Qocatəpə məscidi

Qocatəpə məscidi — 1967-ci ildə Ankaranın Qocatəpə səmtində inşasına başlanan və Türkiyə Dəyanət Vəqfi tərəfindən 1987-ci ildə tikintisi tamamlanan məscid.

Qocatəpə məscidi
türk. Kocatepe Camii
Xəritə
39°55′00″ şm. e. 32°51′38″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Ankara
Yerləşir Ankara
Aidiyyatı Türkiyə
Memar Vedat Dalokay
Xosrov Tayla
Fatin Uluengin
Tikilmə tarixi 1962[1]-1987[2]
Üslubu Osmanlı memarlığı
Minarələri 4 (hündürlüyü: 88 m)
Vəziyyəti stabil
Kocatepe məscidi (Ankara)
Kocatepe məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memar Vedat Dalokay tərəfindən hazırlanan layihə Qocatəpə məscidi üçün təşkil olunan müsabiqədə qalib gəldi[3] və bu layihəyə görə məscidin təməli qoyuldu, lakin layihə "çox müasir" olduğu üçün həmin layihədən imtina edildi. Bunun yerinə 1967-ci ildə Hüsrev Tayla və Fatin Uluenginin hazırladığı layihəyə görə məscidini təməli yenidən qoyuldu. Memar Sinan tərzini təqlid etməsi səbəbiylə tənqid olundu. Dalokay'ın layihəsi bəzi dəyişikliklərlə Pakistandakı Feysəl məscidində tətbiq olundu.

Qocatəpə məscidinin tikintisi çox uzun sürdü. 1981-ci ildə məscidin tikintisini və mal varlığını Türkiyə Dəyanət Vəqfi götürdü. Bu tarixdən sonra tikinti işləri sürətlənən Qocatəpə məscidi 1987-ci ildə dövrün Baş naziri Turqut Özal tərəfindən ibadətə açıldı.

4500 m² ərazidə inşa edilən məsciddə konfrans zalı, kitabxana, avtodayanacaq, ticarət və inzibati orqanlar mövcuddur. Memar Sinanın inkişaf etdirdiyi memarlıq üslubuna əsaslanaraq inşa edilən məscidin əsas sahəsi mərkəzi günbəz ilə dörd yarım günbəzdən ibarətdir. Məscidin 88 metr uzunluğunda dörd minarəsi var. Minarələrin balkonlarına həm liftlə, həm də pilləkənlərlə çıxmaq olur. Məsciddəki yazılar Hamit Aytaç və Mahmut Öncü tərəfindən, konfrans salonundakı yazılar isə Emin Barın tərəfindən yazılmışdır.

Məscidin xalça naxışları Afyon cümə məscidindəki xalça naxışları nəzərə alınaraq dizayn edilmişdir. Məscidin çilçıraqları, mehrabı, minbəri, qapıları və mərmərləri xüsusi hazırlanmışdır. Daxili dekorasiyada Klassik Osmanlı memarlığı əsas götürülmüş və material olaraq mərmər, xüsusi boyalar və s. istifadə olunmuşdur.

Memar Vedat Dalokayın layihəsi

[redaktə | mənbəni redaktə et]

Memar Vedat Dalokay tərəfindən dizayn edilmiş, olduqca müasir məscid dizaynı olaraq ənənəvi dairələrdə reaksiyaya səbəb olduğu üçün daha ənənəvi üslubda olan və daha çox Sultan Əhməd məscidinin dizaynı əsasında inşa edilən bugünkü məscidin layihəsi Hüsrev Tayla və M. Fatin Uluenginə məxsusdur. Vedat Dalokayın proyekti tamamlanmış olsaydı, bu gün Qocatəpəyə dünyanın ən məşhur məscidlərindən biri olan və yenə Vedat Dalokay tərəfindən planı hazırlanmış Pakistandakı Şah Feyzal məscidinə bənzər bir məscid inşa edilmiş olacaqdı. Çünki Şah Feyzal məscidi Dalokayın Qocatəpə məscidinin dəyişdirilmiş bir variantıdır və bu gün müasir İslam memarlığının ən vacib əsərlərindən biri hesab olunur.

  1. "Kocatepe Camisi ve İlyas Bey Camisi, Doğan Haso" (türk). doganhasol.net. 20 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2010.
  2. "T.C. Ankara Valiliği resmi sitesi, Camiler sayfası" (türk). ankara.gov.tr. 27 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may 2009.
  3. "Sinan'ın torunlarından sürrealist camiler" (türk). radikal.com.tr. 7 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2011.