Seyidli Məscidi

Seyidli məscidiXVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid.

Seyidli məscidi
Xəritə
39°45′19″ şm. e. 46°45′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Telman küçəsi, 16
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5151
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir.[1][2] Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.[3][4]

Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür.

Memarlıq üslubu

[redaktə | mənbəni redaktə et]

Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.[5]

Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.

  1. "Shusha State Historical & Architectural Reserve". 4 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
  2. "Şuşa qalalar şəhəri, muzeylər məskəni idi". 6 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
  3. "Ministry of Tourism - Seyidli mosque". 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
  4. "Shusha - Seyidli mosque". 9 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
  5. Mirmehdi Ağaoğlu. "Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər". ona.az. 17 August 2021. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]