Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 -1938 - ci illərdə Böyük Britaniyada, ABŞ - da və keçmiş SSRİ - də istifadə olunmuşdur. == Radarlamanın əsasları == Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. == Müşahidə növləri == Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Ramdas Aqarval
Ramdas Aqarval (17 Mart 1937 – 26 Yanvar 2017) — Bharatiya Canata Partiyasını (BCP) təmsil etmiş Hindistanlı siyasətçi. Aqarval Parlamentin yuxarı palatasında Rajya Sabhada Racəstanı Hindistan Parlamentində təmsil etmək üçün haqq əldə etmişdir.
Ramsar konvensiyası
Ramsar Konvensiyası — xüsusilə su quşlarının yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin qorunması və davamlı istifadəsi üçün beynəlxalq müqavilədir. Su-bataqlıq əraziləri haqqında Konvensiya kimi də tanınır. 1971-ci ildə Konvensiyanın imzalandığı İranın Ramsər şəhərinin adını daşıyır. Hər üç ildən bir konvensiyanı imzalamış tərəflərin nümayəndələri konvensiyanın işinə rəhbərlik etmək və onun işini yaxşılaşdırmaq barədə qərar (qətnamələr və tövsiyələr) qəbul edən və konvensiyanın siyasət aparan orqanı olan "Razılığa gələn Tərəflərin Konfransı" (ing. Conference of the Contracting Parties) (COP) olaraq toplaşırlar. Tərəflər öz məqsədlərini həyata keçirə bilirlər. COP12 2015-ci ildə Uruqvayın Punta del Este şəhərində, COP13 isə 2018-ci ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. == Beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin siyahısı ("Ramsar siyahısı") == 2,331 ərazinin daxili olduğu və 2.1 milyon km2 ərazini əhatə edən "Beynəlxalq Əhəmiyyətli Bataqlıqlar siyahısı" 2018-ci ilin may ayında hazırlandı. Siyahıda ən çox əraziyə malik olan ölkələrə 175 ərazi ilə Birləşmiş Krallıq və 142 ərazi ilə Meksika daxildir. Siyahıya salınmış bataqlıq ərazilərin ən geniş olduğu ölkə təxminən 148,000 km2 ərazi ilə Boliviyadır.
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. == Həyatı == Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Radar əleyhinə raket
Radar əleyhinə raket (ing: (ARM) — anti-radiation missile) — düşmən radiodalğalarının mənbəyini aşkarlamaq və hədəf almaq üçün hazırlanmış bir döyüş raketidir. Bunlar ümumiyyətlə düşmən radarlarına qarşı istifadə üçün nəzərdə tutulmuşdur, eyni zamanda rabitə üçün istifadə edilən kilitləyicilərə və radiolara qarşı da istifadə edilə bilər.
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Kambar
Kamlar
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Ramadi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. == Tarixi == 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.
Ramşir
Ramşir — İranın Xuzistan ostanının şəhərlərindən və Ramşir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,782 nəfər və 4,604 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhərin qədimki adı Xələfabad idi və müşəşəilər qəbiləsindən olan Seyid Xələf Müşəşəi tərəfindən yaradılmışdır.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. == Ümumi xarakteriskası == Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. == Adının mənası == Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Əlamdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.
Bandar-loq
Bandar-loq(hind. बन्दर-लोग) – İngilis yazıçısı Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda yaratdığı uydurulmuş meymun xalqıdır. İngilis dilindən olan bir sıra tərcümələrdə cəm şəklində — bandarloqlar kimi tərcümə olunur., == Xarakteristikası == Hindi dilindən tərcümədə Bandar sözü "meymun", log sözü isə "xalq" anlamına gəlir. Bu iki sözün birləşməsi olan "Bandar-log" sözü "meymun xalqı" mənasını verir. Kiplinq Bandar-loq haqda belə yazmışdır: "Onlar hamısı özlərinə başçı seçmək, öz qanunlarını qurmaq, öz adətlərini fikirləşmək üçün yığışırlar, lakin onların yaddaşı növbəti günə qədər qalmadığından heç vaxt fikirləşdiklərini həyata keçirə bilmirlər". Özlərinə bəraət qazandırmaq üçün hətta belə bir deyim də tərtib etmişdilər: "Bandar-loqun indi nə haqda düşündüyünü, cəngəlliklər sonra düşünəcək". "Cəngəlliklər kitabı"nda Bandar-loq haqqında daha çox "Kaa-nın ovu" hekayəsində oxuya bilərik. Bu hekayədə Bandar-loq görünüşcə meymuna bənzəyən Mauqlini oğurlayırlar. Mauqli meymunların "Biz güclüyük! Biz azadıq!
Baydar (Sarvan)
Baydar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Baydar (dəqiqləşdirmə)
Baydar (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.