Quama

Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır.

Quam
Territory of Guam
Guåhån
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
Where America's Day Begins
Himn: Fanohge Chamoru
Tarixi
 • Quamın ABŞ-yə tabe olması 1950
Rəsmi dilləri
Paytaxt Aqanya
İdarəetmə forması Muxtar ərazi
Prezident Joe Biden
Qubernator Lou Leon Guerrero [ I.2019 ~ ]
Sahəsi Dünyada 193-cü
 • Ümumi 541 km²
 • Su sahəsi (%) 63,23 %[1]
Əhalisi
 • Əhali 163 min nəfər (190-cı)
 • Siyahıyaalma (2010) 159 358 nəf.
 • Sıxlıq 301 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 4 600 million dollar  (172-ci)
 • Adambaşına 28 700 dollar  (55-ci)
Valyuta ABŞ dolları
İnternet domeni .gu
ISO kodu GU
BOK kodu GUM
Telefon kodu +1671
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.

Həmin il İspaniya ilə ABŞ arasında başlanan müharibədə İspaniyanın məğlub olması, adanın 200 ildən sonra əl dəyişdirməsinə səbəb olmuşdur. 1900–1930-cu illərdə ABŞ adadan əsasən hərbi uçuşları gercəkləşdirmək məqsədilə istifadə edirdi. İkinci dünya müharibəsindən az əvvəl ABŞ Quam adasından hərbi məqsədlə istifadə etmişdir. Həmin illərdə ada təyyarələrin əsas yanacaqdoldurma mərkəzi hesab edilirdi. 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edildi. 3 il Yapon işğalında qalan ada yalnız 1944-cü ildə azad edilmişdir. 1950-ci ildə konqres tərəfindən qəbul olunan xüsusi qərara əsasən ABŞ Federal Torpaqlarına Quamda əlavə edildi. Bununla adada yaşayan yerli əhali ABŞ vətəndaşlığına qəbul edildi və ada rəsmən ABŞ-nin nəzarətinə keçdi.

Fiziki-coğrafi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Ərazis 541 km² olan ada fiziki-coğrafi baxımdan iki hissədən ibarətdir. Şimal hissədə, 150 metr hündürlüyündə, mərcan mənşəyli volkanik daşlardan təşkil olunmuş plato yerləşir. Cənubda isə adanın ən hündür nöqtəsi hesab olunan Lamlam dağı (406 metr) yerləşir. Quam əsasən tropik iqlimə sahibdir. Adada istilik 21–32 °C arasında dəyişir. Ən çox yağış iyun və sentyabr aylarında yağır. Quamda müxtəlif növ ağac və bitki növləri vardır. Sahil ərazilərində palma ağacları olduğu halda, mərkəzə doğru olan plantastiyalarda tütün becərilir. Bütün bunlar adanın Fiziki-coğrafi xarakteristikasının müxtəlif olduğunu göstərir.

Quam adasında 2007-ci ildə aparılmış əhalinin sayımına əsasən adada 173.456 nəfər yaşayır. Ada əhalisinin 57% ispan mənşəyli Kamorlar təşkil edir. Quamda yaşayan ikinci böyük etnik qrup Filippinlilərdir. Onlar ada əhalisinin 25% təşkil edirlər. Çinli, Yapon və Koreyalı kimi xalqların nümayəndələridə adada kompakt şəkildə yaşayır. Quamda iki dil danışılır. Ada əhalisinin 98% ingilis dilini başa düşür. Bu dillə yanaşı, Komorlar tərəfindən danışılan Komor dilidə ən çox danışılan ikinci dildir.

Quam siyasi baxımdan ABŞ-dən tam asılı olsa da, daxili məsələlərin həll edilməsinə müəyyən səlahiyyətləri vardır. Ada ABŞ prezident tərəfindən təyin edilən qubernator tərəfindən idarə edilir. Quamda 19 seçki məntəqəsi vardır və hər bir məntəqəyə bir nəfər rəhbər şəxs başçılıq edir. Bu şəxslər qubernatora tabedir. 1972-ci ildə ABŞ tərəfindən qəbul olunmuş qərara əsasən adaya iki ildən bir yeni qubernator təyin edilir. Quamda ABŞ federal məhkəməsindən aslı olmayan federal məhkəmə fəaliyyət göstərir. Adanın yerli əhalisi 1950-ci ildən etibarən ABŞ vətəndaşlığına qəbul edilmişdir və hər bir ABŞ vətəndaşının istifadə etdiyi hüquqlardan istifadə etmək imkanı vardır.

Ada iqtisadiyyatını turizm və aviasiya sahəsi təşkil edir. Uzaq məsafələrə ucan təyyarələr adadan yancaq doldurmaq məqsədilə istifadə edir. Quama hər il minlərlə turist gəlir. Turistlər əsasən ÇinYaponiyadan gəlir. Hər il ABŞ tərəfindən ada iqtisadiyyatına milyonlara dollar pul ayrılır. Son illər ada əhalisinin ABŞ miqrasiya etməsi azalmışdır. Bunun əsas səbəbi adada yeni iş yerlərinin acılmasıdır.2009-cu ildə 755 million kVt-saat elektrik enerji istehsal edildi.

  1. United States Summary: 2010, Population and Housing Unit Counts, 2000 Census of Population and Housing.