Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qıfotu
Qıfotu (lat. Vinca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12 növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Qıfotu üzvi maddələrlə zəngin, rütubətli torpaqda və kölgəli sahələrdə yaxşı inkişaf edir. Günəşin və suyun olmaması bitkinin məhvinə səbəb olur. Qələmlə çoxaldılır. Bunun üçün cavan, sürünən gövdənin hər hissəsindən 2-3 buğum kəsmək lazımdır. Gülçülükdə 2 növündən istifadə olunur.
Böyük qıfotu
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır. == Botaniki xarakteristikası == Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Tükcüklü qıfotu
Çəhrayı qıfotu
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. == Sinonimləri == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Beşyarpaq dişotu
Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb. Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir. == Çiçək == Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir. == Təsərrüfat əhəmiyyəti == Kökümsovu bişmiş halda yeyilir.
Kiçik qovotu
Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Gücotu
Gücotu (lat. Agrimonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Günotu
Günotu (lat. Hemerocallis) – günotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Həmçinin bax == Günotu:The Plant List saytında takson barədə məlumat.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İtotu:The Plant List saytında takson barədə məlumat.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Kiçik günotu
Kiçik günotu (lat. Hemerocallis minor) - günotu cinsinə aid bitki növü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Sun Qiaolu
Sun Qiaolu (12 iyun 1995, Şençjen, Quandun əyaləti[d] – 2 yanvar 2021) — Çin aktrisa və model. == Bioqrafiya == Sun Tsyaolu Çin uşaq televiziya seriyasında "ba-la-la kiçik şeytan Peri" serialında peri Lin Mayzi rolunda çıxış edib. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. Şounu bitirdikdən sonra o, moda biznesini açdı və sosial şəbəkələrdə nüfuzlu bir insana çevrildi. == Ölüm == Aktrisa, 1 yanvar 2021 ildə (25 yaşında), ürək tutmasından öldü.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. == Xarakterik xüsusiyyətləri == Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. == Məşhur test pilotları == Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Tükcüklü gücotu
Tükcüklü gücotu (lat. Agrimonia pilosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü.
Adi itotu
Adi itotu (lat. Marrubium vulgare) və ya Dovşan topuğu — i̇totu cinsinə aid bitki növü. == Sinonim == Marrubium album Garsault [Invalid] Marrubium apulum Ten. Marrubium ballotoides Boiss. & Balansa Marrubium germanicum Schrank ex Steud. Marrubium hamatum Kunth Marrubium uncinatum Stokes Marrubium vaillantii Coss. & Germ. Marrubium vulgare subsp. apulum (Ten.) H.Lindb. Marrubium vulgare var.
Kiçik itotu
Kiçik itotu - (lat. Marrubium nanum Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Status - NT == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi tək, budaqlanmayan, tüklü, 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları saplaqlı, tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, tüklü, alt tərəfdən açıq rənglidır. Çiçək dəstələri çoxçiçəkli, aralı düzülmüş, çiçəkaltlıqları bizvari, uzuntükcüklü, kasacığın borucuğunun uzunluğuna bərabərdir. Kasacıq 5 dişciklidir, üçbucaqvarıi-bizşəkilli dişciklər ilə örtülür, 2-2,5 dəfə boruuqdan qısadır, damarların üzəri tklüdür. Çiçək tacı açıq çəhrayı rəngli, kasacıqdan çıxandır. Üst dodaq ikidilciklidir, üçdilcikli alt dodaqda orta dilcik daha iri və yumrudur.
Pterothrissus gissu
Pterothrissus gissu (lat. Pterothrissus gissu) — pterothrissus cinsinə aid balıq növü.
Umaru Sisoku Embalo
Umaru Muxtar Sisoku Embalo (port. Umaro Mokhtar Sissoco Embaló; 23 sentyabr 1972, Bisau, Portuqaliya Qvineyası[d]) — Qvineya-Bisau Respublikanın Prezidenti. == Həyatı == Bisau şəhərində anadan olan Embalo Lissabon Texniki Universitetinin Ali Sosial və Siyasi Elmlər İnstitutundan beynəlxalq əlaqələr dərəcəsi, eyni zamanda Madridin Hesablamalar Universitetində Siyasi Elmlər üzrə magistr dərəcəsi və Beynəlxalq Əlaqələr üzrə doktorluq dərəcəsi almışdır. Portuqal və ispan dillərini mükəmməl bilir, ingilis, fransız, ərəb və suahili dillərində isə danışmağı bacarır. Orduda xidmətini başa vurduqdan sonra, İspaniya Milli Müdafiə Mərkəzində Milli Müdafiə Araşdırmaları üzrə kurs keçdi və Brüssel, Təl-Əviv, Yohannesburq, Tokio və Parisdə Milli Təhlükəsizlik mövzusunda seminarlar keçdi. Ölkəsinə qayıtdıqda ordu generalı rütbəsinə yüksəldi. Siyasi fəaliyyətinə başlamazdan öncə Afrika və Yaxın Şərq məsələlərində, beynəlxalq əməkdaşlıq və inkişaf mövzularında ixtisaslaşmışdı. Keçmiş Afrika İşləri Naziridir. == Baş nazir fəaliyyəti == 18 noyabr 2016-cı ildə Prezident Joze Mariu Vaş tərəfindən Baş nazir təyin edildikdən sonra kabinetini 13 dekabr 2016-cı ildə qurdu. Embalo mərkəzi komitə vasitəsi ilə ona 112 səs lehinə və 11 əleyhinə inamsızlıq verən öz partiyası olan Qvineya və Kabo-Verde İstiqlalı Partiyasını boykot edərkən vəzifəni tutdu.
Azərbaycan Respublikasının əməkdar pilotu
Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad.