Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pre-eyakulyasiya
Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az, yaxud da heç yox dərəcəsindədir. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir.
Val-de-Pre
Val-de-Pre (fr. Val-des-Prés, oks. Vau dels Prats) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05174. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 502 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 325 nəfərdən (15-64 yaş) 265 nəfəri iqtisadi cəhətdən, 60 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.5%, 1999-cu ildə 75.7%). Fəal olan 265 nəfərdən 249 nəfər (138 kişi və 111 qadın) işləyir, 16 nəfər işsizdir (8 kişi və 8 qadın).
Le-Şam-pre-Froj
Le-Şam-pre-Froj (fr. Le Champ-près-Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38070. Kommunanın 2012-ci il üçün əhalisi 1229 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 826 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" mükafatı laureatları
== 2008 == Əliyev Cəlal Əlirza oğlu — 30. iyun 2008 == 2012 == Ələkbər Əmir oğlu Məmmədov; — 5 noyabr 2012 == 2013 == Elmira Hüseyn qızı Axundova — 24. may 2013 == 2014 == Hidayət Xuduş oğlu Orucov — 3. sentyabr 2014 == 2015 == Amaliya Əliş qızı Pənahova Abbaslı Adəm Famil oğlu Allahyarov Mahir Cəlal oğlu Azərtaş Lalə Qabil qızı Babayev Aqşin Kamal oğlu Afaq Bəşir qızı Səfərova Cabbarzadə Xatirə Hafiz qızı Cəfərli Elman Niyazil oğlu Didavari Rövşən Tofiq oğlu Eynullayeva Sudabə Cahangir qızı Əhədova Sevda Sabir qızı Timuçin İlyas oğlu Əfəndiyev Əliyev Həbib Əli oğlu Gözəlov Vüsal Tapdıq oğlu İmaməliyeva Tahirə Məmməd qızı Fikrət Fərrux oğlu Məmmədov Məmmədov Şaiq Məmməd oğlu Məmmədova Gülnarə Sultan qızı Nəsirova Aynur Əli qızı Nurəliyeva Pərvin Ələmdar qızı Qut Arye Tağıyev Tahir Məmmədqulu oğlu Vəliyev Azər Kalam oğlu Yirik Betül Zeynalov Vaqif Mehrac oğlu Şəfiqə Haşım qızı Məmmədova == 2016 == Abdullayev Əkrəm Kamal oğlu — 28. yanvar 2016 Qürbətov Faiq Akif oğlu — 28. yanvar 2016 Mehdiyev Nurəddin Səftər oğlu — 28. yanvar 2016 Orucov Seymur Vaqif oğlu — 28. yanvar 2016 Seyidzadə Şahin Kamil oğlu — 28. yanvar 2016 Abdullayev Zahir Abdulla oğlu — 2. fevral 2016 Bilalov Zeynidin Dolqatoviç — 2.
"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
1962/1963 Malta Premyer Liqası
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçkidən əvvəl == 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir. == Nəticələri == 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi. == Seçimdən sonra == Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
1993-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1993-cü ildə Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə üç namizəd mübarizə apardı. Heydər Əliyev, səslərin 98.80 % topladı və Azərbaycan Prezidenti seçildi.İlham Əliyev diktatordur. O, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib. Əliyev barəsində ölüm hökmü çıxarılacaq. FUСК Aliyev == Seçimdən əvvəl == == Nəticələri == Seçici fəallığının 97.60 % olduğu seçimdə, Heydər Əliyev səslərin 98.80 % topladı və 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.
2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
2003-cü il Azərbaycanda Prezident seçkiləri — Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi. Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı. Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı, amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı.
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb. == Maliyyələşmə == Bu prezident seçkiləri üçün dövlət büdcəsindən 21,7 milyon manat ayrılmışdır. == Nəticələr == == Mənbə == Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu. msk.gov.az (az.) Seçkilər, Prezidnet, 15 oktyabr 2008.
