Bandar-loq

Bandar-loqlar ingilis rəssamı Con Çarlz Dollmanın illustrasiyasında (1903-cü il)

Bandar-loq(hind. बन्दर-लोग) – İngilis yazıçısı Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda yaratdığı uydurulmuş meymun xalqıdır. İngilis dilindən olan bir sıra tərcümələrdə cəm şəklində — bandarloqlar kimi tərcümə olunur.[1],

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hindi dilindən tərcümədə Bandar sözü "meymun", log sözü isə "xalq" anlamına gəlir. Bu iki sözün birləşməsi olan "Bandar-log" sözü "meymun xalqı" mənasını verir.

Kiplinq Bandar-loq haqda belə yazmışdır: "Onlar hamısı özlərinə başçı seçmək, öz qanunlarını qurmaq, öz adətlərini fikirləşmək üçün yığışırlar, lakin onların yaddaşı növbəti günə qədər qalmadığından heç vaxt fikirləşdiklərini həyata keçirə bilmirlər". Özlərinə bəraət qazandırmaq üçün hətta belə bir deyim də tərtib etmişdilər: "Bandar-loqun indi nə haqda düşündüyünü, cəngəlliklər sonra düşünəcək".[2] "Cəngəlliklər kitabı"nda Bandar-loq haqqında daha çox "Kaa-nın ovu" hekayəsində oxuya bilərik. Bu hekayədə Bandar-loq görünüşcə meymuna bənzəyən Mauqlini oğurlayırlar. Mauqli meymunların "Biz güclüyük! Biz azadıq! Biz heyran olunmağa layiqik! Biz cəngəlliklərdəki heç bir xalqın layiq olmadığı tərifə layiqik! Biz hamımız belə deyiriksə, deməli bu, həqiqətdir!" sözlərini ucadan deməsini görən kimi özünü gülməkdən saxlaya bilməmişdir."[3] Kiplinqin dünyasında Bandar-loqa münasibət Hindistandakı parilər kastasına olan münasibətlə eynilik təşkil edir.[4].

"Kaa-nın ovu" hekayəsini "Bandar-loqun yol mahnısı" tamamlayır. Bu da Kiplinqin şeir formasına olan güclü bağlılığını nümayiş etdirir.[4]

Tənqidi təfsirlər

[redaktə | mənbəni redaktə et]

Rus ədəbiyyatşünası, kulturoloq Yuriy Lotman Kiplinqin "Cəngəlliklər kitabı"nda qəhrəmanlaşdırılmış heyvanların mütəşəkkil davranışı Bandar-loqların ağılsız və gözlənilməz hərəkətləri, həmçinin onların xəyali təşkilatları ilə ziddiyyət təşkil edir. Lotmanın fikrincə, heyvanların insanla ilk dəfə qarşılaşması mövqeyindən baxdıqda, ibtidai insanın davranışı məhz bandar-loqun davranışı kimi olmuşdur.[5]. Lotman həmçinin qeyd edir ki, heyvanlar aləmi nöqteyi-nəzərindən insanlar heyvanlarla qarşılıqlı əlaqədə daha çox təsirə malikdir. Çünki heyvanlar insanların hərəkətlərindən əvvəlcədən xəbər tuta bilmədiyindən, onların müqaviməti təsirsizdir.

Martin Fido qeyd etmişdir ki, intellektuallar qeyri-müyyən ideyalarla oynayan, lakin heçnə əldə edə bilməyən Bandar-loq obrazında şüurlu olaraq satiraya məruz qalmışdılar. Bu cür təsvir çoxlu sayda oxucuları təhqir etdi və antiintellektuallığa köklənmiş bir çox kütləni isə zəhlətökən sevincinə gətirib çıxartdı. Eyni zamanda Fido güman edir ki, 1894-cü ildə bu obraz qəzəbli şəkildə lovğalanan, lakin ətrafında olan həyatı yaxşılaşdırmağa çalışmayab estet(incəsənəti pərəstişkarları) salonların fitnəkar təsviri qismində uğurla istifadə oluna bilərdi.

1901-ci ildə Kiplinqin Fransaya səfəri zamanı təmkinli şəkildə qəbul olunmasını, yazıçının müasirləri Paris ədəbi dairələrinin Bandar-loqu Fransada həmin dövrdə mövcud olan cəmiyyətə qarşı olan gizli satira kimi anlamaları ilə izah edirdilər. Lorinston Uordun fikrincə, belə səhv anlama fransızların ingilis yumorunu başa düşməmələri olmuşdur.[6]

Piter Firçou isə öz kitabında Kiplinqin Bander-loqunu ABŞ-nin alleqorik təsviri kimi qələmə vermişdir.[1].

