Pind (yun. Εθνικός Δρυμός Πίνδου) — Yunanıstan ərazisində yerləşən milli park. Milli park Pind dağ massivinin Qərbi Makedoniya və Epir dairələri ərazilərindəki bölgəni əhatə edir. Park 1966[1]-cı ildə təsis edilmişdir. Milli parın ərazisi 6927 hektar ərazini əhatə edir. Ərazisi demək olar ki, dərə boyunca uzanır. Vadidə Qara şam ağacı (Pinus nigra), Rumeli şam (Pinus peuce) və Yunanıstan ərazisində nadir sayılan Adi şam (Pinus sylvestris) kimi bitkilər bitir[2]
Pind Milli Parkı | |
---|---|
yun. Εθνικός Δρυμός Πίνδου | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 69.27 km2 ha |
Yaradılma tarixi | 1966 |
Yerləşməsi | |
39°54′ şm. e. 21°06′ ş. u. | |
Ölkə | Yunanıstan |
pindosnationalpark.gr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vadi boyunca 80 növ quş yuva qurur. Yırtıcı quşlar arasında Məzar qartalı (Aquila heliaca), Berkut (Aquila chrysaetos), Bığlı qızılquş (Falco biarmicus), Qırğılar, Avropa tüviyi (Accipiter brevipes), İlanyeyən (Circaetus gallicus), Neophron percnopterus kimiləri göstərmək olar. Üstəlik vadidə Qara ağacdələn (Dryocopus martius), Suriya ağacdələni (Dendrocopos syriacus), Ağbel ağacdələn (Dendrocopos leucotos), Ortaboy ağacdələn (Leiopicus medius) kimi quşları görmək olur. Yuxarı sahələrdə Eremophila alpestris, Tichodroma muraria yuva qurur[2]
Milli park Yunanıstan ərazisində yeganə yerdir ki, burada Avropa qonur ayısını (Ursus arctos arctos) görmək olar. Digər məməlilər arasında Canavar (Canis lupus), Meşə pişiyi (Felis silvestris), Martes foina, Capreolus capreolus, Adi sincab (Sciurus vulgaris), Qaban (Sus scrofa) seçilir. Nadir hallarda burada Lutra lutranı görmək olur[2]. Park ərazisində beş növ yarasa yaşayır. Ən geniş yayılanı Nyctalys noctuladır.
Amfibiyalar arasında rütubətli bölgələrdı Yunan qurbağası (Rana graeca), Ot qurbağası (Rana temporaria), Yaşılqarın qurbağa (Bombina variegata), Yaşıl quru qurbağası (Bufo viridis) və Alp tritonu (Ichthyosaura alpestris) yaşadığı halda, meşəli ərazilərdə isə Ləkəli salamandra (Salamandra salamandra) yaşayır. Sürünənlərdən Yaşıl kərtənkələ (Lacerta viridis), Üçzolaqlı kərtənkələ (Lacerta trilineata), Kiklad kərtənkələsi (Podarcis erhardii), Adi qonurilan (Coronella austriaca), Damalı suilanı (Natrix tessellata), Zeytuni təlxə (Platyceps najadum), Buynuzlu gürzə (Vipera ammodytes) və Balkan tısbağası (Testudo hermanni)[2] yayılmışdır
Həşaratlarla zəngin olsalarda xüsusi ilə Cerambycidae seçilirlər. Say baxımından Nymphalis antiopa və Nymphalis polychloros[2] daha çoxdur.