ABŞ Prezidenti

ABŞ prezidentiABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir.

ABŞ Prezidenti
President of the United States
ABŞ prezidentinin möhürü
ABŞ prezidentinin möhürü

Vəzifədədir
Co Bayden

20 yanvar 2021-ci ildən
Başçılıq edir Amerika Birləşmiş Ştatları[1]
Müraciət forması Cənab prezident
Zati-aliləri
Rəsmi iqamətgahı Ağ Ev, Vaşinqton
Namizədlik yaşı 35 yaş[2][3]
Səlahiyyət müddəti 4 il[4][3][…]
Vəzifənin təsis tarixi 17 sentyabr 1787
Vəzifədə birinci Corc Vaşinqton
Rəsmi saytı whitehouse.gov/administr…
whitehouse.gov/es/admini…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur.

Amerika Birləşmiş Ştatlarında prezident dövlətinhökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökumətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur.

ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir. Prezident həmçinin əfv sərəncamıazadlıqdan məhrum olunmuş şəxslərin cəzalarının qalan hissəsindən azad edilməsi barədə sərəncamlar da imzalaya bilər. ABŞ meydana gəldiyi vaxtdan etibarən prezidentin və federal hökumətin nüfuzu əhəmiyyətli dərəcədə artmışdır və hər bir müasir prezident öz partiyasının qanuni proqramı ilə bağlı əmrlər verməyə və ABŞ-nin daxili və xarici siyasətinə görə məsuliyyət daşıyır.

Prezident dörd il müddətinə Seçki komitəsi nəzdində bilavasitə xalq tərəfindən seçilir və ölkə miqyasında seçilmiş iki federal zabitdən yalnız biri prezident olur, digəri isə Birləşmiş Ştatların vitse-prezidenti vəzifəsinə təyin olunur. 1951-ci ildə qəbul olunmuş 22-ci düzəlişlə bir şəxsin üç dəfədən artıq prezident seçilməsi qadağan edilmişdir. Bu düzəlişə görə həmçinin əvvəlcədən hər hansı bir prezidentin hakimiyyəti dövründə iki ildən artıq bir müddətdə prezident kimi xidmət göstərmiş və ya prezidenti əvəz etmiş bir şəxs bir dəfədən çox prezident seçilə bilməz. 2009-cu il yanvarın 20-də seçilən Barak Obama dövlətin 44-cü prezidentidir. O, 2012-ci il 6 noyabrda yenidən prezident seçilmişdir və hakimiyyət müddəti 2017-ci il 20 yanvar tarixində sona çatır. Dövlətin hazırkı və 46-cı prezidenti Co Baydendir.

Əmək haqqı: 200.000 dollar plyus xərclənmək üçün icazə verilmiş 50.000 dollar və 100.000 dollara qədər səfər və qonaq qəbulu üçün vergi qoyulmayan məbləğ.

Andiçmə mərasimi: Noyabr ümumi seçkilərindən sonra gələn 20 yanvarda.

Əsas vəzifəsi: Konstitusiyanı müdafiə etmək və Konqresin qəbul etdiyi qanunları həyata keçirmək.

1776-cı il Amerika inqilabı dövründə İkinci Kontinental Konqresdə iştirak etmək üçün hərəkət edən 13 koloniya özlərinin Böyük Britaniyadan ayrıldıqlarını elan etdilər. Daha çox ayrı-ayrı millətlər tərəfindən müstəqil idarə olunan yeni dövlətlər Britaniya ilə mübarizədə həmrəy olmağın zəruri olduğunu anladılar. Monarxiya tipli bir quruluş yaratmaq istəməyən Konqres bu dövlətlər arasında zəif də olsa bir ittifaq yaratmaq üçün "İstiqlaliyyət Bəyannaməsi"-ni qəbul etdi. Mərkəzi hökumət funksiyasını yerinə yetirən və "Bəyannamə"-nin şərtlərinə tabe olan Konqresin heç bir qanunverici səlahiyyəti yox idi; O, öz qətnamə, qərarnizamnamələrini qəbul edə bilərdi, lakin hər hansı bir qanun, vergi və yerli ticarətlə bağlı qaydaları vətəndaşlara təkid edə bilməzdi. Bu cür idarə forması Amerikalıların devrilmiş Britaniya Krallığı və Parlamentinin öz dominionu ilə hörmətlə rəftar etməli olduğuna bəslədikləri inamı əks etdirirdi.

1783-cü ildə Paris sazişi keçmiş koloniyaların müstəqilliklərini daha da möhkəmləndirdi. Sülh şəraitini təmin etdikdən sonra hər bir ştat diqqətini öz daxili məsələlərinə yönəltdi. 1786-cı ilədək Amerikalılar sərhədlərin zəif olduğu qənaətində idilər, belə ki, qonşu ştatların hər birinin iqtisadiyyatı böhran şəraitində birbirilə rəqabət aparan rəqiblərə çevrilmiş, idxal mallarının dəyərinin qarşılanması üçün xarici bazarlara güclü kapital axını baş vermiş, bundan əlavə Aralıq dənizindəki ticarət məntəqələri də Şimali Afrikanın dəniz quldurları tərəfindən yağmalanmış və Amerikada mütəqillik uğrunda aparılan müharibə zamanı verilən borclar hələ ödənilməmiş qalmışdı və buna görə də faizlər artmaqda idi. Vətəndaş müharibəsi və siyasi iğtişaşlar da hələ ki həlli yolunu tapmamışdı.

Daha sonra 1785-ci ildə VirciniyaMerilend arasında ticarət və balıqçılıqla bağlı mübahisələri həll etmək üçün keçirilən Mount Vernon konfransında Virciniya ştatlararası genişmiqyaslı ticarət əlaqələrində düşmənçilik münasibətlərini aradan qaldırmaq məqsədilə 1786-cı il, sentyabr ayında Merilend, Annapolisdə bütün ştatların iştirak etdiyi bir ticarət konfransı keçirməyi tələb etdi. Şübhəli yanaşmalara görə əksər ştatlar iştirak etmədiyindən iclas uğurlu nəticə əldə edə bilmədi və buna görə də Annapolis konfransının nümayəndə heyəti növbəti yaz Filadelfiyada "Bəyannamə"yə düzəlişlər edilməsi üçün iclas keçirilməsini tələb etdi. Ceyms Madison və Edmund Randolf Corc Vaşinqtonun Virciniya təmsilçisi kimi iştirakını təmin etməyə müvəffəq oluncayadək növbəti konvensiyaya dair planlar elə də ürəkaçan deyildi.

1787-ci ilin may ayında Konstitusiyanın hazırlanması ilə bağlı keçirilən iclasda iştirak edən 12 ştatın nümayəndələri özləri ilə birlikdə (Rod-Aylend öz nümayəndəsini göndərməmişdi) hökumətlərində tətbiq etdikləri qanunverici və icraedici hakimiyyət orqanlarının idarədəki rolu ilə bağlı müxtəlif sənədlər də gətirmişdilər. Əksər ştatlar güclü qanunverici orqan tərəfindən nəzarət edilən, icraedici şura ilə səlahiyyətləri bölüşən, qanunverici hakimiyyət tərəfindən illik seçkilərdə orta hesabla yalnız bir dəfəliyinə seçilə bilən, veto və vəzifəyə təyin etmə kimi səlahiyyətləri olmayan zəif icraedici hakimiyyəti, yəni, prezident quruluşunu dəstəklədilər. Nyu York isə istisna təşkil edərək, veto və təyinat səlahiyyətləri olan, prezidentlik dövrünün 3 il olduğu və hər bir fərdin ömürlük prezident seçilə bilməsi şərtlərini özündə birləşdirən güclü, unitar bir dövlət quruluşu formasını təklif etdi. Beləliklə, Filadelfiyada bağlı qapılar arxasında keçirilən danışıqlar zamanı ABŞ Konstitusiyasının şərtləri çərçivəsində prezident vəzifəsi formalaşdı.

Prezidentin mərasimlərdəki vəzifəsi

[redaktə | mənbəni redaktə et]

Bir dövlət başçısı kimi prezident özündən əvvəlki prezidentlərin yaratdıqları ənənələrə əməl etməlidir. Uilyam Hovard Taft 1910-cu ildə paytaxt Vaşinqtonda, Qrifit stadionunda Vaşinqton senatorlarının açılış mərasimində təntənəli bir şəkildə beyzbol topunu atmaqla elə bu ənənənin də əsasını qoydu. Taftdan sonra bircə Cim Karter istisna olmaqla bütün prezidentlər açılış mərasimində, ulduzların oyunu və çempionluq qarşılaşmalarında təntənəli bir mərasimlə azı bir beyzbol topunu meydançaya ataraq ənənəni davam etdirmişlər.

