Qırılı

QırılıAzərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.

Qırılı
41°05′31″ şm. e. 45°30′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 358 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qırılı xəritədə
Qırılı
Qırılı

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəntdə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Bu kəndə gəlib, ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olublar. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qırılı Kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənd ərazisi bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3. Bozdağanlı, 4. Məmmədli, 5. Tut bağı, 6. Təpəbaşı, 7. Gödəklər, 8. Usublu, 9. Gödək oba, 10. Mahmudlu, 11. Təzə məhəllə, 12. Zəryərli, 13. Xallar, 14. Tanrıverdilər, 15. Allahverənli

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisində bir sıra qədim yaşayış məskənləri vardır. Buna Qarğalartəpəsini misal göstərmək olar. Aparılmış arxeoloji araşdırmalardan da bəlli olur ki, hətta e.ə. V - e.ə. VI minilliklərdə (Neolit dövrü) bu ərazidə yaşayış olub və insanlar oturaq həyat tərzi keçirərək maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, misdən soyuq döymə üsulu ilə müxtəlif əşya və bəzəklərin düzəldilməsi ilə məşğul olublar. Araşdırılmalar nəticəsində həmçinin buradan gildən düzəldilmiş qadın fiquru və ən qədim metal əşya, mis muncuq tapılmışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 6 km məsafədə yerləşir. Bir sıra mühüm neft və qaz kəmərləri kəndin ərazisindən keçərək dünya bazarına çıxır. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum Boru XəttiniTrans-Anadolu qaz boru kəmərini misal göstərmək olar.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi sənaye, elm və kənd təsərrüfatının, eləcə də səhiyyənin müxtəlif sahələrində çalışırlar. Əsas məşğuliyyət sahələrinə isə elm, təmir-tikinti işləri, kənd təsərrüfatının müxtəlif sahələri, şəhər və rayonlararası daşımaları həyata keçirən sərnişin və yük daşıması fəaliyyətini aid etmək olar.

1926-cı ildə el ağsaqqalı, öz dövrünün görkəmli şəxsiyyətlərindən olan Kərbalayı Alyar Qasımzadənin təşəbbüsü ilə əhalinin içməli suya olan təlabatını ödəmək üçün Eynallı kəndindən kəndin mərkəzinə kəhriz çəkilmişdir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə kitabxana, mədəniyyət evi, poçt, elektron tipli ATS fəaliyyət gösdərir. Hal-hazırkı statistikaya əsasən kənddə əhalinin sayı 7000-dən çox, evlərin sayı isə 1400 -ə yaxındır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə müasir tipli Sirac Əliyev adına tam orta məktəb və 2 ədəd körpələr evi fəaliyyət göstərir.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə tibb məntəqəsi mövcuddur.

Görkəmli şəxsləri[redaktə | mənbəni redaktə et]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

  • Sirac Əliyev (25.08.1973 - 27.03.1993) — Birinci Qarabağ müharibəsi şəhidi
  • Nəriman Həsənov (20.02.1969 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
  • Vüsal Rzayev (17.07.1975 - 16.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
  • Xəyyad Abbasov (13.03.1963 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
  • Bakir Abbasov (03.03.1965 - 21.04.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
  • Elvin İmaməliyev (09.05.1989 - 09.11.2020) — müəllim, məktəb direktoru, İkinci Qarabağ müharibəsi şəhidi
  • Əliheydər Hüseynli (14.04.1994 - 09.11.2020) — gənc ziyalı, İkinci Qarabağ müharibəsi şəhidi
  • Emin Əmrahov (09.06.1989 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
  • Təbriz Quliyev (05.08.1994 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
  • Elgün Abdullayev (01.04.1994 - 09.11.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
  • Rəhman Musayev (07.02.1997 - 14.08.2017) — hərbi qulluqçu, şəhid

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]