Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sulu boya
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Sulu arxipelaqı
Sulu arxipelaqı — Filippin adalarının tərkibinə daxil olan, elə də böyük olmayan adalardan təşkil olunmuş arxipelaq. Mindanao ilə (Filippin) və Kalimantan (Malayziya) adaları arasında yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru uznır. Ümumi uzunluğu 1680 km, sahəsi isə 4068 km²-dir. Adalarda 1 378 162 nəfər yaşayır (2010). == Coğrafiya == Arxipelaqın tərkibinə daxil olan adalar — Basilan, Jolo və Tavi-Tavi və kiçik adalar — Situbu, Panqutaran, Tavitaxi, Tapul, Samales, Pilan. Arxipelaq Mindanao adasından Basilan, Kalimandan adasından isə alis boğazı ilə ayrılır. Şimaldan Sulu, cənubdan isə Sulavesi dənizi ilə əhatələnir. == Əhalisi == Arxipelaqda əsasən Moro xalqı yayılmışdır. Müsəlman filippinlilərə belə rast gəlinir.
Sulu dənizi
Sulu dənizi (ing. Sulu Sea) — Sakit okeanında yerləşən adalar arası dənizdir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimal-şərqdə Filippin arxipelaqı, şimal-qərbdə Plavan adası, cənub-qərbdə Kalimantan adası və cənub-şərqdə Sulu arxipelaqı yerləşir. Dənizin ətrafında dar və dayaz boğazlarla zəngindir. Dənizin ən dərin yeri 5576 metr təşkil etdiyi halda Mindoro boğazıında dərinlik 450 m təşkil edir. Şimalda Cənubi Çin dənizi ,cənub ,cənub-şərqdə Sulavesi dənizi və Mindanao dəniziləri ilə birləşir. İl boyu temperatur yüksək olur, 25-29 s arası dəyişir. Duzluğu 33-34,5 ‰ təşkil edir. Dənizin cənubunda mərcan rifləri yerləşir.
Sulu lay
Suyadavamlı layın üzərində yerləşən və yeraltı suları olan sukeçirən süxur qatıdır.
Sulu sultanlığı
Sulu sultanlığı—1457-ci ildən 1917-ci ilədək Filippində iqtidarda olmuş islam dövləti. == Tarixi == Filippinin İslamiyətlə ilk təması, IX və X əsrlərdə Qırmızı dənizdən Çin dənizinə qədər uzanan və əsas etibariylə müsəlmanların istifadəsində olan millətlərarası dəniz ticarətinə qatılmasıyla başlayır. Bu dönəmdə Ərəb əsilli müsəlman tacirlər inci, ədviyyat kimi malları almaq və Borneodan (Kalimantan) Çinə etdikləri yolçuluq sırasında dincəlmək üçün bəzi Filipin adalarına uğruyurdular. "Tərsila" və ya "silsilə" adı verilən Sulu şəcərə qaynaqları, Tuan Məşaika adında bir Ərəb tacirinin Jolo (Colo) adasına gəldiyini və burada hakim sinifə mənsub bir ailənin qızıyla evlənərək bütlərə pərəstiş edən yerli əhalinin İslamiyəti qəbul etmələrinə səbəb olduğunu bildirməkdə, ancaq bu mövzuda hər hansı bir tarix vermir. İslamiyətin Suluya girişiylə ilgili ilk tarixi bəlgə, Jolo adasındakı Jolo şəhərinin bir neçə mil uzağında, qədimdən Sulu sultanlarının tac geydikləri Bud Datoda olan və Tuan Makbalu adında yabançı bir müsəlmana aid olduğu sanılan 1310-cu il tarixli bir məzar daşıdır. Yenə tərsilalar, Tuan Şərif Övliya da deyilən Kərim əl-Məhdum adında sufi bir Ərəb dəvətçisinin 1380-ci ildə Buansaya (bugünkü Jolo) gələrək məhəlli hakimlərin izniylə digər Sulu adalarını gəzib İslamiyəti yaydığını və Simunul adasındakı Tubig-Indangan şəhərində bir məscid tikdirdiyini bildirir. XV əsrin əvvəllərində Raca Baguinda Əli adında Sumatrali müsəlman bir şahzadə kiçik donanmasıyla Joloya gəlmiş və yerli bir şahzadəylə evlənərək buranı və çevrəsindəki digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra kürəkəni Ərəb dəvətçilərindən Sərif Əbu Bəkir əl-Haşim hakimiyyəti ələ almış və paytaxtı Jolo olan Sulu sultanlığını qurmuşdur (1457). Beləcə siyasi bir güc qazanan İslamiyət qısa müddətdə Sulu arxipelağının digər adalarına da yayılmışdır. Tərsilalar, Mindanao adasının İslamlaşmasını da bir Ərəb ata ilə Johorlu bir Malay şahzadəsinin oğlu olan Şərif Məhəmməd Kabungsuvan adındakı bir dəvətçiyə bağlayırlar.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. == Lazım olan ərzaqlar == Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. == Hazırlanma qaydası-1 == Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Dörd boya problemi
Dörd boya problemi — 1852-ci ildə Frensis Qutri tərəfindən təklif edilmiş riyazi məsələdir, hansı ki, aşağıdakı formada tərtib edilir:
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. == Tarixi == Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.
Ağyataq mineral boya təzahürü
Qozı Körpeş–Bayan Sulu
Qozı Körpeş — Bayan Sulu — XIX əsrin ortalarında yazılmış XIII-XIV əsrlərə aid Qazaxıstan lirik-epik poeması. Poema Sıbanbay, Bekbau, Janak və Şoje kimi akınların şifahi ifası sayəsində populyar idi. Onun təxminən 20 variantı arasında Janakın variantı ən məşhurudur. Yazılı şəkildə ən çox yayılmış versiyalar folklor toplayıcıları Sablukova (1831-ci il), Derbisalinə (1834-cü il), A. Frolova (1841-ci il) və Çokan Vəlixanova (1856-cı il) məxsusdur. Rus dilində poema 1865-ci ildə M. Putintsev tərəfindən nəşr olunmuşdur, daha sonra 1870-ci ildə V. Radlovun "Türk tayfalarının xalq ədəbiyyatı nümunələri" (rus. Образцы народной литературы тюркских племён) toplusunun üçüncü cildinə daxil edilmişdir. == Süjeti == Qozı Körpeş və Bayan Sulunun faciəvi sevgisi haqqında qədim əfsanəyə əsasən, uşaqlıqdan dost olan Sarıbay və Karabay adlı iki şəxs öz uşaqlarını bir-biri ilə evləndirəcəklərinə dair and içdilər və onları doğulmazdan əvvəl nişanlandırdılar. Oğlu doğulmazdan əvvəl Sarıbay ov zamanı vəfat edir. Böyüyən Kozı və Bayan bir-birilərini görməsələr də, nikah razılaşması onları birləşdirir və nəhayət onlar bir-birini sevirlər. Zaman keçir və Karabay həyat planlarını dəyişir.
Tulu (boy)
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Kozı Körpeş və Bayan Sulu dastanı
Kozı Körpeş və Bayan Sulu dastanı — Türk epik ənənəsinin önəmli örnəklərindən sayılan "Kozı Körpeş və Bayan Sulu" dastanının Altay, başqırd, qazax, tatar (Krım-Dobruca, Kazan, Baraba-Sibir) və uyğur türklərinə aid bir çox variantları mövcuddur ki, onlar "Kuzıy Körpeş ilə Bayan Sulu", "Kuzıy Körpes minen Mayanhılıv", "Kuzı Körpe", "Kuzı Körpe bilen Bayansılu", "Kozın Erkeş", "Közüyke", "Boz Körpeş-Qara Göz Ayım" və s. kimi müxtəlif adlarla adlandırılmışdır. Bu mətnlər nəzm, nəzm-nəsr və ya nəsr şəklindədir. Dastanın ən qədim variantı hesab olunan Altay variantını V. V. Radlov XII–XIII əsrlərə aid edir. "Kozı Körpeş və Bayan Sulu" bir çox zəngin motivləri ehtiva edir. Məsələn, sonsuzluq, hamilə maral (qurd), beşik kərtməsi, ad qoyma, qərhəmanın silahlarını alması, yaxşı və pis heyvanlar, formul sayları, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, at, silah və geyim almaq, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s. "Türk dünyasının Romeo və Cülyettası" adlandırılan "Kozı Körpeş və Bayan Sulu" böyük bir məhəbbət dastanıdır. Bu dastana görə uşaqları olmayan iki bəy (xan) övladları dünyaya gələndə onları beşikkərtməsi edirlər. Uşaqlara Kozı və Bayan adını verirlər. Bir müddət keçəndən sonra Kozının atası ölür, Bayanın atası da verdiyi sözdən dönüb başqa bir yerə köçür.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Boza
Boza — darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə "buza" (boza) deyirdilər".
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. == Bioloji xüsusiyyətləri == Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Hoya
Hoya (lat. Hoya) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Qulu
Qulu — kişi adı.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Suluk
Toponimlər
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Mulu
Mulu (Marağa)
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Röya
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Sülü Çiançü
Sülü Çiançü (v. e.ə. 59) — E.ə. 68 - E.ə. 60 arası hakimiyyətdə olmuş şanyüdür. Seçki ilə hakimiyyətə gəlmişdi. Hunlar ən zəif dövrlərindən biri yaşayırdı. Onun dövründə Hunlar Çin və digər qonşuları ilə müharibələri davam etdirir və gücdən düşürdülər. 8 il kimi qısa bir müddət hakimiyyətdə olandan sonra öldü.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. == Sülh və müharibə == İstənilən müharibənin istəyi sülhdür. == Həmçinin bax == Cəmiyyət Nobel Sülh mükafatı BMT == Mənbə == Яндекс.
Süli
Şanyü Süli (v. 140) — Hunların XXXIV şanyüsü. Onun dövrü vətəndaş müharibəsi dövrlərindəndir. Bir çox hunun üsyanı və syenbilərin hücumu ilə keçən bu dövr hunların Çindən asılılığının daha çox artdığı dövrlərdəndir. Süli öləndən sonra yerinə imperatorun seçdiyi şanyü Duluçu keçmişdi.
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.