Digər prezidentlərin gətirdiyi ənənələr isə daha çox Amerika bayramları ilə əlaqədardır. Ruzerford B. Heyz 1878-ci ildə buranın yerli sakinləri olan uşaqlar üçün Ağ Ev yumurta diyirlətmə yarışının əsasını qoydu. 1947-ci ildə Harri Trumenın hakimiyyəti dövründən başlayaraq isə hər Şükran günü Ağ Evdə hər il keçirilən milli Şükran bayramı mərasimi ərzində prezidentə canlı hind toyuğu hədiyyə edilir.

Prezident ənənələri də dövlət başçısı kimi prezidentin rolunu əks etdirir. Ceyms Bunçanandan etibarən əksər istefaya gedən prezidentlər ənənəvi olaraq prezident dəyişikliyi dövründə xələflərinə məsləhətlər verirlər. Ronald Reyqan və onun davamçıları da özlərindən sonra gələn prezidentə Andiçmə öömərasimğği günü Oval ofisdəki yazı masasının üzərinə xüsusi bir ismarıc qoymuşdular.

Hər hansı bir xarici dövlət başçısı tərəfindən ABŞ-yə edilən səfər zamanı prezident, Con F. Kennedi tərəfindən əsası qoyulmuş ənənəyə uyğun olaraq Cənub Lounda keçirilən qarşılama mərasiminə ev sahibliyi edir. Bu daha sonra dövlət başçıları üçün nəzərdə tutulmuş yemək otağında prezidentin təşkil etdiyi nahar mərasimi ilə müşayiət olunur.

Müasir prezident vəzifəsi prezidenti xalqın bir nömrəli məşhuruna çevirmişdir. Prezident aparatının bəzi şəkilləri barədə olan mübahisələrdə beynəlxalq münasibətlər rəsmiləri adminisitrasiyası və elə prezidentin özü tərəfindən bunların sui-istifadə olunması barədə tendensiya irəli sürülür. Məsələn, kritiklərdən biri Con Kennedinin bir rəsminin PT109 hadisəsi haqqında mistik bir güc olduğuna inandıracaq dərəcədə incə detallarla ehtiyatla düzəldilmiş bir şəkildə təsvir edildiyini və Kennedinin rəsmlərdən prezident ambisiyalarına uyğun olaraq necə istifadə edəcəyini yaxşı başa düşdüyünü yazmışdır. Nəticədə bir sıra siyasi şərhçilər amerikalı seçicilərin prezidentdən reallığa uyğun olmayan gözləntilərinin olduğu fikrini irəli sürmüşlər: seçicilər prezidentdən iqtisadiyyatı idarə etməsini, düşmənlərə qalib gəlməsini, azad bir dünya yaratmasını, qasırğa qurbanlarına yardım, milli ruhu yüksəltmək və razılaşmada açıq aşkar yazılmayan kredit kartı ödəmələrindən bu məsələnin qurbanlarını qorumasını istəyirlər.

Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ştatlar Prezidenti idarəsi dünyada ən güclü idarələrdən biridir. Konstitusiyada deyilir ki, prezident "qanunların vicdanla icra olunması qayğısına" qalmalıdır. Bu məsuliyyəti həyata keçirmək üçün o, bir necə milyon adamdan ibarət geniş bir qurum olan federal hökumətin icra şaxəsinə başçılıq edir. Bundan başqa prezidentin vacib qanunvericilik və məhkəmə səlahiyyətləri də var.

Başqa səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Konqresə qanunvericilik təklif etmək, Konqresin xüsusi sessiyasını çağırmaq, Konqresə müraciət etmək, qanunları qadağan etmək, federal məhkəmələr təyin etmək, federal departamentlərin, agentliklərin və başqa əsas vəzifəli şəxslərin başçılarını təyin etmək, xarici ölkələrlə nümayəndələr təyin etmək, xarici ölkələrlə rəsmi işlər aparmaq, silahlı qüvvələrin baş komandanı vəzifəsini icra etmək, Birləşmiş Ştatlara qarşı kobud hərəkətlərə görə üzrləri qəbul etmək.