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub. == Seçki qaydaları == Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
2013 Azərbaycan Prezident seçkiləri
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub. == Seçki qaydaları == Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
ABŞ Prezident seçkiləri (1788-1789)
ABŞ Prezident Seçkiləri (1788–1789) (ing. United States presidential election, 1788–1789) — Amerika Birləşmiş Ştatlarında keçirilmiş ilk prezident seçkisi. Seçkidə Corc Vaşinqton tək namizəd kimi qatılmış və qələbə qazanmışdır. Corc Vaşinqtonun vitse prezidenti olan Con Adams isə səkkiz namizədin arasından seçilmişdir.
ABŞ Prezident seçkiləri (1792)
1792 ABŞ Prezident Seçkisi (ing. United States presidential election, 1792) — Amerika Birləşmiş Ştatlarında keçirilmiş ikinci prezident seçkisi. Seçkidə Corc Vaşinqton tək namizəd kimi qatılmış və qələbə qazanmışdır. Corc Vaşinqtonun 1788–1789 ABŞ Prezident seçkiləri zamanı vitse prezidenti olmuş Con Adams 1792-ci ildə keçirilmiş seçkilər zamanıda vitse prezident vəzifəsini tutmuşdur.
ABŞ Prezident seçkiləri (1796)
1796 ABŞ Prezident Seçkisi (ing. United States presidential election, 1796) — Amerika Birləşmiş Ştatlarında keçirilmiş sayca III prezident seçkisi. Seçkidə Con Adams və Tomas Cefferson əsas namizədlər kimi yarışmış və Con Adams seçiçilərin 53,4% alaraq II ABŞ prezidenti seçilmişdir. Con Adamsın vitse prezidenti isə seçkidə ona əsas rəqib olmuş Tomas Cefferson olmuşdur.
ABŞ Prezident seçkiləri (2012)
ABŞ Prezident seçkisi (2012) (ing. United States presidential election of 2012) — 6 noyabr 2012-ci il tarixində ABŞ-də keçirilmiş, sayca 57-ci prezident seçkisi. ABŞ Demokrat Partiyası 2012-ci il üçün ilkin seçkilər keçirməmiş, ABŞ Prezidenti Barak Obamaın namizədliyini irəli sürmüşdür. ABŞ-də hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir. ABŞ Prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır. Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.
ABŞ Prezident seçkiləri (2016)
2016 ABŞ prezident seçkiləri — 8 noyabr 2016 tarixində keçiriləcəkdir. Bu seçkilər 58-ci ABŞ prezident seçkiləri olacaq. ABŞ-nin indiki başçısı Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü bir dəfə namizəd olması mümkün deyil. Partiyaların namizədləri ön seçkilərdə müəyyən edilir.
ABŞ Prezident seçkiləri (2020)
2020-ci il ABŞ Prezident seçkiləri — 2020-ci il 3 noyabrda ABŞ-də keçirilmiş prezident seçkiləridir. Bu seçkilərin nəticəsi Amerikanın 46-cı prezidentini bəlli etmişdir . Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatıldı. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden.Seçkilərin nəticəsi olaraq Co Bayden ABŞ-nin 46-cı prezidenti seçilmişdir. == Qaydalar == ABŞ-də mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər. == Nəticələr == Noyabrın 4-nə olan nəticələrə əsasən Co Bayden 70.106.680 seçici səsi, Donald Tramp isə 67.356.298 səs qazanıb. 94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3%, Donald Tramp isə 49,1 faizini toplayıb.
ABŞ Prezidenti
ABŞ prezidenti — ABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir. ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur. == Prezidentlik == Amerika Birləşmiş Ştatlarında prezident dövlətin və hökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökümətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur. ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir.
