Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırtıc
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Soğanaqlı qırtıc
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. == Sinonim == Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Qırtıckimilər
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir.
Qırtıcçiçəklilər
Qırtıcçiçəklilər (lat. Poales) — bitkilər aləminə aid bitki dəstəsi.
İlkin Qırtımov
İlkin Qırtımov (d. 11 noyabr 1990, Zaqatala, Azərbaycan SSR) — azərbaycanlı futbolçu, "Qəbələ" futbol klubunun və Azərbaycan milli futbol komandasının heyətində çıxış edir. Müdafiəçidir. == Klub karyerası == İlkin Qırtımov futbol karyerasına məktəb illərində Şaban Şirdanovun rəhbərliyi altında Zaqatalada başlayıb. 2008-ci ildə o, "Simurq" ilə müqavilə bağlayıb və "Simurq"un gənc komandasında çıxış etməyə başlayıb. İlkin Azərbaycan Premyer Liqasında debütunu 2010-cu ildə edib. 2011-ci ildə Qırtımov "Simurq"la müqaviləsini yeniləyib. 9 yanvar 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Neftçi klubu ilə 2017-18 mövsümünün sonuna kimi müqavilə imzalamışdır. 12 iyun 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Zirə klubu ilə müqavilə imzalamışdır.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Mırtı
Mırtı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mırtı Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1985 nəfər əhali yaşayır.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Beşquyruq qırğı
Beşquyruq qırğı (lat. Accipiter trinotatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Böyük qırğı
Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bəzən Quzuqapan və Şahbaz da adlanır. == Kateqoriya və statusu == (III — VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır . == Yayılması == Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Mırtı bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Səsyamsılayan qırğı
Avropa tüviyi (lat. Accipiter brevipes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssasdır, ümümi arealı daxilində məhdud ərazidə qalıb. == Qısa təsviri == Böyük qırğıya oxşayır, amma ondan çox kiçikdir. Göyərçin boydadır. Səsi uzun fit kimidir. Ağımtıl boğazında qonur zolaqlar uzanır. Gözləri qonur-qırmızıdır. Yanaqları bozumtul-qonurdur.
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatus Azərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qara qırğı (film, 2001)
Qara qırğı (orijinal adı: Black Hawk Down), 2001-ci ildə Ridley Scott tərəfindən çəkilmiş bir döyüş filmidir. Mark Bowdenin yazdığı Black Hawk Down: A Story of Modern War (Qara qırğı: Müasir Müharibə Hekayəsi) kitabına əsaslanır. 2001-ci ildə Səs və fantaatika üzrə Akademiya Mükafatını almışdır. Jerry Bruckheimer tərəfindən istehsal olunan film müharibə və qəhrəmanlıqdan bəhs edir. 1993-cü ildə Birləşmiş Millətlərin Sülhməramlı Qüvvələri Somaliyə bir neçə Amerika əsgəri göndərdi. Əməliyyat səhv gedir və tələyə düşürlər. 18 saatlıq dəstək komandasını gözləmələri onlara çox şey öyrədir. == Süjet xətti == 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Somaliyə ərzaq dəstəyindən sonra gələn dəstəkləri adamları tərəfindən yığdıran Məhəmməd Farrah Aidid on minlərlə insanın ölümünə səbəb olmuşdur. Bu hadisəyə son qoymaq üçün xüsusi təlim keçmiş bir qrupun Aididin iki önəmli adamını şəhərin mərkəzindəki bir binada ələ keçirməsinə qərar verilir. Plana görə, şəhərə vertolyotla gedilməlidir.
Girts Karlsons
Girts Karlsons (latış. Ģirts Karlsons‎; d. 7 iyun 1981, Liepaya) — Latviya futbolçusu, Ventspils futbol klubunun hücumçusu. == Klub karyerası == Karyerasının çox hissəsini Latviyanın Metallurq Liepaya klubunda keçirən (203 oyun, 107 qol) Girts, Latviyanın digər klubu Venta-da (6 oyun), Rusiyanın Şinnik Yaroslavl (8 oyun) və Hollandiyanın De Qrafsxap (5 oyun) klubunda oynayıb. 2009—2012-ci illərdə İnter Bakı klubunda oynayıb. == Yığma karyerası == Karlsons 2003-cü ildən çıxış etdiyi Latviya milli futbol komandasında 49 oyunda 9 qol vurub.
Qibti dili
Qibti dili — Misir dilinin inkişafının axırıncı mərhələsi. Misir xristianlarının kilsələrində işlədilən dili. Beş əsas dialektə bölünür: said, axim, subaxim, fayüm, və boxar. == Mənbə == А.И.Еланская. Коптийский язык.
Qibti təqvimi
Qibti təqvimi — Qibtilərin istifadə etdiyi bir 12 aylıq təqvimdir. Misir təqviminə əsaslanır. Ayları və illəri Efiopiya təqvimiylə toqquşmasına qarşılıq fərqli ad və rəqəmlər səbəbiylə bu təqvimlər qarışdırılmır.
Qibti əlifbası
Qibti əlifbası — qibti dilinin əlifbası.