Qanunvericilik səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Konstitusiyanın "bütün qanunvericilik səlahiyyətləri" Konqresə həvalə olunur haqqındakı şərtə baxmayaraq, xalq siyasətinin əsas ifadəçisi kimi, prezidentin böyük qanunvericilik rolu da var. Konqresdə bəyənilmiş hər bir qanuna prezidentin veto qoymaq hüququ var və hər iki palatada üzvlərin üçdə ikisi veto hüququnun qəbul olunmaması üçün səs vermədikcə, qanun qəbul olunmur. Konqresin müzakirə etdiyi qanunvericilik aktlarının bir çoxu icra şaxəsinin təşəbbüsü əsasında hazırlanır. Konqresə etdiyi illik və xüsusi müraciətlərində prezident gərəkli olduğuna inandığı qanunların verilməsini də təklif edə bilər. Əgər Konqres Prezidentin təklifləri ilə bağlı heç bir fəaliyyət göstərmədən, bu təkliflərin müzakirə və təsdiqini təxirə salarsa, Prezidentin səlahiyyəti çatır ki, Konqresin fövqəladə sessiyasını çağırsın. Lakin bütün bunlardan əlavə, Prezident siyasi bir partiyanın başçısı və Birləşmiş Ştatlar hökumətinin icra hakimiyyətində əsas vəzifəli şəxs olaraq tutduğu mövqeyinə görə, xalqın rəyinə təsir edə biləcəyi üçün Konqresdə qanunvericilik prosesinin gedişinə də təsir edə bilər. Öz fəaliyyətlərinin Konqreslə bağlı olduğunu sübut etmək üçün prezidentlər ötən illərdə Ağ Evdə Konqreslə Əlaqə İdarəsi təsis etmişlər. Prezident köməkçiləri, bütün gərəkli qanunvericilik fəaliyyətləri ilə uyğun hərəkət edərək, hər iki partiyanın senatorlarını və nümayəndələrini inandırmağa çalışırlar ki, onlar prezident kabinəsinin siyasətini müdafiə etsinlər.

Məhkəmə səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Prezidentin konstitusion səlahiyyətləri arasında hökumətə yüksəkvəzifəli işçiləri təyin etmək səlahiyyəti də var. Ali Məhkəmənin üzvləri də daxil olmaqla Prezidentin adlarını verdiyi federal məhkəmələri müzakirədən sonra Senat təsdiq edir. Başqa vacib bir səlahiyyət impiçment halları müstəsna olmaqla, federal qanunu pozduğuna görə ittiham olunmuş hər bir nəfəri ya tam, ya da şərti olaraq əfvetmə səlahiyyətidir. Əfvetmə səlahiyyəti həbs müddətini qısaltmağa və pul cərimələrini azaltmağa da şamil edilir.

İcra səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

İcra şaxəsinin öz daxilində prezidentin milli işləri və federal hökumətin fəaliyyətini idarə etmək sahəsində çox geniş səlahiyyətləri var. Prezident qaydalar, qanunlar, göstərişlər verə bilər ki, bunlar da icra əmrləri adlanır. Bu əmrlərin federal agentliklər üzərində qanun gücü olur, Birləşmiş Ştatlar silahlı qüvvələrinin baş komandanı kimi, Prezident Milli Qvardiyanın ştat birliklərini federal xidmətə də çağıra bilər. Müharibə və milli təhlükə zamanı iqtisadiyyatı idarə etmək və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaqla bağlı Konqres prezidentə daha geniş səlahiyyətlər verə bilər. Bütün icra departamentləri və agentliklərin başçılarını, eyni zamanda yüzlərlə başqa yüksək dərəcəli federal vəzifə başçılarını prezident təyin edir. Buna baxmayaraq, federal işçilərin böyük əksəriyyətini Mülki Xidmətlər sistemi seçir ki, bu sistemdə vəzifəyə təyinolunma və vəzifənin artırılması bacarığa və təcrübəyə əsaslanır.

Xarici işlər sahəsində səlahiyyətlər

[redaktə | mənbəni redaktə et]

