Aydın Əbülfət oğlu Ziyadlı (29 yanvar 1951, Bakı) — Sənətşünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1991).
Aydın Ziyadlı | |
---|---|
Aydın Əbülfət oğlu Ziyadlı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Elm sahələri | Musiqişünas, alim |
Elmi dərəcəsi | Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1985) |
Elmi adı | Dosent (1991) |
Tanınır | pianoçu, musiqişünas. |
Aydın Əbülfət oğlu Ziyadlı 29 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. Konservatoriyada Lenin təqaüdü ilə oxuyub. 1974-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə tamamlayıb.
Aydın Ziyadlı Çerkazov adına Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya institutunun aspiranturasına qəbul olub. 1985-ci ildə tanınmış musiqişünas İzali İosifoviç Zemtsovskinin rəhbərliyi altında "Müasir Azərbaycan musiqisi" adlı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb.
Aydın Ziyadlının əsas yaradıcılığı xalq musiqisi ilə bağlıdır. O, xalq musiqisini müxtəlif — tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib.
Aydın Ziyadlının pedaqoji sahəsi Konservatoriya ilə bağlıdır. Ömrünün təxminən 30 ilini bu musiqi ocağına həsr edib. 1991-ci ildən dosent kimi elmi-pedoqji işlə məşğul olub. O, uzun müddət Dövlət Konservatoriyasının müəllimi kimi çoxlu sayda tələbələr yetişdirib, yeni musiqişünaslar nəslinin hazırlanmasında mühüm xidmətlər göstərib.
Aydın Ziyadlının tədqiqat işlərinin bir qismi Azərbaycan Dövlət Konservatoriyasının elmi məqalələr məcmuələrində dərc olunub. O, musiqi və folklor problemləri ilə bağlı istər respublikada, istərsə də SSRI miqyasında keçirilən elmi-praktik konfranslarda məruzələr edib,
Aydın Ziyadlı 2003-cü ildən İsveçdə, Stokholm şəhərində yaşayır.
Aydın Ziyadlı Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Konqresin İsveçdəki Mədəniyyət şöbəsinin müdiridir. Onun respublika, eləcə də beynəlxalq miqyaslı yaradıcılıq və mədəniyyət qurumlarındakı səmərəli fəaliyyəti bir daha təsdiq edir ki, o, yalnız tədqiqatçı alim deyil, həm də praktik əhəmiyyətli işlər görən təşkilatçı mütəxəssisdir.
Aydın Ziyadlı Sevinc Süleyman qızı ilə ailə qurub. İsmayıl adlı oğlu, Ayan adlı qızı var.