Ekranlaşdırlması

[redaktə | mənbəni redaktə et]

Bandar-loq obrazı "Walt Disney Pictures" studiyası tərəfindən 1967-ci ildə ekranlaşdırılmış "Cəngəlliklər kitabı" adlı cizgi filmində peyda olmuşdur. Bu filmin animasiya olunmuş franşizasında onlar tupey stilində saç düzümündə və nəyisə tuta bilən quyruqla təsvir olunmuşdular. Kiplinq öz hekayəsində Bandar-Loqların kralı olmamasını dəfələrlə qeyd etsə də, "Walt Disney Pictures" studiyası film versiyasında onların Kral Lui adlı kralının olmasını vermişdir. O oranqutan idi, lakin reallıqda Hindistanda heç vaxt oranqutan aşkar olunmamışdır. Bandar-loqlar Mauqlini oğurlayaraq, onu kral Luinin yanına aparırlar. Onlar "I Wan'na Be like You" ("Mən də sənin kimi olmaq istəyirəm") musiqi nömrəsində iştirak etdiyi zaman Balu və Bagira Mauqlidən "qırmızı gülün" sirrini açmağı tələb edən Kral Luidən onu xilas etməyə cəhd göstərirlər.

2003-cü ildə çəkilmiş "Cəngəlliklər kitabı 2" cizgi filmində onların başçısı kral Lui yer almamışdır.

2016-cı ildə rejissoru Con Favro olan və Walt Disney Pictures tərəfindən çəkilən "Cəngəlliklər kitabı" fantaziya macəra filmində bandar-loqlar eyni cür meymun növündə yox, müxtəlif hind primatları görkəmində (məhz makak, lanqur və hind hibbonu qismində) təsvir olunmuşdur. Onlar Mauqlini oğurlayaraq kralları olan kral Luiyə "qırmızı gülün" sirrini öyrənmək üçün təqdim edirlər. Bu filmdə kral Lui vaxtilə Hindistan, Tayland, ÇinVyetnamda mövcud olmuş insanabənzər meymun dəstəsi olan [[Gigantopitek kimi təsvir olunmuşdur. 1994-cü ildə çəkilən eyniadlı filmdəki kimi onlar danışmırlar.Onların vokal effekliyi şimpanze və hibbon səslərinin insan səsi ilə qarışdırlması nəticəsində alınmışdır.

Terminin digər mənalarda işlənməsi

[redaktə | mənbəni redaktə et]
  • Fransız bəstəkar Şarl Köklen "Les bandar-log" adlı orkesrt musiqisi bəstələmişdir.[7]
  • "Bandar Log" 1980-ci ildə Marseldə yaradılmış reqbi komandasının adıdır.[8]
  • Baş Kəşfiyyat İdarəsi (Rusiya)ndə xüsusi təyinat bölmələrinin hərbi qulluqçularını hərbi jarqonda "banderloqlar" adlandırırlar. Belə adlanmasına səbəb, onların hazırlığı zamanı akrobatikanın əsaslarını və əcnəbi dilləri dərindən öyrənmələridir.[9]
  1. 1 2 Peter Edgerly Firchow. Strange Meetings: Anglo-German Literary Encounters from 1910 to 1960. CUA Press, 2008. С. 162.
  2. "Р. Киплинг. Охота питона Каа". 2012-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.
  3. "Охота Каа". 2010-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.
  4. 1 2 Parsons, Marnie (1994). Touch Monkeys. University of Toronto Press. pp. 83. ISBN 978-0-80-202983-6
  5. Ю. М. Лотман. О динамике культуры [1992] // Семиосфера. "Искусство-спб", 2000. — 651.
  6. Lauriston Ward. Kipling in France — Parisians Were Slow in Their Appreciation Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine Boston Evening Transcript — Jul 20, 1901
  7. Robert Orledge. Charles Koechlin (1867–1950): his life and works Arxivləşdirilib 2014-09-14 at the Wayback Machine. Psychology Press, 1995. С. 191.
  8. "Le Bandar Log, équipe loisir de rugby vétéran à Marseille". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.
  9. Елена Сизова. "Никто, кроме нас" (газета). «Гвардия России» №4 (19). Российский Союз ветеранов Афганистана. 2004-03. 2007-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-28.
  10. "«Бандерлоги» всё ближе и ближе к советским памятникам | Русский Обозреватель". 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.
  11. http://www.russedina.ru/frontend/heading/ukraine?id=13449[ölü keçid]
  12. http://www.molgvardia.ru/marginal/2008/07/03/678[ölü keçid]
  13. "Бандерлоги на Трубе: хроника самостийности : Аналитика : Накануне. RU". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]