Sekst Emprik (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı[3]. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekst Emprik ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.
Sekst Emprik | |
---|---|
Σέξτος Εμπειρικός | |
Doğum tarixi | təq. II əsr[1] |
Vəfat tarixi | təq. III əsr[2][1][…] |
Vəfat yeri | |
Dövr | Roma imperiyası |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekstus Emprikus Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.
Bilindiyi kimi digər antik düşünürlər bilginin əldə olunmasının mümkünlüyünü iddia edirdilər. Sekstus Empirikus isə şübhəçilərin gələnəyini (ənənəsini) sürdürərək iddia edirdi ki, bilgi nisbidir. Ona görə də, problemlərin çözülməsi və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdır[4]. Belə olarsa, insan kamilliyə çatmış olur. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Bu sırada sağlam düşüncəyə özəl yer də verilməlidir.
Qədim zamanlardan başlayaraq duyğular vasitəsi ilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən düşünürlər öz dəlillərini Sekstus Empirikusun kitablarından gətirirdilər. Onun “problemlərin həllindən çəkinmə” prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.