Natiqlik və ya bəlağətli nitq sənəti — inandırmaq məqsədilə kütlə qarşısında çıxış etmə sənəti. Natiqlik ritorika, aktyorluq texnikası (təqdimat) və manipulyasiya üsullarının harmonik vəhdətidir.
Natiqin məqsədi öz nöqteyi-nəzərini müdafiə edərək, öz mövqeyini rəqibə və ya auditoriyaya təqdim etməkdir. Hazırlanmış nitq və natiqlik üsullarından istifadə edərək bu məqsədinə nail olur[1].
Natiqlik sənəti və onun xassələrini ritorika elmi öyrənir.
Kütləvi nitqdə arqument tezisi sübut etməyə yönəlmiş faktlar, tədqiqat məlumatları, hadisələr, praktik nümunələrdir.[1]
Antik ritorikada Aristotel arqumentin üç növünü ayırd edirdi: etos, patos, loqos.[2]
İnsan psixikası ilə səs aparatı arasında birbaşa əlaqə var. Əgər danışanın səsləndirmək istədiyi fikir və hisslər zəif, anlaşılmaz və ya qeyri-müəyyəndirsə, onun nitqinin də mahiyyəti eynilə bu cür olacaq. Nitq aparatı tam işləməyəcək. Bu cür nasazlığın əlamətləri aralıq və dayaz nəfəs, monoton səs, aydın olmayan artikulyasiya və yanlış intonasiyadır. Nitq mexanizmini tam “döyüş hazırlığına” gətirmək üçün parlaq, canlı düşüncələr və natiqin onları bölüşməyə hazır olması lazımdır. Pol Soperə görə, natiqin əsas vəzifəsi deyilməli nələrəsə sahib olmaq və onu ifadə etməyə dərin ehtiyac duymaqdır[3].
<ref>
etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib