Otvari qıfotu

Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü.

Otvari qıfotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır. Aprel ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, Qob., Abşer., Kür-Araz oval. (nadir halda), KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Otlu yamaclarda, kolluqlar arasında, meşə kənarında, rast gəlinir. Dağınıq haldadır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Xalq təbabətində qankəsici, yara sağaldıcı və s vasitə kimi istifadə olunur. Həmçinin diş ağrısı və ağız boşluğunun digər xəstəliklərində istifadə olunur.