Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pinyao
Pinyao əyaləti — Çinin mərkəzi Şansi əyalətindəki Tsinzhonqda bir mahaldır. Pinyao Min və Tzin sülalələrindən çoxlu sayda memarlıq abidələri qalmış Çinin ən yaxşı qorunan, ən vacib turistlik məkanlarından biridir. 2010-cu ildən 502,712 nəfər sakini var. == Tarixi == Pinyao əyaləti ilk dəfə Çin krallığı vahid güc altında birləşən zaman yarandı. 20-ci əsrdə Yaponiya ilə müharibə zamanı 1938-ci ilin fevralında mahal yapon qoşunları tərəfindən işğal edildi və müharibənin sonuna qədər Yapon işğalı altında qaldı. 1949-cu ildə Yuytsi Xüsusi Dairəsi (榆次 专区) yaradıldı və mahal onun tərkibinə daxil oldu. 1958-ci ildə Yuyi Xüsusi Rayon Tsinzhonq Xüsusi Bölgəsi (晋中 专区) adlandırıldı. 1970-ci ildə Tsinzhonq Xüsusi Rayonu Tsinzhonq şəhəri (晋中 地区) adlandırıldı. 1999-cu ildə Çin Xalq Respublikası Dövlət Şurasının qərarı ilə Tsinzhonq rayonu və Yuqi şəhəri dağıldı və Tsinzhonq şəhəri yaradıldı.
Pinyata
Pinyata (isp. Piñata) karton və ya konteynerlərin içinə şəkər, saqqız və ya konfet kimi şirin yeməklər və ya oyuncaqlar doldururlan, quş ya da başqa bir heyvana bənzər Meksika mədəniyyətinə aid bir oyuncaqdır ki, mərasim və ya bayramda tavandan asılır. Uşaqlar ona çubuq vururlar və qutu dağılır - içindən şokolad, konfet, nabat və s. tökülür. Pinyatalar həmçinin bir sıra digər Latın Amerika ölkələrində eyni şəkildə populyardır. Onlar həmçinin ABŞ-də da nisbətən populyar olublar.
Pinyin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Sebastyan Pinyera
Sebastyan Pinyera (isp. Miguel Juan Sebastián Piñera Echenique; 1 dekabr 1949[…], Santyaqo – 6 fevral 2024, Ranko dənizi[d]) — 2010-2014 və 2018-2022-ci illərdə Çili prezidenti.
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. == Həyatı == === Uşaqlıq İlləri === Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Ping
ping İnternet Protokolu (IP) şəbəkəsində hostun əlçatanlığını yoxlamaq üçün istifadə edilən kompüter şəbəkəsinin idarəedici proqram təminatıdır. O, şəbəkəyə qoşulma qabiliyyətinə malik olan faktiki olaraq bütün əməliyyat sistemləri, o cümlədən ən çox quraşdırılmış şəbəkə idarəetmə proqramları üçün mövcuddur. Ping, mənbəyə əks-səda (echo) verən mənbə hostundan təyinat kompüterinə göndərilən mesajlar üçün gediş-gəliş vaxtını ölçür. Adı səs nəbzini göndərən və su altında obyektləri aşkar etmək üçün əks-sədaya qulaq asan aktiv sonar terminologiyasından gəlir. == Tarix == Ping yardım proqramı Mike Muuss tərəfindən 1983-cü ilin dekabrında Balistik Tədqiqatlar Laboratoriyasında, indiki ABŞ Ordusunun Tədqiqat Laboratoriyasında işlədiyi müddətdə yazılmışdır. David Millsin IP şəbəkə diaqnostikası və ölçmələri üçün ICMP əks-səda (echo) paketlərindən istifadə ilə bağlı qeydi Muussu şəbəkə problemlərini həll etmək üçün yardım proqramı yaratmağa sövq etdi. Müəllif onu sonarın çıxardığı səsə görə adlandırmışdır, çünki onun metodologiyası sonarın əks-sədalanmasına bənzəyir. PING üçün Packet InterNet Groper backronimi 30 ildən artıqdır ki, istifadə olunur, və Muuss, onun nöqteyi-nəzərindən PING-in qısaltma kimi nəzərdə tutulmadığını söyləsə də, Millsin adının genişlənməsini etiraf etdi. İlk buraxılmış versiya ictimai domen proqramı idi; bütün sonrakı versiyalar BSD lisenziyası altında lisenziyalaşdırılmışdır. Ping ilk dəfə 4.3 BSD-ə daxil edilmişdir.
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Liu Pinq
Liu Pinq (1 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Liu Pinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Liu Pinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Metaseiulus pini
Metaseiulus pini (lat. Metaseiulus pini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Piay burnu
Piay burnu (malay Tanjung Piai) — Malay yarımadasının cənub qurtaracağında yerləşir. Üstəlik burun Avrasiya materikinin ucqar cənub nöqtəsini təşkil edir. Burun Malayziya ərazisində yerləşir. Onun qurtaracağında abidə ucaldılmışdır. Piay burnu Sinqapurdan 30 km qərbdə yerləşir.
Pink Floyd
Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the Moon və The Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır. Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı.
Pink gölü
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. == Tarixi == Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. == Xüsusiyyətlər == Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Troy Pina
Yeremi Pino
Yeremi Pino (20 oktyabr 2002, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya La Liqasında çıxış edən Vilyarrealın və İspaniya milli komandasının futbolçusu. == Klub karyerası == === Vilyarreal === "Vilyarreal"ın heyətində ilk matçına 22 oktyabr 2020-ci ildə keçirilən "Vilyarreal" – "Sivasspor" matçının 79-cu dəqiqəsində çıxıb. Matç "Vilyarreal"ın 5–3 hesablı qələbəsi ilə başa çatıb. "Vilyarreal"ın heyətində ilk qolunu 29 oktyabr 2020-ci ildə keçirilən "Qarabağ" – "Vilyarreal" matçında vurub.Matçın 74-cü dəqiqəsində meydana çıxan Pino 80-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç "Vilyarreal"ın 1–3 hesablı qələbəsi ilə başa çatıb.