Konstitusiyaya əsasən, prezident xarici ölkələrlə Birləşmiş Ştatlar arasında əlaqələrin tənzimlənməsi sahəsində birinci dərəcəli məsuliyyət daşıyan federal vəzifəli şəxsdir. Prezident sonralar Senatın təsdiq etməli olduğu səfirləri, diplomatik nümayəndələri və konsulları təyin edir, xarici səfirləri və başqa dövlət vəzifəli şəxsləri qəbul edir. Prezident dövlət katibi ilə birgə xarici ölkələrlə bütün rəsmi əlaqələrə rəhbərlik edir. Bəzi hallarda ehtiyac olduqda, dövlət başçılarının bilavasitə [[müşavirə]lərində fikir mübadiləsi aparmaq üçün prezident özü şəxsən iştirak edə bilər. Nümunə üçün demək olar ki, I Dünya Müharibəsinin sonunda Parisdə keçirilən konfransda Amerika nümayəndələrinə Prezident Vudro Vilson özü başçılıq etmişdir. Prezident Franklin D. Ruzvelt müttəfiq dövlətlərin başçıları ilə dənizdə, AfrikadaAsiyada müzakirələr aparmışdır. Ruzveltdən sonra gələn prezidentlərin hər biri iqtisadi və siyasi məsələləri müzakirə və ikitərəfli və çoxtərəfli razılığa gəlmək üçün dünya dövlətləri başçıları ilə görüşmüşlər. Dövlət Departamenti vasitəsilə prezident xaricdəki amerikalıları və Birləşmiş Ştatlardakı xarici ölkələr vətəndaşlarını qorumaqda məsuliyyət daşıyır. Yeni xalqların və yeni yaradılmış dövlətlərin tanınıb-tanınmayacağı haqqında prezident qərar verir, Senatın üçdə iki səs çoxluğu ilə bəyənildikdən sonra Birləşmiş Ştatların başqa ölkələrlə bağlayacağı sazişlər haqqında danışıqlar aparır. Xarici hakimiyyət orqanları ilə "icra sazişləri" haqqında danışıqlar da apara bilər ki, bu, Senatın təsdiqinə verilmir.

Prezident səlahiyyətlətinə məhdudiyyətlər

[redaktə | mənbəni redaktə et]

Prezidentin rolu və səlahiyyətləri milli və beynəlxalq səhnədə gözə çarpacaq dərəcədə çox geniş bir sahəni əhatə etdiyi üçün, siyasi icmalçılar təklif etmişlər ki, prezident səlahiyyətlərinə xüsusi əhəmiyyət verilməlidir. Franklin D. Ruzvelt öz prezidentliyi dövründə öz vəzifə səlahiyyəti rolunu genişləndirmək üçün çalışdığına işarə edərək hətta "imperiya prezidentliyi" haqqında söhbət açmışdır. İlk ağlabatan həqiqətlərdən biri budur ki, yeni seçilmiş prezident aşkar edir ki, ona miras qalan bürokratik qurumu idarə etmək və onun istiqamətini dəyişmək çətindir və vaxt tələb edir. Prezidentin vəzifəyə təyin etmək səlahiyyəti mülki hökumətin vəzifəli işçi qüvvələrinin üç milyondan çox olanlarının ancaq 3.000-ə yaxın nəfərinə şamil edilir ki, onlardan da çoxunu öz işlərində Mülki Xidmət tənzimləmələri müdafiə edir. Prezident aşkar edir ki, dövlət maşını işlərin çoxunu prezidentin dəxaləti olmadan müstəqil şəkildə icra edir və sabiq hakimiyyət zamanı da belə etmişdir və gələcəkdə də belə etməkdə davam edəcəkdir. Yeni prezidentlər fəaliyyətə başlar-başlamaz həlli sabiq administrasiya zamanından yarımçıq qalmış elə məsələlərlə üz-üzə gəlirlər ki, bunlar bir çox hallarda mürəkkəb və qeyri-adi olur. Onlara elə bir büdcə miras qalır ki, bu büdcə onlar vəzifə borclarını icraya başlamazdan çox-çox əvvəl formalaşdırılmış və o dövrdə olan mövcud qanuna və əsas maliyyə xərclərinə uyğunlaşdırılmışdır (veteranların təqaüdləri, sosial təminat ödəncləri və yaşlılara tibbi yardım kimi). Bunlar qanunla qəbul edilmişdir və heç bir təsirə məruz qala bilməz. Xarici işlər məsələlərində prezidentlər özlərinin səfirləri tərəfindən aparılmış və bağlanmış sazişlərə və qeyri-formal razılıqlara uyğun hərəkət etməlidirlər.

