Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır.
pol. Miecz przeznaczenia | |
Müəllif | Andjey Sapkovski |
Janr | Roman |
Orijinalın dili | polyakca |
Ölkə | |
Orijinalın nəşr ili | 1992 |
Seriya | Cadugər |
Nəşriyyat | Polşa superNOWA |
Səhifə | 384 |
Əvvəlki | Sonuncu arzu |
Sonrakı | Elflərin qanı |
Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir.[1] İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir.[2]
Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir:
Bu kitabda, hadisələr Cadugər seriyasına daxil olan romanlardan əvvəl baş verir və bu hekayələrdə təqdim edilən personajlar, sonradan romanların əsas qəhrəmanlarına çevrilir. Kitaba adını vermiş "Qismət qılıncı" adlı hekayədə ilk dəfə Siri təqdim edilir. "Daha çox olan" adlı hekayə isə "Cadugər haqqında saqa"nın birbaşa prikvelidir. Hekayədə saqa hadisələrindən əvvəl baş vermiş mühüm hadisələr, məsələn ,Sintranın süqutu təsvir olunur.
Kitab italyan, macar, çex, rus, yunan, isveç, fin, eston, litva, alman, ispan, Braziliya portuqalcası, serb, bolqar, ənənəvi çin, sadə çin, rumın, türk, holland və fransız dillərinə tərcümə olunmuşdur. 21 may 2015-ci ildə "Victor Gollancz Ltd" nəşriyyatı kitabın ingiliscə (Devid Frençin tərcüməsində) tərcüməsini təqdim etmişdir. [3]
Sapkovskinin "Narrenturm" adlı romanının audiokitab versiyasının 2011-ci ildə böyük uğur qazanmasından sonra, "Fonopolis" və "audioteka.pl", yazıçının "Sonuncu arzu" və "Qismət qılıncı" adlı kitablarının da audio versiyalarını hazırlamaq qərarına gəlmişdir. 15 saat davam edən "Qismət qılıncı", 49 aktyor tərəfindən səsləndirilmişdir. Onlardan Kşiştof Banaşik Geralt, Anna Dereşovskaya Yennifer, Slavimir Paçek Dandelion, Coanna Pax Sirilla, Viktor Zborovski İstrid rollarını səsləndirmişlər.