Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
ABŞ vitse-prezidenti | |
---|---|
Vice President of the United States | |
Vəzifədədir Kamala Harris | |
Başçılıq edir | Amerika Birləşmiş Ştatları |
Səlahiyyət müddəti | 4 il |
Vəzifənin təsis tarixi | 21 aprel 1789 |
Rəsmi saytı |
whitehouse.gov/es/admini… senate.gov/artandhistory… |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir.
7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.