyyat platformalarında yayımlanmaqdadır.

2016-cı ildən etibarən İstanbulda yaşamaqda, sinema və ədəbiyyat sahəsindəki çalışmalarına davam etməkdədir.

2021-ci ildən Mərmərə Universitetində Radio, Televiziya və Sinema ixtisası üzrə magistr təhsili almaqdadır.

Gülay Hüseynova Türkiyənin dörd bir tərəfində təqdimat və imza günləri keçirən yeganə azərbaycanlıdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Film[redaktə | mənbəni redaktə et]

  • Ən Adi Soyad (film, 2012) – aktrisa
  • Unudulmayanlar (sənədli film, 2013) – aktrisa
  • Oktyabr və Bakı (qısa film, 2013) – aktrisa
  • 1 Milyon Manat (film, 2015) – aktrisa

Televiziya[redaktə | mənbəni redaktə et]

  • Ləkə (serial, 2013–2014, ATV, Azərbaycan) – aktrisa
  • Həyat Çiçəyi (serial, 2013, ATV, Azərbaycan) – aktrisa
  • Tufanlı Səma (serial, 2015, Lider TV, Azərbaycan) – aktrisa
  • Bizim Əhməd Hardadır? (serial, 2015, ARB, Azərbaycan) – aktrisa
  • 28 İyun (serial, 2016, Xəzər TV, Azərbaycan) – ssenari müəllifi
  • Kalbimin Sultanı (serial, 2018, STAR TV, Türkiyə) – aktrisa
  • Yeni Gelin (serial, 2018, SHOW TV, Türkiyə) – aktrisa
  • Султан Моего Сердца (serial, 2019, 1TV, Rusiya) – aktrisa
  • Balalar — bəlalar (uşaq proqramı, 2019, AzTV, Azərbaycan) – ssenari müəlifi
  • Pazardayız (yemək yarışması, 2019, 360 TV, Türkiyə) – aparıcı

Reklam[redaktə | mənbəni redaktə et]

  • Madeyra (2013, Azərbaycan)
  • Laçın Tibb Mərkəzi (2013, Azərbaycan)
  • Azercell (2014, Azərbaycan)
  • Gerda (2015, Azərbaycan)
  • Mercedes — Benz Kasko (2018, Türkiyə)
  • Bi dolu baskı (2019, Türkiyə)
  • Getir (2022, Türkiyə)
  • DeFacto (2022, Türkiyə)
  • Turkcell (2022, Türkiyə)
  • LC Waikiki (2023, Türkiyə)
  • A101 (2023, Türkiyə)
  • Amerikan Kültür (2023, Türkiyə)

Radio[redaktə | mənbəni redaktə et]

  • Yurdumuzu gəzə — gəzə (2009, BSU Tələbə Teleradiostudiyası) – aparıcı
  • Radioskop (2014, Araz FM) – aparıcı
  • Bamboleo (2014–2015, Media FM) – aparıcı
  • Stolova (2014–2015, Media FM) – aparıcı
  • Seçilən Nahar (2015, Media FM) – aparıcı

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • P. S. Zaten boyun da küçüktü… (roman); Bakı: Qanun Nəşriyyatı, 2015, 224 səh.
  • P. S. Zaten boyun da küçüktü… (roman); İstanbul: Müptela Yayınları, 2016, 256 səh.
  • ve bir Americano.. (roman); İstanbul: Martı Yayınları, 2017, 240 səh.

Tərcümələri[redaktə | mənbəni redaktə et]

(Rus dilindən Türk dilinə)

  • Grigory Petrov: Beyaz Zambaklar Ülkesinde (tam metin); İstanbul: Martı Yayınları, 2018, 256 səh.
  • Grigory Petrov: Beyaz Zambaklar Ülkesinde (gençler için); İstanbul: Martı Yayınları, 2018, 192 səh.
  • Grigory Petrov: Beyaz Zambaklar Ülkesinde (miniatür); İstanbul: Martı Yayınları, 2020, 304 səh.

(Türk dilindən Azərbaycan dilinə)

  • Fatih Ayan: On Bir Hekayə (povestlər); Bakı: Qanun Nəşriyyatı, 2021, 96 səh.

Haqqında[redaktə | mənbəni redaktə et]

  • Вдохновляющие Женщины Современного Азербайджана (kitab), Гюльчин Кулиева, Bakı: APOSTROF-A, 2019, 226 səh.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]