Ramsar Konvensiyası — xüsusilə su quşlarının yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin qorunması və davamlı istifadəsi üçün beynəlxalq müqavilədir.[1] Su-bataqlıq əraziləri haqqında Konvensiya kimi də tanınır. 1971-ci ildə Konvensiyanın imzalandığı İranın Ramsər şəhərinin adını daşıyır.
Ramsar konvensiyası | |
---|---|
İmzalanma tarixi | 2 fevral 1971 |
İmzalanma yeri | Ramsər, İran |
Qüvvəyə minməsi | 21 dekabr 1975 |
İmzalayanlar | 171 dövlət |
Dili | çex dili |
Veb-saytı |
ramsar.org ramsar.org/fr ramsar.org/es |
Vikianbarda əlaqəli mediafayllar |
Hər üç ildən bir konvensiyanı imzalamış tərəflərin nümayəndələri konvensiyanın işinə rəhbərlik etmək və onun işini yaxşılaşdırmaq barədə qərar (qətnamələr və tövsiyələr) qəbul edən və konvensiyanın siyasət aparan orqanı olan "Razılığa gələn Tərəflərin Konfransı" (ing. Conference of the Contracting Parties) (COP) olaraq toplaşırlar. Tərəflər öz məqsədlərini həyata keçirə bilirlər.[2] COP12 2015-ci ildə Uruqvayın Punta del Este şəhərində, COP13 isə 2018-ci ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir.
2,331 ərazinin daxili olduğu və 2.1 milyon km2 ərazini əhatə edən "Beynəlxalq Əhəmiyyətli Bataqlıqlar siyahısı" 2018-ci ilin may ayında hazırlandı. Siyahıda ən çox əraziyə malik olan ölkələrə 175 ərazi ilə Birləşmiş Krallıq və 142 ərazi ilə Meksika daxildir. Siyahıya salınmış bataqlıq ərazilərin ən geniş olduğu ölkə təxminən 148,000 km2 ərazi ilə Boliviyadır.[3]
Ramsar Əraziləri Məlumat Xidməti (ing. Ramsar Sites Information Service) (RSIS), Ramsar konvensiyasına daxil olan ərazilər gaqqında məlumat verən verilənlər bazasıdır.[4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |