Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. == Tarixi == == Mədəniyyət == Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Soyadı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Soyadı Qanunu (Türkiyə)
Soyad Qanunu (türk. Soyadı Kanunu), hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur. İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə isə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadı, Türkiyədəki şəxslərin şəxsiyyət vəsiqəsinin ayrılmaz bir hissəsi olmuşdur. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir. == Mənşəyi == Qanunun məqsədi, bu vaxta qədər soyad əvəzinə dini, sosial və ailə adlarının yaratdığı müsbət və ya mənfi ayrı-seçkiliyi, məktəb qeydiyyatı, işə qəbul, əgər xidmət, alqı-satqı işlərindəki qarışıqlığı aradan qaldırmaq idi. Bu qanunun davamı olaraq 26 noyabr çıxarılan 2590 saylı qanunla "ağa", "hacı", "hafiz", "hoca", "usta", "bəy əfəndi", "xanım", "paşa" "həzrət" kimi ad və ləqəblərin istifadəsi qadağan edildi. Qanuna görə deyərkən və yazarkən ad öndə soyad sonda istifadə edilməlidir. Ədəbə zidd və gülünc soyadların, qəbilələrin, yad irqlərin və millətlərin adlarını, rütbə və vəzifəni göstərən soyadları soyad kimi götürməyə icazə verilmir.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Poladlı
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Siyablı
Siyablı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Oykonimin düzgün variantının Siyabili olduğu söylənilir. Tədqiqatçılar bu coğrafi adı talış dilinin materialları əsasında “qara ördək“, “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edir, hətta siyablı nəsil adı ilə də bağlayırlar. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Soyadlar
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soğanlı
Soğanlı (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. Soğanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Ziyadlı
Ziyadlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir. == Mədəniyyəti == Kənddə elektron telefon stansiyası var.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Aydın Ziyadlı
Aydın Əbülfət oğlu Ziyadlı (29 yanvar 1951, Bakı) — Sənətşünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1991). == Həyatı == Aydın Əbülfət oğlu Ziyadlı 29 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. Konservatoriyada Lenin təqaüdü ilə oxuyub. 1974-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə tamamlayıb. Aydın Ziyadlı Çerkazov adına Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya institutunun aspiranturasına qəbul olub. 1985-ci ildə tanınmış musiqişünas İzali İosifoviç Zemtsovskinin rəhbərliyi altında "Müasir Azərbaycan musiqisi" adlı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb. Aydın Ziyadlının əsas yaradıcılığı xalq musiqisi ilə bağlıdır. O, xalq musiqisini müxtəlif — tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib.
Boyaqlı (Kəlbəcər)
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı (Ağdam)
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponomiyası == Yaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar". Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir. == Xarici keçidlər == "Ağdam rayonu".
Poladlı (Gədəbəy)
Poladlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, poladlıların bir hissəsi vaxtilə Qarabağdan köçərək Böyük Qaramurad kəndində məskunlaşmış və kəndin indiki ərazisindən binə kimi istifadə etmişdir. Sonralar onların bir qismi burada daimi məskunlaşmışdır. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Poladlı (Qobustan)
Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.
Poladlı (Qubadlı)
Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Coğrafiyası və iqlimi == Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Poladlı (Tərtər)
Poladlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Mamırlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı (dəqiqləşdirmə)
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı bələdiyyəsi
Poladlı bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə
Soğanlı (Nir)
Soğanlı (fars. سوغانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə).
Soğanlı (Piranşəhr)
Soğanlı (fars. سوغان لو‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (89 ailə).
Ziyadlı oymağı
Ziyadlı oymağı — Qacar elinin oymaqlarından biri. == Tarixi == Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu İrəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir.
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Söyüdlü
Söyüdlü (Qars) Söyüdlü (Xoy) — Söyüdlü (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd; Söyüdlü (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd; Söyüdlü (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Söyüdlü (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Söyüdlü (Şörəyel) — Şörəyel mahalında kənd. Böyük Söyüdlü — Azərbaycanın Oğuz rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Söyüdlü (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Söyüdlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Söyüdlü — Gədəbəy rayonu ərazisində dağ. Söyüdlü çay — Kəlbəcər rayonu ərazisində çay. Söyüdlüdərə — Xanlar rayonu ərazisində dağ.
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Böyük Söyüdlü
Böyük Söyüdlü — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati-ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Tarixi == Bu kənd Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən 30 km cənubda, Qəbələ-Oğuz şose yolundan 15 km solda, Türyançayın sağ sahilindən 6 km aralıda, Daşüz silsiləsinin ətəyindədir. Dəniz səviyyəsindən hündürlüyü 500 metrdir. Böyük Söyüdlü türk mənşəli etnotoponimdir. Uyğurların oğuz–türk qrupuna mənsub bir tayfası "söyüd" adlanmışdır. Kürdəmir, Gədəbəy, Cəbrayıl, Neftçala rayonları ərazisindəki Söyüdlü, Söyüdlər adlı kəndlər də həmin etnonim ilə əlaqədardır. Söyüd(t) tayfasının Oğuz rayonunda məskunlaşma tarixi məlum deyil. Kənd Böyük Söyüdlü və Bala Söyüdlü adlanan iki kənddən ibarət olmuşdur.
Seyidli-Ağsaxlı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri. İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb . Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir.
Seyidli (Ağdam)
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi. Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir. == Mədəniyyəti == Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi. == Təhsil == Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.
Seyidli (Mərənd)
Seyidli (fars. سيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (66 ailə).
Seyidli (Qışlaq)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidli (Əhər)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (34 ailə).
Seyidli Məscidi
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid. == Haqqında == Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir. Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür. == Memarlıq üslubu == Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil. Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir.