"Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami Gəncəvi insanın işləməsini, əməklə məşğul olmasını təbliğ edir və bunu gənclərə də tövsiyə edir[1]. Hekayə məktəb dərsiklərində də öz yerini alıb.[2]
Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi:[3]
"Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!"
"Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam. Sən hələ uşaqsan bunları anlamazsan."[5]
Qocanın nəsihəti cavanı heyrətləndirmişdi. Cavan öz əməlindən utandı. Müdrik qoca onun gözündə dağlardan qədər ucalmışdı.[6]
"Kərpickəsən qoca ilə cavan" hekayəsinə nəzər salsaq, görərik ki, insan öz zəhməti ilə nələrə qadirdi. İnsanın bacarmadığı iş demək olar ki, yoxdur[7]. Şair hər hansı bir işlə məşğul olmayan və heç nə ilə maraqlanmayan insanın cəmiyyətdə istədiyi yeri tuta bilməyəcəyini oxucuya çatdırmağa çalışır.[8]Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmaz.[9] Belə insana ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər.[10]
Allahverdiyeva Z. A. Sufi-simvolik poeziyada metafora. "Poetika.izm." jurnalı, Nizami adına Ədəbiyyat institutunun Elmi Əsərləri, Elm və təhsil, Bakı, 2016, № 2, səh.179–187.
Araslı N. H. Ön söz. (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri haqqında) müqəddimə Nizami Gəncəvinin "Sirlər xəzinəsi". Bakı, Çaşıoğlu, 2004.
Araslı N. H. Nizami və türk ədəbiyyatı, Bakı, Elm, 1980, 205 s.
Azadə R. Nizami şeirində bədii-ictimai görüşlər. Azərb. SSR EA-nın Xəbərləri.(Ədəbiyyat, dil və incəsənət seriyası), Bakı, 1966, № 2, s.15–27.
Azərbaycan ədəbiyyatı tarixi. Əlyar Səfərli və Xəlil Yusifli. Bakı,"Ozan", 2008,696 səh.
Babayev F. Əlizadə M. "Sirlər xəzinəsi". Nizami Gəncəvi (məqalələr məcmuəsi), Bakı, Azərnəşr, 1947, sə 29–35.
Əliyev R. M. Nizami Gəncəvi. "Sirlər xəzinəsi". Filoloji tərcümə, şərhlər və lüğət, Bakı, "Yazıçı" nəşriyyatı, 1981, 246 s.
Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi" və Sənanin "Hədiqətül-həqayiq"i. Azərb. SSR EA-nın "Xəbərləri", Ədəbiyyat, dil və incəsənət seriyası, 1969, № 4, s.56–64.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət professor Rüstəm Əliyevindir, Bakı, Qanun, 2014, 328 səh.
Qasımzadə F. "Məxzənül-əsrar" əsəri haqqında. Nizami Gəncəvi. "Sirlər xəzinəsi", Bakı, 1940, s.5–9.
Бертельс Е.Э. Избр. труды: Низами и Фузули. "Изд-во Восточ. лит.", М., 1962, 554 с.
Гусейнов Х. Идейно-художественные особенности "Сокровищницы тайн" Низами Гянджеви. Автореферат дисс. на соисканиеучен. степени канд. филол. наук; АН
Рафили М. Низами. Жизнь и творчество. Баку, изд.Союза писателей, 1939, 130 с.
Аллахвердиева З.А. Эпические сюжеты и тематика "Махзан аль -асрар" Низами Гянджеви и "Ровзат аль-анвар" Хаджу Кирмани.Узбекистон Республикаси Олий ва Урта Махсус Таълим Вазирлиги Тошкент Давлат Шаркшунаслик институти,Ташкент, 2014, с.44–48.
Бадалова. T.К. Низами Гянджеви и его произведение "Махзан ал-асрар" ("Сокровищница тайн") в поэме Абди Ширази "Мазхар ал-асрар" ("Обнаружение тайн"). Proceedings of the 8th International Congress on Social Sciences and Humanities. "East West" Association for Advanced Studies and Higher Education GmbH. Vienna. Austria. 2 august 2016 y. p. 110–116.