Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stereo
Stereo səs və ya qısaca stereo – insanın eşitmə qabiliyyətinə uyğun olaraq xoş təəssürat yaratmaq üçün səs müxtəlif istiqamətlərdə və simmetrik olaraq yerləşdirilir, iki və ya daha çox müstəqil səs kanala qoşulmuş dinamiklərin köməyi ilə çoxaldılır. Stereo tez-tez mono ("monaural") səsin əksinə deyilir; Monofonik səsdə səs sahəsində mərkəzləşmiş yalnız bir kanal var. Yunan + "φωνή" (' 'phōnē' ': səs, ton) Western Electric 1927-ci ildə A tətbiqi ilə ortaya çıxdı. Məşhur istifadəsində stereo, eyni zamanda bir cüt hoparlör köməyi ilə səsin və ya çoxalmanın 2 kanallı yazılması deməkdir.
Alp stereokaulonu
Alp stereokaulonu (Sterecaulon alpinum Laur. (S. tomntosum Fr. Var. alpinum Th. Fr., S. paschale (L) Hoffm. Var. alpinum Mudd.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallom yastıq formalı, yumşaq və ya sıx çimlər əmələ gətirir. Psevdopodesiləri açıq-boz, hündürlüyü 1-8 sm, qalınlığı 1–2 mm-dir.
Etnik stereotip
Stereotip sözü yunan dilində stereos - möhkəm, tyros - iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər ,əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır.
Melaleuca stereophloia
Melaleuca stereophloia (lat. Melaleuca stereophloia) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Qarpız stereotipi
Qarpız stereotipi — ABŞ-də afroamerikalılar haqqında stereotiplərdən biri. Bu stereotip guya afroamerikalıların qarpıza olan qeyri-adi dərəcədə iştahını ifadə edir. Bu stereotip hətta XXI əsr cəmiyyətində də geniş yayılmışdır. == Tarixi == Qarpızlara ABŞ-də rasizmin identifikasiyası üçün əsas simvol kimi baxılır. Bu stereotiplərin doğruluğu şübhə altına alındığından 1994–1996-cı illərdə afroamerikalılar arasında keçirilmiş sorğuda ölkə əhalisinin 12,5%-ni təşkil edən afroamerikalılardan yalnız 1,1%-nin qarpıza tələbatı müəyyən edilmişdir. Bu stereotipin mənşəyinin naməlum olmasına baxmayaraq, afroamerikalılarla qarpızın assosiasiyası ABŞ-də quldarlıq dövrünə gedib çıxır. Quldarlıq tərəfdarları qarpız yetişdirən sadəlövh afroamerikalıları bu meyvə ilə təsvir etməyi xoşlayırdılar. XIX əsrin son onilliklərindən XX əsrin ortalarına qədər afroamerikalıların qarpızla təsvir edilməsi karikaturalar, kino və musiqidə əbədiləşmiş və məişət mallarında ümumi dekorativ mövzu kimi məşhurlaşmışdır. Hətta, Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyası və ondan sonrakı administrasiya dövründə də onun siyasi rəqibləri tərəfindən irqi ayrı-seçkiliyin simvolu olan qarpızlardan istifadə olunmuşdur. == Populyar mədəniyyətdə == Afroamerikalılarla qarpız arasında əlaqə afroamerikalı menestrellərin oxuduğu mahnılar sayəsində məşhurlaşmışdır.
Stereolitoqrafiya
Stereolitoqrafiya -SL (yunanca Stereos - "bərk, möhkəm" və lithos - "daş və yazmaq" sözlərini birləşməsindəndir) prototiplərin sürətli hazırlama üsulu olub, ən dəqiqidir. O sənayedə tətbiq olunan ilk və hal-hazırda geniş yayılmış RP üsuludur. Üsulunun praktiki tətbiqi eynicinsli mayenin polimerləşdirmə yolu ilə bərk cismə çevirilməsinə əsaslanır. Adından göründüyü kimi bu proses fotopolimerləşməyə əsaslanir. Polimerləşmə prosesi dedikdə, mikro molekulların makromolekullara birləşməsindən ibarət olan zəncirvari proses başa düşülür. Ayrı-ayrı molekulların qarışığından ibarət mayedən (monomerdən) zəncirvari şəkildə bərkimiş süni material alınır. Monomerlər adətən karbohidrat birləşməsindən ibarətdir. Polimerləşmə prosesini üç mərhələyə ayırmaq olar: Başlanğıc; Zəncirvari artma; Sonaçatma. Başlanğıc mərhələdə qətranda olan molekullar xaricdən verilən enerjinin hesabına radikal hissəciklərə bölünürlər. Bu hissəciklər, yəni elektronlar bir-biri ilə cütləşməyə can atırlar.
