Pələng köpək əməliyyatı

Pələng köpək əməliyyatı (ing. Operation Tiger Hound) —Vyetnam müharibəsi zamanı 5 dekabr 1965-ci ildən 11 noyabr 1968-ci ilə qədər Laosun cənub-şərqində məxfi formada həyata keçirilən, ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələriABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxilə kampaniyası. Əməliyyatın məqsədi Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Laosun cənub-şərqində Ho Şi Min cığırı vasitəsilə Vyetnam Xalq Ordusunun (VXO) Vyetnam Respublikasının (Cənubi Vyetnam) şimal vilayətlərinə göndərdiyi təchizat axınının qarşısını almaq idi. Qərargah 1 aprel 1966-cı ildə Yeddinci hava qüvvələri tərəfindən əvəzlənənə qədər bu missiyalar əvvəlcə 2-ci hava diviziyası tərəfindən idarə olunurdu.

Pələng köpək əməliyyatı
Tarix 5 dekabr 1965

11 noyabr 1968-ci ildə "Pələng köpək" və "Polad pələng" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır.[1]

  1. Olson, James S. In Country: The Illustrated Encyclopedia of the Vietnam War. Metro Books. 2008. səh. 445. ISBN 9781435111844.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Littauer, Raphael and Norman Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972.
  • Schlight, John, A War Too Long. Washington DC: Center of Air Force History, 1993.
  • Van Staaveren, Jacob, Interdiction in Southern Laos: 1960–1968. Washington DC: Center for Air Force History, 1993.