Ceyson Stetem

Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967[1][2]) — ingilis üzgüçü, aktyor və döyüşçü. Bir çox filmdə çəkilmişdir. "Qabağıalınmazlar", "Müharibə" filmlərində rol almışdır.

Ceyson Steytem
ing. Jason Statham
Ceyson Stethem
Ceyson Stethem
Doğum tarixi (56 yaş)
Doğum yeri Böyük Britaniya Böyük Britaniya, Shirbruk
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1998–hal-hazırda
IMDb ID0005458
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyson Maykl Steytem 1967-ci il 26 iyul tarixində Londonda dünyaya göz açıb. Atası müğənni, anası rəqqasə olsa da, valideynlərinin daimi iş yeri olmayıb. Təsadüfı qazancla dolanan valideynlər övladlarını hələ kiçik yaşlarından istənilən yolla pul qazanmağa məcbur edirdilər. Ceysonun 9 yaşı olanda həmyaşıdları arasında peşəkar oğru, dələduz kimi tanınırdı. Küçəyə yalnız oğurluq məqsədi ilə çıxan, oğurladıqlarını məharətlə satan, evə əliboş qayıtmayan Ceyson üçün bu adi hal, həyat tərzi idi. Bütün bunlara rəğmən, Ceyson dərslərini də pis oxumurdu. Ən yüksək qiymətləri isə bədən tərbiyəsi və əmək dərslərindən alırdı. Məktəbin futbol komandasının ən fəal üzvü idi. Yeniyetməlik dövründə isə o, daha çox üzgüçülüyə həvəs göstərir. Milli olimpiya yığmasına üzv olan Ceyson 1992-ci ildə keçirilən dünya çempionatında iştirak edir və yüksək nəticə göstərir. Üzgüçülüklə məşğul olması Ceysonun xarici görkəmini əhəmiyyətli dərəcədə dəyişmişdi. Hündür, qamətli, enlikürək gənc təkcə xanımların yox, reklam menecerlərinin, idman agentlərinin də diqqətini cəlb edirdi.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Tək (film, 2001)
  2. Revolver (2005)
  3. Müharibə (film, 2007)
  4. Qabağıalınmazlar
  5. Qabağıalınmazlar 2
  6. Qabağıalınmazlar 3
  7. Forsaj Hobbs və Shaw

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Jason Statham // The Fine Art Archive. 2003.
  2. Jason Statham // Munzinger Personen (alm.).