Stereometriya
Stereometriya (yun "stereos" — həcmi, "metreo" — ölçürəm) — Bu həndəsənin fəzanı öyrənən bölməsidir. Fəzada əsas fiqurlar nöqtə, düz xətt və müstəvidir. Planimetriyadan fərqli olaraq stereometriyada düz xətlərin daha bir qarşılıqlı vəziyyəti — çarpaz düz xətlər mövcuddur. Planimetriyada müstəvi üzərində olan fiqurların xassələri öyrənildiyi halda, streometriyada fəza fiqurlarının xassələri öyrənilir. Stereometriyaya aid məsələlər demək olar ki müxtəlif planimetriyanın qanunları mövcud olan müstəvilərə baxılma yolu ilə həll edilir. == Stereometriyanın aksiomları == Fəzada müstəvi mövcuddur. Hər bir belə müstəvi üzərində planimetriya aksiomları doğrudur. Əgər iki müxtəlif müstəvinin bir ortaq nöqtəsi varsa, onda bu müstəvilər ortaq düz xəttə malikdirlər və onların bütün ortaq nöqtələri bu düz xətt üzərində yerləşir. Fəzada ixtiyari iki nöqtə arasındakı məsafə onların yerləşdiyi hər hansı müstəvi üzərində ölçülməsindən asılı olmayaraq eyniir. Əgər iki müxtəlif düz xəttin ortaq nöqtəsi varsa, onda bu düz xəttlərdən yalnız və yalnız bir müstəvi keçirmək olar.
Stereophonics
Stereophonics — 1992-ci ildə Uelsdə qurulan rok musiqi qrupu.
Stereoqrafik proyeksiya
Stereoqrafik proyeksiya - kristalın kristalloqrafik və optik istiqamətlərinin müstəvi təsvirini vermək üçün işlədilən proyeksiya. Stereoqrafik proyeksiya kristalın mərkəzi nöqtəsindən ixtiyari radiusla ətrafında çəkilən sferanın köməyi ilə əldə edilir. İki cür stereoqrafik proyeksiya olur: xüsusi stereoqrafik və qnomostereoqrafik. Xüsusi stereoqrafik proyeksiya üz və tillər sferanın səthinədək bilavasitə uzadılır. Bu halda üzlər sferada böyük dairələrin qövslərini, tillər — nöqtələr verir. Qnomostereoqrafik proyeksiyada isə üz və tillər onlara normal (perpendikulyar) surətlərlə əvəz olunur (üzlər — radius — normallarla, tillər — onlara perpendikulyar müstəvilərlə). Bunları sferanın səthi ilə kəsişənədək davam etdirdikdə üzlər sferada nöqtə, tillər isə böyük dairələrin qövslərini verir. Nöqtə və qövslər sferanın ekvatorial (proyeksiya) müstəvisinə proyeksiya edilir. Sferanın baş nöqtə adlanan cənub, ya da şimal qütbü sferadakı nöqtələr şüalarla birləşdirilir. Bu şüaların proyeksiya müstəvisini kəsdiyi yerdə sferadakı nöqtələrin proyeksiyası alınır.
Stereotip
Stereotip (q.yun. στερεός "möhkəm", "davamlı" və (τύπος "iz" sözlərindən) — daimi olan, dəyişməz qalan və tez-tez baş verən bir nümunə. Bu çərçivə daxilində müxtəlif kontekstlərdə və müxtəlif mənalarda baş verə bilir. Baş vermiş hadisələrə köklü ideallar əsasında formalaşan münasibət. Bu baxımdan da zərərli ənənələr və şablonlarla sıx bağlıdır. Stereotipli davranışa müvafiq olaraq özünü göstərən, bir şeyə qarşı əvvəlcədən formalaşmış insanın düşünmə dəyərləndirməsi.
