Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qıyıqçı
Qıyıqçı — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Qışlaqlı (Bicar)
Qışlaqlı (fars. قشلاق لو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Camal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Qaşıqçı (Məlikan)
Qaşıqçı (fars. قاشقچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (99 ailə).
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Bayraməli qışlağı
Bayraməli qışlağı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Bayraməli qışlağı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Bayraməli qışlağı (Gədəbəy) — Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan yer.
Budaqbəy qışlağı
Budaqbəy qışlağı — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Tərnəqut kəndinə məxsus qışlaq.
Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur. Qədim roma əfsanəsinə görə, e.ə. IV əsrdə Sarakuzyalina hökmdarı kral Sezar idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sarakuzyalina o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Dörgədərə Qışlağı
Dörgədərə Qışlağı (az-əbcəd. دؤرگه‌دره قێشلاغێ‎, fars. قشلاق درگه‌دره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Hasara Qışlağı
Hasara Qışlağı (az-əbcəd. حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Pavarı Qışlağı
Pavarı Qışlağı (az-əbcəd. پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. == Məzmunu == Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
Qılıccı (Miyanə)
Qılıccı (fars. قليج چي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (19 ailə).
Su qıtlığı
Su qıtlığı – suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Su qıtlığı problemi bütün qitələri əhatə edir. 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirdi. Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi vardır. Dünyadakı suyun cəmi 0.014 faizi şirin olmaqla yanaşı əlçatandır (dünyadakı suyun 97 faizi duzlu sudur). Texniki baxımdan isə insanlığı təmin etmək üçün kifayət qədər şirin su mövcuddur, lakin su resurslarının qeyri-bərabər paylanması nəticəsində bəzi coğrafi ərazilər həddindən artı nəmişlikdir, bəzi ərazilər isə quraqlıqdır. Əlavə olaraq son onilliklərdə şirin suya olan təlabatın artması su qıtlığını daha da kəskinləşdirir. Əgər indiki trendlər davam etsə gözlənilirki 2030-cu ildə suya olan təlabat su təminatını 40 faiz üstələyəcəkdir.
İslam qılıncı
İslam qılıncı (ərəb. سيف الإسلام‎‎, translit. Səyf əl-İslam) — 1937-ci ildə İslamın hamisi (ərəb. حامي الإسلام‎‎, translit. Hami əl-İslam) elan olunan İtaliya siyasətçisi Benito Mussoliniyə verilən əlbəyaxa döyüş silahı. == Tarixi == 1934-cü ildə İtaliya Liviyası yaradıldıqdan sonra İtaliyanın Baş Naziri Benito Mussolini İslam diniylə müqayisələrin edilməsini təşviq edən qərarlar qəbul etmişdir. Bu qərarlara əsasən, Liviyanın yerli əhalisi "İtaliyanın dördüncü sahilində yaşayan İtaliya müsəlmanları" adlandırılmış, regionda məscidlər və mədrəsələr tikilmiş, Məkkə şəhərinə Həcc ziyarətinə və Tripolidəki İslam mədəniyyəti üzrə tədris edən ali təhsil müəssisəsinə getməyi asanlaşdırmaq üçün xidmət müəssisələri təsis edilmişdir. İnsanpərvər məqsədlərin arxasında faşistlər və İslamın bəzi məzhəblərinin rəhbərləri Birləşmiş Krallıq və Fransanı düşmən olaraq tanıdırdılar. Benito Mussolini bundan öz mənfəəti üçün istifadə etmək arzusunda idi. Bu ortaq maraqlar 1919-cu ildə imzalanan və ABŞ, Fransa və Birləşmiş Krallığın xeyrinə olmuş Versal sülh müqaviləsinə qarşı olan ikraha əsaslanırdı.
Qılıçi (Ərdəbil)
Qılıçi (fars. قَلِیچی‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (37 ailə).
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Kəranlı Qışlağı (Xudafərin)
Musakəndi Qışlağı (fars. قشلاق كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalilısi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. == Haqqında == İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır". Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır. Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. == Həmçinin bax == Nadirin yürüşləri == İstinadlar == == Mənbə == Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1.
İshaqəli Qışlağı (Xudafərin)
İshaqəli Qışlağı (fars. قشلاق عشقعلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (12 ailə).
Qışlaqcıq-i Süfla (Mahnişan)
Qışlaqcıq-i Süfla (fars. قشلاق جوق سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (27 ailə).
Qışlaqcıq-i Ülya (Mahnişan)
Qışlaqcıq-i Ülya (fars. قشلاق جوق عليا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (23 ailə).
Əjdahanın qılıncı (film, 2015)
Əjdahanın qılıncı (çin. ənən. 天將雄師, ing. Dragon Blade) — 2015-ci ildə Çin tarixi fəaliyyət filmidir. Filmin ssenaristi və rejissoru Daniel Li-dir və baş rolda Ceki Çan oynayır. Filmdə Çan, Han sülaləsi dövründə Qərb bölgələrinin Mühafizə heyətinin komandiri Huo An rolunu oynayır. Əjdahanın qılncı, Çin Yeni il tətil dövrünün ilk günü 19 fevral 2015-ci ildə IMAX 3D-də buraxıldı. Film 4 sentyabr 2015-ci ildə Lionsgate Premiere tərəfindən ABŞ-də yayımlandı. == Məzmun == Çinin şimal-qərbində, miladdan əvvəl 48 (İngilis dilində ekranda 50 e.ə.), Çinin İpək Yolu Müdafiəsi Heyəti adlanan bir təhlükəsizlik şirkəti, döyüşləri dayandırmaq və barışıq ideyasını təbliğ etmək niyyətindədir. Kapitan Huo An (Ceki Çan) bir döyüşü müvəffəqiyyətlə dayandırır.