Seçkidən sonrakı "bal ayı" ruh yüksəkliyi sevinci çox tez keçir və prezident xəbər tutur ki, Konqres daha az işgüzar olmuş və həyat şəraiti daha kritik vəziyyət almışdır. Prezident məcbur olur ki, bir-birindən fərqlənən, bir çox hallarda hətta daban-dabana zidd mənafeləri təmsil edən iqtisadi, coğrafi, etnik və ideoloji qüvvələr arasında, heç olmasa, müvəqqəti birlik yaratsın. Əgər hər hansı bir qanun qəbul edilməlidirsə, Konqreslə barışdırıcılıq siyasəti aparmaq lazımdır. Prezident Con F. Kennedi şikayətlənirdi: "Konqresdə hər hansı bir qanunu ləğv etmək asandır, onu qəbul etdirmək isə daha çətindir."

Bu ağır məhdudiyyətlərə baxmayaraq, çox nadir hallarda prezidentlər vəzifələrinə ikinci dəfə seçilmək imkanından imtina edib. Hər bir prezident nəhayət özünün bəzi qanunvericilik məqsədlərinə nail olur və əmin olduqda ki, başqa qanunlar xalqın ən ali mənafelərinə xidmət etmir, onların həyata keçirilməsini veto ilə qadağan edir. Müharibə aparılması və saziş bağlanması da daxil olmaqla, sülhə nail olmaq sahəsində prezidentin nüfuzu əsasdır. Bundan əlavə, ancaq onun özünə aid olan yeganə mövqedən çıxış edərək, fikirləri elə birləşdirə və siyasəti elə müdafiə edə bilər ki, prezidentin bu fəaliyyəti siyasi rəqiblərinin apardıqları əks-təbliğatdan xalqın şüuruna daha tez və daha yaxşı yol tapa bilsin. Prezident hər hansı bir məsələ qaldırdıqda, bu, mütləq xalq müzakirəsinin obyektinə çevrilir. Prezident səlahiyyəti və nüfuzu məhdudlaşdırıla bilər, buna baxmayaraq bu səlahiyyət və nüfuz Amerikada vəzifə başında olan və ya olmayan hər bir başqasının səlahiyyət və nüfuzundan daha böyükdür.

Prezident seçilmək üçün irəli sürülən tələblər

[redaktə | mənbəni redaktə et]

Prezident:

  • ABŞ-də anadan olmuş və bu dövlətin vətəndaşı olmalı
  • Ən azı 35 yaşı olmalı
  • Ən azı 14 il müddətinə ABŞ-də daimi yaşamış olmalıdır.

Bu tələblərə cavab verən şəxslər aşağıda göstərilən şərtlər daxilində prezidentlik hüququndan məhrum ola bilər: İyirmi ikinci düzəlişə əsasən heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Mütəxəssislər 12-ci düzəlişin şərtlərinə müvafiq olaraq prezidentliyə kifayət qədər uyğun olmayan bir şəxsin vitse-prezident seçilməsi ilə də razılaşmırlar. Konstitusiyanın birinci maddəsinin üçüncü hissəsinin yeddinci bəndinə əsasən etimadsızlığa görə məhkum olunma hallarında, Senatın məhkum olunmuş şəxsləri prezidentlik də daxil olmaqla digər federal vəzifələrdən məhrum etmək hüququ vardır. 14-cü düzəlişin 3-cü hissəsinə görə Konstitusiyanı dəstəkləməyə and içmiş və daha sonra ABŞ hökuməti əleyhinə çıxışlar etmiş heç bir şəxs prezident ola bilməz.

İcra departamentləri

[redaktə | mənbəni redaktə et]

Gündəlik təsir və federal qanunları həyata keçirmək səlahiyyəti milli və beynəlxalq məsələlərin müxtəlif xüsusi sahələri ilə məşğul olmaqdan ötrü Konqresin yaratdığı cürbəcür icra departamentlərinin əlindədir. Prezident tərəfindən təyin edilən və Konqres tərəfindən təsdiq olunan departament başçıları müşavirlər şurası yaradırlar ki, bu da ümumiyyətlə prezident "Kabineti" adı ilə tanınır. 14 departamentə əlavə olaraq, bir sıra xidmət təşkilatları da var ki, onlar Prezidentin İcra İdarələrini təşkil edir. Buraya Ağ Evin işçi heyəti, Milli Təhlükəsizlik Şurası, İdarəetmə və Büdcə İdarəsi, İqtisadi Müşavirlər Şurası, Birləşmiş Ştatlar Əmək Nümayəndəliyi İdarəsi və ElmTexnologiya İdarəsi daxildir. Konstitusiya prezident Kabineti üçün heç bir şərt qoymur. O nəzərdə tutur ki, prezident hər bir icra departamentinin əsas vəzifəli şəxslərindən tələb edə bilər ki, onların məsuliyyət sahəsinə dəxli olan hər hansı bir məsələ haqqında öz rəylərini yazılı şəkildə təqdim etsinlər, lakin Konstitusiya departamentlərin adlarını sadalamır və vəzifələrinin təsvirini vermir. Buna müvafiq olaraq, Kabinetdə xidmət üçün heç bir spesifik konstitusion fəaliyyət xarakteristikası verilmir.