Stereokimya
Stereokimya — moklekulların frəza quruluşundan bəhs edən kimyadır. == Xirallıq == Maddələrin mühüm struktur xassəsi xirallıqdır (yun. χειρ "əl" sözündən) və ya güzgü simmetriyasının olmaması — hər hansı bir uyğun gəlməyən obyektə xas olan hadisədir. düz güzgüdə onların xəritəsi ilə. Kimyaçılar güzgü asimmetrik molekulları optik R- və S-izomerlər və ya enantiomerlər adlandırırlar. "Sağ" və "sol" aşağıdakı üsullarla fərqləndirilə bilər:fırlanma bucağının ölçülməsi düzdür qütbləşmiş işıq (enantiomerlər işığı eyni şəkildə, lakin enantiomerlərin adına həmişə uyğun gəlməyən müxtəlif istiqamətlərdə fırlanır); xromatoqrafiya şiral ucluq ilə (məsələn, dekstrinlər); xiral həlledicidə elektroforez; NMR spektrlərinin götürülməsi; fermentlərin istifadəsi. Canlı kimya L-amin turşularını və D-şəkərləri güzgü şəklində olan izomerlərdən üstün tutur. Aydındır ki, molekul assimmetrik olursa, onun atomlarının eyni qaydalı rabitələrlə birləşməsinə baxmayaraq, o atomların fəzada müxtəlif düzülüşündən asılı olasraq izomerlər əmələ gələ bilər. Bu izomerlərə və ya stereoizomerlər deyilir. == Mənbə == M. M. Mövsümzadə "Üzvi kimya", 1959.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Terek
Terek (çay)
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
Acipenser sturio
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb. Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib. Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmiş və 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem bundan bir neçə il sonra Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçildi, o, 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma"da rol aldı.
Stefen Kinzer
Stefen Kinzer (4 avqust 1951, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı və jurnalist. Nyu-York Tayms qəzetinin jurnalistidir. == Karyerası == 1980-ci illərdə Kinzer Mərkəzi Amerikadakı inqilabları və sosial yüksəlişləri yaxından izlədi və "Acı meyvə" adlı və ilk kitabını yazdı. Kitab 1950-ci illərdə Qvatemaladakı hərbi çevrilişlər və destabilizasiyadan bəhs edir.1990-cı ildə Nyu-York Tayms Kinzeri Berlin bürosuna rəhbər təyin etdi. Kinzer 1996–2000-ci illərdə İstanbulda (Türkiyə) yeni qurulan büroda Nyu-York Tayms qəzetinin müdiri olub. ABŞ-yə qayıtdıqdan sonra Kinzer Çikaqoda yerləşən qəzetin mədəniyyət müxbiri oldu, eyni zamanda Northwest Universitetində dərs deməyə başladı . Bundan sonra Kinzer Bostona köçdü və Boston Universitetində jurnalistika və Amerika Birləşmiş Ştatları xarici siyasətini tədris etməyə başladı. Türkiyə, Mərkəzi Amerika, İran və ABŞ-nin 19-cu əsrin sonundan bu günə qədər xarici hökumətləri devirməsi, Ruandanın soyqırımdan sağalması ilə bağlı bir neçə kitab yazmışdır. == Əsərləri == Bitter Fruit: The Story of the American Coup in Guatemala, with Stephen Schlesinger; Doubleday, 1982 Crescent and Star: Turkey Between Two Worlds, Farrar, Straus and Giroux, 2001 All the Shah's Men: An American Coup and the Roots of Middle East Terror, John Wiley & Sons, 2003 Overthrow: America's Century of Regime Change from Hawaii to Iraq, Times Books, 2006 Blood of Brothers: Life and War in Nicaragua, with a new afterword, Harvard University Press A Thousand Hills: Rwanda's Rebirth and the Man Who Dreamed It, John Wiley & Sons, 2008 Reset: Iran, Turkey, and America's Future, Times Books, 2010 Reset also published as Reset Middle East: Old Friends and New Alliances: Saudi Arabia, Israel, Turkey, Iran, I. B. Tauris, 2010 The Brothers: John Foster Dulles, Allen Dulles, and Their Secret World War, Times Books, 2013 The True Flag: Theodore Roosevelt, Mark Twain, and the Birth of American Empire, Henry Holt and Co., 2017.
Sterna acuticauda
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna albifrons
Sterna albistriata
Sterna aleutica
Sterna anaethetus
Onychoprion anaethetus (lat. Onychoprion anaethetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin onychoprion cinsinə aid heyvan növü.
Sterna antillarum
Sterna aurantia
Hindistan susüpürəni (lat. Sterna aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna balaenarum
Sterna bengalensis
Sterna bergii
Sterna bernsteini
Sterna caspia
Sterna dougallii
Çəhrayı susüpürən (lat. Sterna dougallii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna elegans
Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. == Əhalisi == Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərək
Tərək — yağda qovurulmuş şəkər və undan hazırlanan halva növü.
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Qızılxaraba (Əştərək)
Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviran, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimi qeyd edilmişdir. == Toponimi == Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlər. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.