Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abşeron sayı
Abşeron sayı — Azərbaycan Respublikasının ərazisində, Abşeron arxipelaqının tərkibinə daxil olan dayazlıq. Xəzər dənizinin qərb sahilində, Pirallahı adasından şimal-şərqdə yerləşir. Sayın mərkəzi hissəsində palçıq vulkanı vardır. Burada neft və qaz yatağı aşkar edilmişdir.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Dayə xatın
Dayə xatın — Türkmənistanda orta əsrlərə aid memarlıq abidəsi == Tarixi və memarlığı == Cərco şəhərindən 170 km şimal-qərbdədir. Səhrada, Xorasandan Xarəzmə gedən qədim yolun üstündə yerləşir. Dünya ölkələrinə səmtlənmiş, qülləli divarlarla möhkəmlənmişdirilmiş, kvadrat planlı, çiy və bişmiş kərpiçdən (tağ və günbəzləri) tikilmiş IX əsr- XII əsrlərə aid karvansaradan (və ya ribatdan) ibarətdir. Bir girişi (şimal tərəfdən) vardır və dirəklər üzərində sıratağlarla əhatələnmiş simmetrik planlı, 4 eyvanlı daxili həyətə malikdir. Fasadında nəbati ornamentlər, oyma kərpiç və terrakotadan kitabələr var. Bina planlaşdırılmasına görə erkən ərəb ribatları və Əməvi qəsrlərinə bənzəyir.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Maye
Sızağan və ya Maye — maddənin aqreqat vəziyyətlərdən biri. Onun digər aqreqat vəziyyətlərdə fərqi mexaniki təsir nəticəsində həcmini saxlayaraq formasını dəyişə bilməsidir. Maye maddənin qaz və bərk halı arasında orta haldadır. Mayeni təşkil edən molekulların nizamlı düzülüşü yoxdur, onlar yerlərini sərbəst dəyişir. Mayeləri sıxdıqda molekullar arasında itələmə qarşılıqlı təsirlər artır. Molekullar uzaqlaşdıqda isə bir-birini qarşılıqlı cəzb edir. Bu təsirlər sıvıların həcmini dəyişməyə qoymur. Mayelər formalarını dəyişə bilir, lakin həcmlərini dəyişmir.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Söye
Söye (fr. Seuillet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-sür-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03273. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 478 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 332 nəfər (15-64 yaş) arasında 257 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 77.4%, 1999-cu ildə 72.1%) idi. 257 fəal şəxsdən 238 nəfəri (134 kişi və 104 qadın), 19 nəfəri işsiz idi (11 kişi və 8 qadın). Aktiv olmayan 23 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şayo
Şayo (fr. Chaillot Fransızca tələffüz: [ʃajo]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Marsel Prust Şayoda dünyasını dəyişib. Zəfər tağı Şayoda yerləşir. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
Aye-aye
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Amniotik maye
Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir. İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərin] == İnkişaf == Amniotik maye hamiləlik kisəsinin inkişafı ilə ortaya çıxır. Amniotik maye amniotik kisədə tapılır. Ana plazmasından istehsal olunur və osmotik və hidrostatik qüvvələrin təsiri altında membranlardan keçir. Fetal böyrəklər təxminən 16 həftə işləməyə başladıqda, fetal sidik maye istehsalını da artırır. Əvvəl, amniotik mayenin tamamilə fetal sidikdən ibarət olduğu düşünülürdü. Maye, dölün toxumaları və dərisindən sorulur. Hamiləliyin 22 ilə 25-ci həftəsindən sonra embrionun dərisinin keratinizasiyası baş verir. Bu proses təxminən 25-ci həftədə tamamlandıqda , maye hamiləliyin qalan hissəsi boyunca əsasən fetal bağırsaq tərəfindən əmilir.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Maye (Alye)
Maye (fr. Maillet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 368 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 238 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.6%). Fəal olan 180 nəfərdən 156 nəfər (89 kişi və 67 qadın), 24 nəfər işsiz (14 kişi və 10 qadın) idi. Fəal olmayan 58 nəfər arasında şagird və ya tələbə, 11 nəfər təqaüdçü, 27 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.