Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səpələng güləvər
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Acosta diffusa (Lam.) Soják Acrolophus diffusus (Lam.) Á.Löve & D.Löve Centaurea ammophila Besser ex DC. Centaurea microcalathina A.O.Tarassov Centaurea myriocephala E.D.Clarke Centaurea myriocephala var. myriocephala Centaurea ovina Pall. ex Steud. Centaurea parviflora M.Bieb. [Illegitimate] Centaurea parviflora Sibth. & Sm. non Lam. Centaurea parviflora auct.
Çərpələng
Çərpələng və ya Uçurtma- ipi olan aviasiya Ümumiyyətlə Çərpələnglərin ilk dəfə təxminən 2800 il əvvəl Çində inkişaf etməsi qəbul edilir.
Pələng
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Səpələnən radiasiya
Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Radiasiya == Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır. == Səpələnən radiasiya == Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər: günəşin üfüqdən yüksəkliyi, atmosferin şəffaflığı, atmosferdə olan suyun miqdarı və vəziyyəti, yer səthinin albedosu. Düz radiasiya artdıqca səpələnən radiasiya da artır.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən, əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir. Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək kimi işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Pələng iqtisadiyyatı
Pələng iqtisadiyyatı (ing. Tiger economy) — yaşayış standartların artması ilə ölkə iqtisadiyyatının sürətli inkişafı. Bu termin ilk dəfə Cənubi Koreya, Sinqapur, Honkonq və Tayvan üçün istifadə edilmişdir (Dörd Asiya pələngi). Belə ki, pələng Asiya simvolikasında əhəmiyyətli sayılır. 1990-cı illərdə bu termin İrlandiya Respublikasına ("Kelt pələngi") tətbiq edilmişdir. Daha sonra Dubay, Rumıniya, Slovakiya və Baltik ölkələri pələng iqtisadiyyatını təkmilləşdirmişlər. 1960-cı illərdə Filippin, Şri Lanka və Myanma "Asiyanın Pələngi" iqtisadiyyatları kimi qəbul edilirdi, çünki hər üç ölkə yüksək inkişaf edirdi. Bununla belə, daxili problemlər hər üç ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxardı.1990-cı illərdə və yenidən 2000-ci və 2010-cu illərdə qısamüddətli tənəzzüldən sonra İsrailin sürətli iqtisadi inkişafı ona pələng iqtisadiyyatı kimi şöhrət qazandırdı və bir qəzetdə "İbrani pələngi" termini adlandırıldı.Banqladeş, Dörd Asiya Pələnginin 1960–1990-cı illər arasında sənayeləşmə yolu ilə bir çox oxşarlıqlar daşıyan yüksək iqtisadi artımı və sənayeləşməsi səbəbindən son illərdə yeni yaranan "Asiya pələngi" kimi təsvir edilmişdir. Digər pələng iqtisadiyyatı Ermənistanın iqtisadiyyatıdır. Ermənistanın 2007–08-ci il maliyyə böhranına qədər göstərdiyi diqqətəlayiq, çox vaxt ikirəqəmli iqtisadi artıma görə o, Qafqaz pələngi kimi ortaya çıxdı.
Pələng köpəkbalığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Pələng pişikləri
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Pələng pişiyi
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Çərpələng uçuran (film)
Çərpələng uçuran rejissor Mark Forster tərəfindən ekranlaşdırılan ABŞ filmi. == Süjet == Filmin süjet xətti əfqan əsilli yazıçı Xalid Hüseyninin eyni adlı romanından götürülmüşdür.
Çərpələng uçuran (roman)
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng II (tank)
Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182). Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar. Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng köpək balığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Polad pələng əməliyyatı
Polad pələng əməliyyatı (ing. Operation Steel Tiger) — Vyetnam müharibəsi zamanı Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Vyetnam Respublikasında (Cənubi Vyetnam) hərbi səylərini dəstəkləmək üçün cənub-şərqi Laos vasitəsilə cənuba doğru hərəkət edən Vyetnam Xalq Ordusunun (VXO) yaraqlılarının və təminatının sızmasına qarşı hədəflənmiş ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxiləsi. Ho Şi Min cığır sisteminin bombalanması 14 dekabr 1964-cü ildə Barrel-Roll əməliyyatının gəlişi ilə başlamışdı. Cənubi Vyetnamda fəaliyyət göstərən alay ölçülü VXO birliklərinin qurulmasına dair artan ABŞ kəşfiyyatı bu ölkədə Amerika hərbi varlığının artması və Yuvarlanan ildırım əməliyyatının başlaması səbəbiylə Vaşinqton və Sayqondakı Amerika planlaşdırıcıları Laosun cənub-şərqinin bombardman edilməsinə qərar vermişdilər. 11 noyabr 1968-ci ildə "Polad pələng" və "Pələng köpək" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Littauer, Raphael and Normon Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972.