ABŞ prezident inauqurasiyası
Amerika Birləşmiş Ştatları prezidentinin andiçmə mərasimi ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimdir. Bu mərasim zamanı prezident seçkilərindən təxminən 72 ilə 78 gün sonra prezident and içir. İnauqurasiya (andiçmə mərasimi) hər yeni prezidentlik müddətində keçirilir. Hətta prezident ikinci müddətə seçilərək səlahiyyətlərini davam etdirsə belə bu mərasim yenidən keçirilir. Corc Vaşinqtonun ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə baş tutdu. 1821, 1849, 1877 və 1917-ci illər istisna olmaqla, 1793-cü ildən 1933-cü ilə qədər bütün sonrakı ictimai andiçmələr martın 4-də keçirildi. Martın 4-ü bazar gününə təsadüf etdiyi halda inauqurasiya 5 mart bazar ertəsi gününə keçirildi. 20 yanvarın 1957, 1985 və 2013-cü illərdə bazar gününə təsədüf etdiyindən bu illər istisna olmaqla 1937-ci ildən etibarən mərasim yeni ilin ilk günü yəni yanvarın 20-də günorta saatlarında keçirilir. Həmin illərdə prezident andı həmin gün təkbətək, ertəsi gün, bazar ertəsi, yanvarın 21-də yenidən açıq mərasimlə icra olunurdu. Ən son prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20- də Co Baydenin vəzifəyə gəldiyi zaman keçirilib.
ABŞ prezidentləri
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
ABŞ prezidentlərinin siyahısı
Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları). Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən).
ABŞ vitse-prezidenti
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
ABŞ vitse-prezidentləri
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
AMEA prezidentlərinin siyahısı
AMEA prezidentləri — 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında ilk prezident Mir Əsədulla Mirqasımov seçilmişdir. AMEA-nın sonuncu prezidenti – 2022-ci ildən akademik İsa Həbibbəylidir. == Tarixi == SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) Akademiyanın prezidenti olmuşlar. Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir. Akademik Akif Əlizadə AMEA-nın – 2013-cü ildən - 2019-cu ilədək prezidenti olmuşdur.
ANS Press
ANS Press — Azərbaycanda fəaliyyət göstərən xəbər agentliyi. 18 iyul 2016-cı il tarixində ANS TV və ANS ÇM ilə birlikdə fəaliyyəti dayandırılmış, 16 fevral 2023-ci il tarixindən etibarən öz fəaliyyətini bərpa etmişdir.
Abxaziya prezidentlərinin siyahısı
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Are
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. == Musiqili video == Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. == Trek siyahısı == Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Are Şaron
Are Şaron (28 may 1900, Yaroslav[d] – 24 iyul 1984, Paris) — İsrailli memar. 1962-ci ildə Memarlıq sahəsində İsrail Mükafatına dəyər görülmüşdür. İsrailin erkən dövr qurulmasında rol oynayan Şaron dövrün baş naziri David Ben-Quriona da məsləhətlər vermişdir. Dessaudaki Bauhausdda Valter Qropius və Hannes Meyerin şagirdi olan Şaron 1931-ci ildə İsrailə dönmüş və Tel-Əvivi yeni üslubda qurmağa başlamışdır. Xüsusi iqamətgahlar və kino salonlarının layihələri ilə məşğul olan Şaron 1937-ci ildə Tel-Əvivin ilk xəstəxanasının sxemini hazırlamış və peşə həyatı boyunca bir çox tibb mərkəzin tikilməsində iştirak edib.
Ben Tre
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Dr. Dre
Dr. Dre (əsl adı Andre Romel Yanq; 18 fevral 1965, Kompton, Kaliforniya) — Amerikalı reper, mahnı müəllifi, səs prodüseri, təşəbbüskar, səsyazma icraçısı, aktyor və səs mühəndisi.
Jizza Pro
Jizza Pro, bəzən Ser-G kimi qeyd olunur (tam adı: Sergey Quliyev; d. 7 dekabr 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqi prodüseri. == Həyatı == === Erkən illəri === 1999-cu ildən musiqi ilə məşğul olmaya başlayıb. === Populyarlıq qazanması === == Diskoqrafiya == Jizza Pro-nun istehsal diskoqrafiyasına 8 studiya albomu daxildir.