Pink Armenia
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir. == Təşkilat == "Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
II Piy
II Piy (lat. Enea Silvio Piccolomini; 18 oktyabr 1405[…], Pyentsa, Siena Respublikası[d] – ən tezi 14 avqust 1464 və ən geci 15 avqust 1464 və ya 1464, Ankona, Papa dövləti) — Roma papası.
IX Piy
IX Piy (Covanni Mariya Mastai-Ferretti, 13 may 1792 - 7 fevral 1878) - Roma Papası (1846-78), pontifikatı tarixdə ən uzun olmuşdur (32 ilə yaxın). 1827 ildə Spoleto arxiyepiskopu olmuş, 1840 ildə XVI Qriqori onu kardinal etdi. Birinci Vatikan məclisini çağırmış, 1854 il bullasında Bakirə Məryəmin qüsursuz döllənməsi haqqında ehkam bəyan etdi. 2000 ildə IX Piy bəxtiyar elan edilmişdir.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
Rata Pin
VIII Piy
VIII Piy (lat. Francesco Saverio Castiglioni;20 noyabr 1761[…] – 30 noyabr 1830[…], Roma) - Roma papası.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VI Piy
VI Piy (lat. Giannangelo Braschi;25 dekabr 1717[…], Çezena, Papa dövləti – 29 avqust 1799[…], Valans, Birinci Fransa Respublikası) — Roma papası.
XII Piy
XII Piy (Eucenio Paçelli; 2 mart 1876, Roma - 9 oktyabr 1958) - Roma Papası (1938-58). Sələfin antikommunist siyasətini gücləndirdi. 1949 il "Munificentissimus Deus" apostol konstitusiyasında Bakirə Məryəmin meracı haqqında ehkam təsis etdi. "Divino Afflante Spiritu" (1943) və "Humani Generis" (1950) ensiklikalarında Bibliya mətnlərinin daha diqqətli yozmaları haqqında arzu irəli sürmüşdür. 1899 ildə keşiş, sonra kanonik hüququ və kilsə diplomatiyası professoru olmuşdur. 1904 ildən sonra arxiyepiskop Pyetro Qasparriyə kanonik hüququnun yeni kodifikasiyasında kömək etmişdir (1917 ildə dərc olunmuşdur). 1914 ildə Qasparrini fövqəladə kilsə işləri papa departamentinin katibi vəzifəsində əvəz etmiş, Bavariyaya apostol nunsisi, 1920 ildə isə Almaniyaya birinci papa nunsisi təyin olunmuşdur. 1924 və 1929 ildə Paçelli Vatikan və iki alman dövlətlər (Prussiya və Bavariya) arasında sazişlər əldə etdi. Bundan sonra o, Romaya çağırılmış kardinal və Müqəddəs Taxtın dövlət katibi təyin edilmişdir. Bu vəzifələrində o, XI Piyin siyasəti keçirmişdi.
XI Piy
XI Piy (Ambrocio Damiano Akille Ratti, 31 may 1857 - 10 fevral 1939, Roma) — Roma Papası (1922–1939). Lateran sazişləri bağlamış, bir neçə sosial ensiklika buraxdı. "Quas Primas" ensiklikasında Kral Məsiha bayramını təsis etdi. 1882–1888-ci illərdə Milandakı seminariyada doqmatik ilahiyyatın professoru, sonra Vatikan kitabxanası prefekti (1911–1918) olmuşdur. Növbəti ildə Polşada papa nunsisi, 1921-ci ildə isə kardinal və Milan arxiyepiskopu təyin edilmişdir.
X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır. == Ailəsi == Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır. Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır.
Piy vəzisi
Pind Milli Parkı
Pind (yun. Εθνικός Δρυμός Πίνδου) — Yunanıstan ərazisində yerləşən milli park. Milli park Pind dağ massivinin Qərbi Makedoniya və Epir dairələri ərazilərindəki bölgəni əhatə edir. Park 1966-cı ildə təsis edilmişdir. Milli parın ərazisi 6927 hektar ərazini əhatə edir. Ərazisi demək olar ki, dərə boyunca uzanır. Vadidə Qara şam ağacı (Pinus nigra), Rumeli şam (Pinus peuce) və Yunanıstan ərazisində nadir sayılan Adi şam (Pinus sylvestris) kimi bitkilər bitir == Fauna == Vadi boyunca 80 növ quş yuva qurur. Yırtıcı quşlar arasında Məzar qartalı (Aquila heliaca), Berkut (Aquila chrysaetos), Bığlı qızılquş (Falco biarmicus), Qırğılar, Avropa tüviyi (Accipiter brevipes), İlanyeyən (Circaetus gallicus), Neophron percnopterus kimiləri göstərmək olar. Üstəlik vadidə Qara ağacdələn (Dryocopus martius), Suriya ağacdələni (Dendrocopos syriacus), Ağbel ağacdələn (Dendrocopos leucotos), Ortaboy ağacdələn (Leiopicus medius) kimi quşları görmək olur. Yuxarı sahələrdə Eremophila alpestris, Tichodroma muraria yuva qurur Milli park Yunanıstan ərazisində yeganə yerdir ki, burada Avropa qonur ayısını (Ursus arctos arctos) görmək olar.