Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekstant
Sekstant — iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar. Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir.
Sekstant (bürc)
Sekstant (lat. Sextans) — ekvatorial bürc.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Litsini-Seksti
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Sekst Empirik
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. == Fəlsəfəsi == Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.
Liçini-Seksti qanunu
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Moloqa-Şeksna ovalığı
Moloqa-Şeksna ovalığı (rus. Молого-Шекснинская низменность) — Rusiyada, Moloqa və Şeksna çayları hövzəsində ovalıq. Hündürlüyü 100–120 metrdir. Ovalığın cənub-şərqi hissəsini Rıbinsk su anbarı tutur. Səthi hamardır; şam meşələri, qismən mamırlı bataqlıqlarla örtülüdür. Podzol və qleyli podzol torpaqlar yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Природные ресурсы Молого-Шекснинской низины: Наземные позвоночные. Труды Дарвинского государственного заповедника; Вып. XI (1000 nüs.). Вологда: Северо-Западное книжное издательство.
Ekstaz
Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündən getmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir. Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm (ruhçuluq, bax: tr.vikipediya, spiritualizm) mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir. Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər. Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rekista
Rekista (fr. Réquista, oks. Requistar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12197. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Sebasta
Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi. == Tarixi == Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi. Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur. Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi. Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.
Sevasta
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. == Mənbə == Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.
Zekota
Zekota (gürc. ზეკოტა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 248 nəfər idi. 2014-cü ildə 172 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Seksual
Cinsi əlaqə
Seks və Zen: 3D Ekstaz
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. == Məzmun == Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Vesta
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Avena deusta
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Con Sekson
Con Sekson (əsl adı Karmin Orikko, ing. Carmine Orrico; 5 avqust 1936, Bruklin, Nyu-York ştatı – 25 iyul 2020[…]) — italyan əsilli ABŞ aktyoru. İlk dəfə döyüş filminə Brüs Li ilə çəkilmişdir. Ən yaxşı filmləri sırasıma Əjdahanın çıxışı və Qarağac küçəsində qarabasmaadlı filmləri daxildir.
Daysuke Sakata
Daysuke Sakata (d. 16 yanvar 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mequmi Sakata
Mequmi Sakata (d. 18 oktyabr 1971) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib.
Rekista (kanton)
Rekista (fr. Réquista) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1225. Rekista kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Rekista kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 4 997 nəfər təşkil edirdi.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Seksual kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Seksual oriyentasiya
Cinsi oriyentasiya və ya seksual oriyentasiya — əks cinsdən, eyni cinsdən və ya daha çox genderdən olan insanlara romantik və ya cinsi cazibənin (və ya bunların birləşməsi) davamlı nümunəsi. Bu cazibədarlıqlar ümumiyyətlə heteroseksuallıq, homoseksuallıq və biseksuallıq altında toplanır, lakin aseksuallıq (başqalarına cinsi cazibənin olmaması) bəzən dördüncü kateqoriya olaraq təyin olunur. Cinsi oriyentasiya ilk növbədə biologiya, nevrologiya və psixologiyada (seksologiya daxil olmaqla) öyrənilir, eyni zamanda sosiologiya, tarix (sosial konstruktiv perspektivlər də daxil olmaqla) və hüququn bir mövzusudur. == İstinadlar == == Əlavə ədəbiyyat == Brum, Gil, Larry McKane, & Gerry Karp, Biology: Exploring Life (John Wiley & Sons, Inc., 2nd ed. 1994), p. 663. ISBN 9780471600008. (About INAH-3.) De La Torre, Miguel A., Out of the Shadows, Into the Light: Christianity and Homosexuality (Chalice Press, 2009). Dynes, Wayne, ed., Encyclopedia of Homosexuality. New York & London: Garland Publishing, 1990.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.