Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quora
Quora — istifadəçiləri tərəfindən yaradılan, redaktə edilən və idarə edilən sual-cavab saytıdır. Şirkət 2009-cu ilin iyun ayında yaradılmışdır və sayt 2010-cu ilin iyununda istifadəyə verilmişdir. Hal-hazırda sayt yalnız ingilis dilində fəaliyyət göstərir. Quora istifadəçilərin nik adla deyil, həqiqi adlarla qeydiyyatdan keçməsini tələb edir.
Qupta imperiyası
Qupta imperiyası — Təqribən 320–570-ci illərinə qədər Hindistanda mövcud olmuş imperiya. Ərazisi indiki Şimali və Mərkəzi Hindistan, Pakistan və Banqladeşin bəzi torpaqlarını əhatə edirdi. Qupta imperiyası dövrü Hindistanın qızıl çağı adlandırılır. == İmperiyanın yaranması, inkişafı və süqutu == Qupta soyadı 4–5 əsrlərdə Şimali Hindistanın böyük hissəsinə hakim olan imperiya ailəsi ilə Hindistan tarixində həkk edilmişdir. Lakin, Qupta adının bi ailə və ya klan adı olaraq çox qədim tarixə gedir. Buna ən məşhur nümunə Mauriya İmperiyası qurucusu Çandraqupta Mauriya və Aşokanı Buddizmə çevirən keşiş Upaqupta, sonrakı dövrlərdə isə Satavahana zamanında Pariqupta, Sivaqupta, Sivaskandaqupta kimi bəzi məmur adlarıdır. Prakrit dilindəki Qotiputa, Sanskritdəki Gautiputranın qarşılığıdır. Gotiputa Qupta ailəsinə məxsus bir qadının oğludur. Qotiputa adı imperiyadan əvvəl qayalardakı yazılarda azı 12 dəfə yazılmışdır. Bu yazıların analizi, Quptaların, Şimali Hindistanın və Dəkkən yaylasının müxtəlif bölgələrinə aid olduqlarını və fərqli peşələrlə (çatmış, keşiş, döyüşçü, yazar, zərgər və s.) məşğul olduqlarını göstərir.
Saksen-Koburq-Qota
Saksen-Koburq-Qota-1826-1918-cü illərdə Almaniyada mövcud olmuş dövlət.
Epipactis gutta-sanguinis
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Garcinia gummi-gutta
Garcinia gummi-gutta (lat. Garcinia gummi-gutta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Quama
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. == Tarix == Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Quava
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Qusma
Qusma(vomitus) — ağız vasitəsilə mədə məzmunu püskürmə prosesi. İnsanlar, meymunlar, itlər, pişiklər, donuzlar, balıqlar və quşlar qusa bilir. Ancaq siçanlar, siçovullar, dovşanlar və atlar qusa bilmir. Çünki onların uzun və dar qida boruları var. Bundan başqa onlarda qusma bacarığı olan sinirlər çatırmır. Bu akt tənəffüs əzələləri və abdominals əlaqəli mədə əzələlərin daralma, eləcə də hərəkət əlaqələndirir xüsusi qusma mərkəzi ilə tənzimlənir. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız yuxu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin. "Qusma" - ən yaxşı qusma ilə mədə və ağız vasitəsilə yayılan məzmunu və xüsusiyyətləri müəyyən etmək üçün istifadə bir dövr. Qusma səbəbiylə kompleks refleks aktıdır Vol. n ötürülür müxtəlif orqanların (dil kökü, yumşaq damaq, mədə mukoza, öd kisəsi, balans və digər bir orqan.) reseptorları qıcıqlanma.
Qustav
Qustav (alm. Gustav‎; isv. Gustav) — ad.
Qutab
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Quştau
Quştau (başq. Ҡуштау — qoşa dağ, Kuştau (rus. Куштау), Dolqaya (rus. Долгая) — Rusiya Federasiyasının Başqırdıstan Respubilkasına aid olan İşembay rayonunda yerləşən şixan (yəni, tək duran dağ). Stərlitamaq şəhərinin ətrafında dörd şixandan biridir. Quştaudan başqa bu siyahıda Toratau, Yörəktau və artıq məhv olunmuş Şahtau aiddir. Onlar, birgə şəkildə Rusiyanın yeddi möcüzəsi layihənin qısa siyahısına düşmüşdü. == Geologiya == Başqırdıstan Respublikasının ərazisində yerləşən şıxanlar və o cümlədə Quştau da, 300 million il əvvəl olan Perm dövrü zamanı Ural Okeanın altında olan riflərin qalıqlarıdır. Onların əsas yatağı əhəng daşıdır və burda çox sayda qədim oranizmlərin qalıqlarını tapmaq olar.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. == Sözün mənşəyi == "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. == İnanclar == İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. == Qaliyyə məzhəbləri == İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Abdulrazak Qurna
Abdulrazak Qurna (ing. Abdulrazak Gurnah, suah. Abdulrazak Gurnah; 20 dekabr 1948[…], Zənzibar (şəhər), Zənzibar, Tanzaniya) - ingilis dilində yazan Tanzaniyalı yazıçı . İngiltərədə yaşayır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ( 2021 ). Booker və Whitbread Mükafatları tərəfindən qısa siyahıya alınan "Paradise" ("Cənnət") (1994), "Desertion" ("Fərari" ) (2005) və Los Angeles Times Book Prize Kitab Mükafatı üçün qısa siyahıya alınmış "By the sea" ("Dəniz kənarında"" (2001) romanlarının müəllifidir. == Tərcümeyi-hal == 1948-ci ildə Zanzibar adasında ərəb əsilli müsəlman ailəsində anadan olub. 1968-ci ildə Zanzibarda anti-ərəb fikirləri səbəbindən İngiltərəyə köçərək təhsilini orada davam etdirdi. 1980-1982 -ci illərdə Nigeriyadakı Bayero Universitetində mühazirə oxudu. 1982 -ci ildə İngiltərədəki Kent Universitetində doktorluq dərəcəsi aldı.
Aqota Kristof
Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[…] – 27 iyul 2011[…], Nevşatel[d]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. == Həyatı == Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır. == Yaradıcılığı == Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe). Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır.
Biota orientalis
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir. Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Ryota
Ryota — Kişi adı. Ryota Morioka — Yaponiya futbolçusu. Ryota Morivaki — Yaponiya futbolçusu. Ryota Naqaki — Yaponiya futbolçusu. Ryota Oşima — Yaponiya futbolçusu. Ryota Tsuzuki — keçmiş Yaponiya futbolçusu.
Qyona
Qyona (yun. Γκιώνα) — Yunanıstanda dağ. Ölkənin mərkəzi hissəsində, Parnas və Vardusiya dağları arasında yerləşir. Yunanıstanın beşinci ən yüksək zirvəsidir. Zirvənin hündürlüyü dəniz səviyyəsindən 2510 metrdir. == İstinadlar == == Xarici keçidlər == "GIONA MOUNTAIN". 2008-06-16 tarixində arxivləşdirilib.
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.
Busta Flex
Valeri Fransua (fr. Valéry François), təxəllüsü Busta Flex (oxunuşu: Bösta Fleks) - fransız repçi, 1977-ci ilin sentyabrın 30-da Epine-sür-Sen (fr. Épinay-sur-Seine) şəhərində anadan olub.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Guioa
Guioa (lat. Guioa) — sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Gücotu
Gücotu (lat. Agrimonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Günorta
Günorta — günün ortasında, gündoğumu ilə günbatımı arasında (yarım gün) zaman anı, günəşin ən yüksək zirvəsi anı günəş günortasıdır. Günün günortası 12:00-dan daha tez və ya daha gec gələ biləcəyinə baxmayaraq, günün saatın yerli vaxtla 12:00-ı göstərdiyi vaxtı nöqtə adlandırmaq da adətlidir.
Günotu
Günotu (lat. Hemerocallis) – günotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Həmçinin bax == Günotu:The Plant List saytında takson barədə məlumat.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.