Alp stereokaulonu

Alp stereokaulonu (Sterecaulon alpinum Laur. (S. tomntosum Fr. Var. alpinum Th. Fr., S. paschale (L) Hoffm. Var. alpinum Mudd.) 

Alp stereokaulonu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Alp stereokaulonu
Beynəlxalq elmi adı
  • Stereocaulon paschale

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Tallom yastıq formalı, yumşaq və ya sıx çimlər əmələ gətirir. Psevdopodesiləri açıq-boz, hündürlüyü 1-8 sm, qalınlığı 1–2 mm-dir. Derzoventral qruluşdadır, sbutrata zəif yapışır. Keçə formalı tallomu məsaməlidir. Qarıncıq tərəfdə səciyyəvi şişkincik əmələ gətirir. Fillokladiləri qalındır, ziyilşəkillidir. Sefalodiləri dənəvərşəkilli, yaşılımtıl –bozdur. Apotesiləri az müşahidə olunur, hamar, bəzən az qabarıqdır. Piknidiləri az-az rast gəlinir. Fillokladiləri C6H4(NH2)2 təsirində saralır.[1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Vegetativ çoxalması tallo lövhəcikləri, cinsi çoxalması sporlar vasitəsilədir. Bitki örtüyünün genofondu baxımından əhəmiyyətlidir.[1][2][4]

Zaqatala rayonu Qala, Uzundərə, Punçilov, Qaraqaya, Jixixdaq silsilələrində; Şəki rayonu Qaflan dağ silsiləsində qumsal və daşlı torpaqlarda, qaya və töküntü bitkiliyi arasında, dəniz səviyyəsindən 2600–3100 m yüksəklikdə yayılır.[1][2][3][5]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbbi bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.[1][2][4]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Sürüşməə, erroziya, aşınmalar və antropogen təsirlərdir (intensiv otarılma).[1][2][4]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyalar üzərində daim nəzarət təşkil etmək lazımdır.[1][2][4]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  3. 1 2 Определитель лишайников России, 1996
  4. 1 2 3 4 Tərtibçlərin məlumatları. 
  5.  Новрузов В.С., 1983