Nataliya Şepelina (24 fevral 1981, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu.[1]
Nataliya Şepelina | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Nataliya Şepelina | ||||||
Vətəndaşlığı | Rusiya | ||||||
Doğum tarixi | |||||||
Boyu | 166 sm. | ||||||
Su poloçusu məlumatları | |||||||
Mövqeyi | Oyunçu | ||||||
Karyerası | |||||||
|
Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Daha sonra Nataliya Şepelina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.