Stefen Kinzer (4 avqust 1951[1][2], Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı və jurnalist. Nyu-York Tayms qəzetinin jurnalistidir.
Stefen Kinzer | |
---|---|
Doğum tarixi | 4 avqust 1951[1][2] (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | jurnalist, yazıçı, tarixçi |
stephenkinzer.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərdə Kinzer Mərkəzi Amerikadakı inqilabları və sosial yüksəlişləri yaxından izlədi və "Acı meyvə" adlı və ilk kitabını yazdı. Kitab 1950-ci illərdə Qvatemaladakı hərbi çevrilişlər və destabilizasiyadan bəhs edir.1990-cı ildə Nyu-York Tayms Kinzeri Berlin bürosuna rəhbər təyin etdi. Kinzer 1996–2000-ci illərdə İstanbulda (Türkiyə) yeni qurulan büroda Nyu-York Tayms qəzetinin müdiri olub.
ABŞ-yə qayıtdıqdan sonra Kinzer Çikaqoda yerləşən qəzetin mədəniyyət müxbiri oldu, eyni zamanda Northwest Universitetində dərs deməyə başladı . Bundan sonra Kinzer Bostona köçdü və Boston Universitetində jurnalistika və Amerika Birləşmiş Ştatları xarici siyasətini tədris etməyə başladı. Türkiyə, Mərkəzi Amerika, İran və ABŞ-nin 19-cu əsrin sonundan bu günə qədər xarici hökumətləri devirməsi, Ruandanın soyqırımdan sağalması ilə bağlı bir neçə kitab yazmışdır.