Pələng köpək əməliyyatı
Pələng köpək əməliyyatı (ing. Operation Tiger Hound) —Vyetnam müharibəsi zamanı 5 dekabr 1965-ci ildən 11 noyabr 1968-ci ilə qədər Laosun cənub-şərqində məxfi formada həyata keçirilən, ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxilə kampaniyası. Əməliyyatın məqsədi Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Laosun cənub-şərqində Ho Şi Min cığırı vasitəsilə Vyetnam Xalq Ordusunun (VXO) Vyetnam Respublikasının (Cənubi Vyetnam) şimal vilayətlərinə göndərdiyi təchizat axınının qarşısını almaq idi. Qərargah 1 aprel 1966-cı ildə Yeddinci hava qüvvələri tərəfindən əvəzlənənə qədər bu missiyalar əvvəlcə 2-ci hava diviziyası tərəfindən idarə olunurdu. 11 noyabr 1968-ci ildə "Pələng köpək" və "Polad pələng" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Littauer, Raphael and Norman Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972. Schlight, John, A War Too Long. Washington DC: Center of Air Force History, 1993. Van Staaveren, Jacob, Interdiction in Southern Laos: 1960–1968.
"Pələng" Xüsusi Təyinatlı Dəstəsi
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. == Tarixi == "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Pələng Səlim (film, 1978)
"Pələng Səlim" filmi — Rejissor Coşiynin malayalam dilində və 1978-ci ildə çəkdiyi Hindistan filmi. == Film haqqında == Film Rejissor Coşiynin ilk ekran işidir.
Pələng cırmağı (film, 1991)
Pələng cırmağ (ing. Tiger Claws) — 1991-ci ildə döyüş janrında çəkilən filmdir. Filmin büdcəsi qiymətləndirməylə 2,500,000 Kanada dollarıdır. Bu büdcənin qoyulmasında Calal Merhinin böyük rolu vardır. Filmin bir çox səhnələri "Shapiro-Glickenhaus Entertainment" şirkətinin büdcə problemi səbəbindən ayrı-ayrılıqda 3 aya çəkilmişdir. == Məzmun == Bir çox döyüş ustalarını qəddarlıqla öldürən qatil axtarışdadır. Onun axtarış işi Linda Mastersona həvalə edilir. Onun köməkçisi isə Terek Riçardsdır. Terek bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılmış və bu vəzifəni geri qaytarmaq üçün yeni vəzifəsinin üstəsindən gəlməlidir. Onlar naməlum səbəbdən öldürülmüş döyüş ustalarının bədənlərində pələng cırmağına bənzər izləri müşahidə edirlər.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Nataliya Şepelina
Nataliya Şepelina (24 fevral 1981, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Vladislav Şepelev
Vladislav Aleksandroviç Şepelev (rus. Владислав Александрович Шепелев; 19 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Şepelev öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Pələng sağdır (film,2017)
Pələng Sağdır-Əli Abbas Zəfər tərəfindən çəkilmiş antiterrorizm şüarında film.Baş qəhrəman Salman xandır. == Rollarda == Salman Xan — Avinash "Tiger" #Sinq Ratore Katrina Kaif — Zoya Sinq Rathore Sajjad Delafrooz — İŞİD şeyxi Əbu Osman Pareş Rawal — Firdaus ,Tohbaan Angad Bedi — Namit Khanna Kumud Mishra — Rakesh Prajapati Girish Karnad — Senoy,kompüter hakeri Sal Yusuf — Əmir Əbu bəkr Bağdadi Pareş Pahuca — Azan Əkbər Neha Hinq — Mariya Qavi Çahal — Captain Abrar Anupriya Goenka — Poorna Kəşmir İrani — Pakistan əsilli tibb bacısı Sana Anant Vidhat Şarma — Karan Ivan Rodrigues — Hindistanın İraqdakı səfiri Siddhartha Basu — Hindistan XİN Ancana Om Kaşyap Danis Bhatt — Kapitan Javed Xalida Jan Turay — Pakistanlı tibb bacısı Tibb bacısı Naqma Nawab Şah — Pawan Zachary Coffin — Qari Casey Shannon — Sam Jacobs Najmeddin Al Hadad — Hakim Vibhoutee Sharma — Jiya Sartaaj Kakkar — Junior Jineet Rath — Suriya əsilli Həsən Nimash Dulantha == Məzmun == Əvvəlki film hadisələrindən 8 il sonra Tiger və Zoya həm RAW, həm də İŞİD-in gözü qarşısında uzaq bir yerdə, dinc bir həyat sürür. Rəsmi agentliklərinin sənədlərində ölü elan edilmiş Tiger və Zoya, indi evlidirlər və Junior adlı bir oğlu var. Dünya, Tiger və Zoya'nın sonuncusunu təhlükə güclü, hələ naməlum bir düşmən şəklində vurarkən həyatlarını xaosa ataraq gördüklərinə inanır. İraqdakı qaranlıq bir gecədə bir Amerikalı jurnalist, bəzi ISC mühafizəçiləri tərəfindən öldürülməzdən əvvəl CIA-ya xəbərdarlıq mesajı yazır. İkritdə mitinq keçirərkən İSC lideri Əbu Usman İraq Ordusu tərəfindən qolundan vurularaq şəhər xəstəxanasına aparılır. Əbu Usman Hindistan və Pakistan tibb bacılarını girov saxlayır və xəstəxananı öz bazası halına gətirir. ABŞ ordusu Usmanı öldürmək üçün şəhərə hava zərbəsi endirməyə qərar verir. Hindistan tibb bacısı Maria, Bağdaddakı Hindistan səfirliyinə Hindistanın İraqdakı səfirinə zəng edərək hadisə barədə məlumat verdi. CIA, RAW sədri Shenoya tibb bacılarını xilas etmək üçün yeddi gün vaxt verir, bundan sonra hava hücumunu keçirəcəklər.