Kabinet praktik cəhətdən gərəkli bir hal kimi Konstitusiyadan nəşət etmişdir, çünki hətta Corc Vaşinqtonun dövründə belə prezidentin öz vəzifələrini məsləhətsiz və kömək olmadan icra etməsi heç cür mümkün ola bilməzdi. Kabinetin necəliyi onu təşkil edən hər hansı konkret bir prezidentdən asılıdır. Prezidentlərin bəziləri məsləhətləri çox çətinliklə qəbul edir, başqaları asanlıqla qəbul edir, bir neçəsi isə tam imtina edir. Kabinet üzvlərinin müşavirlər kimi fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, onlar yaxşı bilirlər ki, hökumətin fəaliyyətini çox vacib olan xüsusi sahələrə yönəltməkdə məsuliyyət daşıyırlar.

Hər bir departamentdə həm Vaşinqtonda, həm də ölkənin başqa bölgələrindəki müvafiq idarələrdə minlərlə işçilər çalışır. Departamentlər şöbələrə, bürolara, idarələrə və xidmətlərə bölünür ki, onların da hər birinin özünəməxsus vəzifələri var.

(Departamentlərin hamısına katib başçılıq edir, ancaq Ədliyyə Departamentinə baş prokuror başçılıq edir.)

Kənd Təsərrüfatı departamenti: 1862-ci ildə yaradılmışdır.

Ticarət departamenti: 1903-cü ildə yaradılmışdır. Ticarət və Əmək Departamenti 1913-cü ildə iki müstəqil departamentə bölünmüşdür.

Müdafiə Departamenti: 1947-ci ildə birləşdirilmişdir. Müdafiə Departamenti Müharibə Departamenti (1789-cu ildə yaradılmışdır) ilə Donanma Departamenti (1798-ci ildə yaradılmışdır) və Hava Qüvvələri Departamentinin (1947-ci ildə yaradılmışdır) birləşdirilməsi əsasında yaradılmışdır. Müdafiə katibi Kabinetin üzvü olduğuna baxmayaraq, Ordu, Donanma və Hava Qüvvələri katibləri Kabinetin üzvləri deyillər.

Təhsil departamenti: 1979-cu ildə yaradılmışdır. Keçmişdə Səhiyyə, Təhsil və Rifah Departamentinin bir hissəsi olmuşdur

Enerji departamenti: 1977-ci ildə yaradılmışdır.

Səhiyyə və insan xidmətləri departamenti: 1953-cü ildə yaradılmış Səhiyyə, Təhsil və Rifah Departamentini müstəqil vahidlərə bölündükdən sonra 1979-cu ildə yaradılmışdır.

Mənzil tikintisi və şəhərsalma departamenti: 1965-ci ildə yaradılmışdır.

Daxili işlər departamenti: 1849-cu ildə yaradılmışdır.

Ədliyyə departamenti: 1870-ci ildə yaradılmışdır. 1789-cu və 1970-ci illər arasında baş atorney Kabinetin üzvü olmuş, lakin departamentə başçılıq etməmişdir.

Əmək departamenti: 1913-cü ildə yaradılmışdır.

Dövlət departamenti: 1789-cu ildə yaradılmışdır.

Nəqliyyat departamenti: 1966-cı ildə yaradılmışdır.

Xəzinə departamenti: 1789-cu ildə yaradılmışdır.

Veteran işləri departamenti: 1988-ci ildə yaradılmışdır, Keçmişdə Veteranlar İnzibati İdarəsi olan bu qurum indi Kabinet səviyyəsinə qaldırılmışdır.

  1. https://www.whitehouse.gov/about-the-white-house/our-government/the-executive-branch/.
  2. https://www.bbc.com/mundo/noticias-internacional-48777799.
  3. 1 2 Levy M., McDonald F. presidency of the United States of America // Encyclopædia Britannica (ing.).
  4. USA.gov.