Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazirlik
Nazirlik — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina.
Nazilli
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir. == Etimologiya == Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır. == Tarixi == Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Laiklik
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. == Türkiyədə == Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Natiqlik sənəti
Natiqlik və ya bəlağətli nitq sənəti — inandırmaq məqsədi ilə kütlə qarşısında çıxış etmə sənəti. Natiqlik ritorika, aktyorluq texnikası (təqdimat) və manipulyasiya üsullarının harmonik vəhdətidir. Natiqin məqsədi öz nöqteyi-nəzərini müdafiə edərək, öz mövqeyini rəqibə və ya auditoriyaya təqdim etməkdir. Hazırlanmış nitq və natiqlik üsullarından istifadə edərək bu məqsədinə nail olur. Natiqlik sənəti və onun xassələrini ritorika elmi öyrənir. == Natiqlikdə arqumentasiya == Kütləvi nitqdə arqument tezisi sübut etməyə yönəlmiş faktlar, tədqiqat məlumatları, hadisələr, praktik nümunələrdir. Antik ritorikada Aristotel arqumentin üç növünü ayırd edirdi: etos, patos, loqos. Etos – öz nitqi ilə insanları müəyyən hərəkətlərə sövq etməyə, bəyanatın mövzusuna baxış və münasibəti dəyişməyə çağırmağa hazırlaşan şəxsin etik, mənəvi mövqeyidir; etos ən birbaşa danışıq və ya yazılı söz üçün vətəndaş məsuliyyəti hissi ilə əlaqələndirilir. Loqos – insanlar üçün mühüm düşüncədir, dialektik səviyyədə onların fəal əks etdirilməsi və mənimsənilməsi mövzusuna çevrilməli olan ideyadır. Pafos – vəziyyətə, ifadənin məqsədinə uyğun gələn və ifadənin mənasının başa düşülməsinə və mənimsənilməsinə ən çox kömək edən obrazlı nitq formasıdır.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.