Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı[1]. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir.
Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi[2].
XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi. Xarici nümayəndələr ilk dəfə V Mehmed Rəşadın qılınc götürməsi mərasimini izləmişdir. 10 may 1909-cu il tarixində keçirilən mərasimə imperiya daxilindəki mövcud bütün dini icmaların, xüsusən Rum Patriarxı, Baş Ravvin və Erməni Kilsəsinin nümayəndələri iştirak edib. Qeyri-müsəlmanların mərasimi görməsi üçün icazə verilməsi bu mərasimi New York Times qəzetinin son dərəcə detallı bir şəkildə yazmasına səbəb olmuşdur[3]. V Mehmedin qardaşı və xələfi VI Mehmed Vahdeddin, mərasimin filmə çəkilməsinə icazə verərək, daha da irəli getdi. VI Mehmedin son Osmanlı padşahı olması ilə son qılınc götürməsi mərasimi keçirilmişdir[4].