Qara qırğı (orijinal adı: Black Hawk Down), 2001-ci ildə Ridley Scott tərəfindən çəkilmiş bir döyüş filmidir. Mark Bowdenin yazdığı Black Hawk Down: A Story of Modern War (Qara qırğı: Müasir Müharibə Hekayəsi) kitabına əsaslanır. 2001-ci ildə Səs və fantaatika üzrə Akademiya Mükafatını almışdır. Jerry Bruckheimer tərəfindən istehsal olunan film müharibə və qəhrəmanlıqdan bəhs edir. 1993-cü ildə Birləşmiş Millətlərin Sülhməramlı Qüvvələri Somaliyə bir neçə Amerika əsgəri göndərdi. Əməliyyat səhv gedir və tələyə düşürlər. 18 saatlıq dəstək komandasını gözləmələri onlara çox şey öyrədir.
Qara qırğı | |
---|---|
ing. Black Hawk Down | |
Janr | müharibə filmi[1][2][…], döyüş filmi, kitablar əsasında film[d], dram filmi, tarixi film |
Baş rollarda | |
Bəstəkar | |
Distribütor | InterCom[d], Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 18 dekabr 2001[5], 10 oktyabr 2002[6], 2001, 28 dekabr 2001[7] |
Müddət | 143 dəq. |
Büdcə | 92.000.000 $ |
Gəlir | 172.989.651 $[8], 108.638.745 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mərakeş |
IMDb | ID0265086 |
1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Somaliyə ərzaq dəstəyindən sonra gələn dəstəkləri adamları tərəfindən yığdıran Məhəmməd Farrah Aidid on minlərlə insanın ölümünə səbəb olmuşdur. Bu hadisəyə son qoymaq üçün xüsusi təlim keçmiş bir qrupun Aididin iki önəmli adamını şəhərin mərkəzindəki bir binada ələ keçirməsinə qərar verilir. Plana görə, şəhərə vertolyotla gedilməlidir. Bu iki nəfər binada yaxalanacaq və atışma olmadan geriyə qayıdılacaqdır. 45 dəqiqədə başa çatdırılması planlaşdırılan bu missiya, helikopterlərdən birinin vurulması ilə birdən -birə tərsinə çevrilir. Bundan sonra az sayda əsgər ilə minlərlə Somalili arasında 18 saat davam edəcək müharibə başlayır.