Nadir şahın qılıncı

Nadir şah Əfşar və iki oğlu

Nadir şahın qılıncıƏfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır".[1]

Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır.[1]

Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1. I. B. Tauris. 2009. səh. 180.