Qerti Kori
Gerti Teresa Corey, qızlıq soyadı Radnitz (ing. Gerty Theresa Cori , 15 avqust 1896, Praqa, Avstriya-Macarıstan (indiki Çexiya) — 26 oktyabr 1957) Amerikalı biokimyaçı idi. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1948).. Gerti və Karl Korinin ən mühüm töhfələri Kori dövrü kimi tanınan karbohidrat dövranının yaradılması, qlükoza-1-fosfatın təcrid edilməsi və fosforilaz və fosfoqlükomutazanın kəşfi olmuşdur. Bu kəşflər glikogenoliz və qlikolizin enzimatik yolunu müəyyən etdi. Kori əri Karl ilə birlikdə 1947-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını "qlikogenin katalitik çevrilməsini kəşf etdiyinə görə" qazandı. Qlikogen metabolizmində Gertie Corey, amilo-1,6-qlükoksidaza fermentinin kəşfində və ardıcıl fermentativ həzm yolu ilə glikogenin strukturunun aydınlaşdırılmasında istifadəsində qabaqcıl olmuşdur. Bu qabaqcıl iş glikogen saxlama xəstəliklərində fermentativ qüsurların aydınlaşdırılmasına gətirib çıxardı. Beləliklə, onun tədqiqatı klinik arenada, xüsusən də pediatriya sahəsində, orijinal klinik maraq və ixtisas sahəsi üzrə əsas elmi kəşfləri inkişaf etdirdi. == Həyatı == Gerti Tereza Radnits 8 avqust 1896-cı ildə o vaxt Avstriya-Macarıstan İmperiyasının tərkibində olan Praqada yəhudi ailəsində anadan olmuşdur..
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Girt Lovink
Girt Lovink (nid. Geert Lovink; 30 avqust 1959, Amsterdam) — Niderland nəzəriyyəçisi, aktivisti və şəbəkə tənqidçisi. O, məqsədləri tədbirlər, publikasiyalar və açıq dialoq vasitəsilə yeni media sahəsinin sosial-iqtisadi dəyişmə potensialını tədqiq etmək, sənədləşdirmək və qidalandırmaq olan Şəbəkə Mədəniyyətləri İnstitutunun qurucu direktorudur. Lovink internetin inkişafının formalaşmasına kömək etmək üçün səy göstərmişdir. Lovink 2004-cü ildən Şəbəkə Mədəniyyətləri İnstitutuna rəhbərlik etdiyi Amsterdam Tətbiqi Elmlər Universitetinin Rəqəmsal Media və Yaradıcı Sənayelər Fakültəsinin tədqiqatçısıdır. 2007-ci ildən 2017-ci ilə qədər Avropa Məzun Məktəbində Media Nəzəriyyəsi professoru olmuş və burada beş doktoranturaya rəhbərlik etmişdir. 2004-2013-cü illərdə Amsterdam Universitetində Yeni Media üzrə dosent olmuşdur. 2021-ci ilin dekabr ayında Amsterdam Universiteti İncəsənət Tarixi Departamentində İncəsənət və Şəbəkə Mədəniyyətləri üzrə professor təyin edilmişdir. Sədr Amsterdam Tətbiqi Elmlər Universiteti tərəfindən həftədə bir dəfə dəstəklənir. Lovink Amsterdam Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini qazanmış, Melburn Universitetində fəlsəfə doktoru dərəcəsi alıb və Kvinslend Universitetində postdoktorantura əməkdaş olmuşdur.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.
Qibti Pravoslav Kilsəsi
Qibti Pravoslav Kilsəsi (qibt. Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ) — Misirdə avtokefal antixalkidon kilsə. Kilsə təxminən 400 icmadan ibarətdir. Onların əksəriyyəti Misirdə, qalanı isə Misir diasporundadır.
Qiri-an-Veksen
Qiri-an-Veksen (fr. Guiry-en-Vexin) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 175 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbdə, Serji belediyyənin 19 km şimal-qərbdə yerləşir.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır. == Tarixi == Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir. Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Tırtıl
Tırtıl — lepidoptera (kəpənəklər) sırasından böcək sürfəsi. Kəpənəyin və bir güvənin sürfəsi. Təxminən 2–3 həftədən sonra tırtıl kokos halına gəlir və başqa 2 həftədən sonra pupaya çevrilir. Sonra böyüdülmüş qanadları olan bir tırtıl görünür. Tırtıl, xüsusilə toxuculuq sənayesində zərərvericilər kimi tanınır. Bir növ tırtıl Uzaq Şərqdə ipək məhv edir, ipəkqurdu kimi tanınır. Bədən bir baş, üç döş və on qarın seqmentindən ibarətdir. Baş güclü sklerotlaşdırılmış bütövlərə malikdir; bədənin qalan hissəsi böyük skleritlər olmadan çox hissəsində yumşaqdır. Bədəndə, fərdi ailələrə, cinslərə və hətta növlərə xas olan, qəti şəkildə müəyyən edilmiş bir şəkildə yerləşən setlər inkişaf etdirilir. Bu ilkin cütlərə əlavə olaraq, yaşlı yaşlarda, bir çox açıq canlı formada ikincil silsilələrin sıx bir örtüyü inkişaf edir (ayıların alt ailəsinin nümayəndələrinin tırtıllarında ən güclü).
Yırtıq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Firmi
Firmi (fr. Firmi, oks. Firmin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12100. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2557 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1442 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 1006 İqtisadi fəallıq, 436 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 65.9%) idi.