Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qocatəpə məscidi
Qocatəpə məscidi — 1967-ci ildə Ankaranın Qocatəpə səmtində inşasına başlanan və Türkiyə Dəyanət Vəqfi tərəfindən 1987-ci ildə tikintisi tamamlanan məscid. == Layihə == Memar Vedat Dalokay tərəfindən hazırlanan layihə Qocatəpə məscidi üçün təşkil olunan müsabiqədə qalib gəldi və bu layihəyə görə məscidin təməli qoyuldu, lakin layihə "çox müasir" olduğu üçün həmin layihədən imtina edildi. Bunun yerinə 1967-ci ildə Hüsrev Tayla və Fatin Uluenginin hazırladığı layihəyə görə məscidini təməli yenidən qoyuldu. Memar Sinan tərzini təqlid etməsi səbəbiylə tənqid olundu. Dalokay'ın layihəsi bəzi dəyişikliklərlə Pakistandakı Feysəl məscidində tətbiq olundu. == İnşaat == Qocatəpə məscidinin tikintisi çox uzun sürdü. 1981-ci ildə məscidin tikintisini və mal varlığını Türkiyə Dəyanət Vəqfi götürdü. Bu tarixdən sonra tikinti işləri sürətlənən Qocatəpə məscidi 1987-ci ildə dövrün Baş naziri Turqut Özal tərəfindən ibadətə açıldı. == Memarı == 4500 m² ərazidə inşa edilən məsciddə konfrans zalı, kitabxana, avtodayanacaq, ticarət və inzibati orqanlar mövcuddur. Memar Sinanın inkişaf etdirdiyi memarlıq üslubuna əsaslanaraq inşa edilən məscidin əsas sahəsi mərkəzi günbəz ilə dörd yarım günbəzdən ibarətdir.
Kərpickəsən qocanın bir cavanla hekayəti
Kərpickəsən qoca ilə cavan — Nizami Gəncəvinin ilk məsnəvisi olan Sirlər xəzinəsinin beşinci məqalətinin hekayəsi. == Haqqında == "Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami Gəncəvi insanın işləməsini, əməklə məşğul olmasını təbliğ edir və bunu gənclərə də tövsiyə edir. Hekayə məktəb dərsiklərində də öz yerini alıb. == Məzmunu == Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi: "Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!" Bu sözlərdən əsəbləşən qoca cavab verdi: "Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam.