Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha məşhurdur.
Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot.
Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir.
Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır. Köpik yığılır. Ət bişəndən sonra başqa bir təmiz qazan gətirilir, ətin suyu susgəcdən oraya süzülür. Ət də bu qazana qoyulur. Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xingal. Xingəl bişənədək bir baş soğan təmizləyin, xırdalayın və qızılı qızardın. Şorbanı boşqaba töküb qızarılmış soğani əlavə edin və üstünə nanə tökün. Süfrəyə sirkənin içində xırdalanmış sarımsaqla verilir.
Ətin döş, kürək və ya bel hissəsi götürülüb bişirilir və sümükdən ayrılır. Ayrıca olaraq əvvəlcədən 3–4 saat isladılmış noxud bişirilib bulyona qatılır. Un, yumurta və sudan xəmir yoğrulur, 1 mm qalınlığında yayılır və 2x3 sm ölçüdə kəsilib qaynar bulyonda bişirilir. Hazır olana yaxın üzərinə yağda qızardılmış göyərti qatılır. Süfrəyə verilən zaman üstünə quru nanə səpilir, yanına ayrıca sirkə qoyulur.[1]