Ore dağları
Ore dağları və ya Ore silsiləsi — XII-XX əsrlərdə, təxminən 800 il ərzində Mərkəzi Avropada Saksoniya və Bohemiya arasında təbii bir sərhəd meydana gətirmişdir. Bu gün Almaniya ilə Çexiya Respublikası arasındakı sərhəd dağın əsas hissəsinin şimalından keçir. Ən yüksək zirvələri dəniz səviyyəsindən 1244 metr (4,081 ft) hündürlükdə yerləşən Klinoveç (Alman dilində-Keilberg) və 1215 metr hündürlükdə yerləşən Fichtelberq zirvələridir. Bu ərazi Tunc dövründə filizin yaranmasına, mədənçilik və metallurgiya sənayesindən dövrün erkən mərhələlərinin böyük sənaye sənayesinə keçməsinə və sonrakı Sənaye İnqilabının baş verməsində mühüm rol oynamışdır.
PGE Arena
PGE Arena — Polşanın şimalında yerləşən Qdansk şəhərinin, 41 620 nəfər tamaşaçı tutumu olan idman qurğusu. == İdman qurğusu haqqında == 2008-ci ildə PGE Arenanın təməli qoyulub. İnşaat qiyməti 204 000 000 avro olan PGE Arena, 2011-ci ildə təhvil verilib və avqustun 14-də açılışı olub. 41 620 nəfər tamaşaçı tutumu olan PGE Arenada, UEFA Avro 2012-nin qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu baş tutub.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). == Həyatı == Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. == Karyera == === Klub === Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır. Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi.
Per Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Pro FC
Pro bono
Pro bono publico (lat. ictimaiyyətin xeyrinə; cəmiyyətin faydalanması üçün) — könüllü və ödənişsiz həyata keçirilən peşə fəaliyyəti. Bu latın ifadəsi hüquqda "pulsuz hüquqi yardım"ı ifadə etmək üçün tətbiq olunur. Könüllü fəaliyyətdən fərqli olaraq, pro bono peşəkar şəxslər tərəfindən, maddi vəziyyəti imkan vermədiyinə görə onların xidmətlərindən istifadə edə bilməyən insanlara xidmət göstərilməsini nəzərdə tutur. Birləşmiş Krallıqda istifadə edilən pro bono publico ifadəsi həm də səhmlərdən gələn gəlirlərdən çox "ictimai rifah" naminə mövcud olan Milli Səhiyyə Xidməti kimi iri təşkilatların və müxtəlif QHT-lərin təşəbbüsünü ifadə etmək üçün istifadə edilir. Açıq-aşkar başqa cür müəyyən edilmədiyi təqdirdə Vikipediyada istifadəçilərin redaktə fəaliyyəti pro bono hesab olunur. == Hüquq məsləhətçisi == Pro bono hüquqşünaslar fərdlərə və ya bir qrup şəxslərə hüquqi məsələ üzrə dövlət orqanlarına ərizə və ya şikayətlər verməklə kömək edə bilərlər. Nadir hallarda hakimlər uduzmuş tərəfin digər tərəfə pro bono hüquqşünasın xidmətlərinə görə kompensasiya ödəməsini müəyyən edə bilər. === Cənubi Koreya === Cənubi Koreyada vəkillərdən hər il ən az 30 saat (yerli vəkil bürolarında bu müddət 20 saatadək azaldıla bilər) pro bono fəaliyyət göstərmələri tələb olunur. Bu tələbi əsaslı surətdə yerinə yetirməyənlər bunun əvəzində hər saat üçün 20,000–30,000 ₩ (17-26 ABŞ dolları) ödəyə bilərlər.
Sen-Prem
Sen-Prem (fr. Saint-Prim) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38448. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Pri
Sen-Pri (Val-d'Uaz)
Sent-Are
Sent-Are (fr. Saint-Arey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38361. Kommunanın 1999-cu il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 487 ilə 1 483 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Prel (İzer)
Prel (fr. Presles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38322. Kommunanın 2012-ci il üçün əhalisi 98 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına rəğmən vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.