Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir. Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. == İnkişaf == 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur. Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Dövlətabad (Kövsər)
Dövlətabad (fars. دولت اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (28 ailə).
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Gültəpə (Kövsər)
Gültəpə (fars. گل تپه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (9 ailə).
Gəlinqaya (Kövsər)
Gəlinqaya (fars. قالين قيه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (30 ailə).
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir. Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
Kövsər çayı
Kövsər çayı — Cənnət çaylarından biridir. Adı Qurani Kərimdə və Məhəmməd (s) peyğəmbərin sirəsində çəkilir. Qurani Kərimdə Allahın Kövsəri Hz. Məhəmmədə verdiyi və bunun Kövsər surəsində olduğu bildirilir. “Həqiqətən, Biz Kövsəri sənə bağışladıq” == Vəsfi == Süd kimi ağ, baldan şirin, torpağı müşkdən ətirli, yaqut üzərində daşınır. “Kövsər Cənnəti bir çaydır. Onun iki qırağı qızıldan, məcrası dürr və yaqutdandır. Torpağı müşkdən ətirli, suyu baldan şirin, qardan ağdır”. Orada Hz. Məhəmmədin (s) hovuzu var.
Ləkvan (Kövsər)
Ləkvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Nüvədi (Kövsər)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (49 ailə).
Nəsirabad (Kövsər)
Nəsirabad (fars. نصيراباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (28 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qaraqışlaq (Kövsər)
Qaraqışlaq (fars. قره قشلاق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (73 ailə).
Quzlu (Kövsər)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (111 ailə).
Rüstəmabad (Kövsər)
Rüstəmabad (fars. رستم اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Üçbulaq (Kövsər)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (6 ailə).
Əhmədabad (Kövsər)
Əhmədabad (fars. احمداباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (49 ailə).
Əliabad (Kövsər)
Əliabad (fars. علي اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (38 ailə).
Əmirabad (Kövsər)
Əmirabad (fars. اميراباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (23 ailə).
Kovsər surəsi
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir: Bismillahir-rəhmanir-rəhim 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! 2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!
Kovsər şəhristanı
Kövsər şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri və Ərdəbil ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Givi şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 27,472 nəfər və ya 16,085 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Daniel Tozser
Dániel Tőzsér (d. 12 may 1985, Szolnok ) — Macarıstanın keçmiş milli futbolçusudur. O, yarımmüdafiə mövqeyində çıxış edib. == Klub karyerası == === Debrecen === Dániel Tőzsér futbolçu karyerasına Debrecen gəncliyində başlayıb. Gənc futbolçu bir dəfə rəsmi matçda Debrecen komandasının formasını geyinib. === Qalatasaray === Tőzsér 2003-cü ildə 17 yaşında Qalatasaray infrastrukturuna transfer olunub. Lakin o, burada qaldığı il ərzində A komandası ilə heç bir rəsmi oyun keçirməyib. 2003-2004 mövsümünün sonunda Tőzsér Macarıstanın Ferencváros klubu ilə peşəkar müqavilə imzaladı. === Ferencvaros === Tőzsér Ferencváros klubunda uğurlu 2 mövsüm keçirdi və burada ilk dəfə peşəkar müqaviləsini imzaladı. Komandanın baş məşqçisi Bobbi Davison Tőzsér haqqında fikirlərini "Macarıstanlı Frenk Lempard" sözü ilə ifadə edir.
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Gövhər
Gövhər — Azərbaycanlı qadın adı. Gövhər Qazıyeva — Azərbaycanın ilk peşəkar aktrisası. Gövhər Cəfərzadə — Gövhər Həsənzadə — Azərbaycan bəstəkarı. Gövhər ağa — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Kövsəc
Kövsəc — Azərbaycanın bir çox yerində yayılmış mərasim. == İcrası == Kövsəc mərasimi qırovdüşən ayda icra edilirdi. Özünü gülməli kökə salmış bir nəfəri təlxək geyimində qatıra mindirir, sonra da kəndi gəzdirib camaata deyirdilər ki, bu gördüyünüz adam qışın düşmənidir. Yan-yörədəkilər onun üstünə su səpir, qar atır, ətrafında məzəli oyun və əyləncələr göstərirdilər. O isə bir əlində tükü yolunmuş qarğa, o biri əlində isə yelpik tutub yellədir, saymazyana "istidir, istidir, heç vecimə deyil" — deyə-deyə hay-küy salardı. Bu mərasimin bilavasitə qış fəsli ilə bağlı olması ayində istifadə olunan vasitələrdən də bəlli olur. Burada üst-başı cır-cındırlı kimsə əbəs yerə əlində tükü tökülmüş qarğa müqəvvası tutmur. Bilindiyi tək, el arasında qarğanın "qarr-qarr" oxuması, onun qarı, qışı çağırması kimi yozulur. Bundan savayı, qış ilin barsız-bəhərsiz fəsli sayıldığı üçün doğub-törəməyən, nəsil artırmayan qatırın onun simvolu olaraq alınması, nəhayət, noxtalanıb minilməsi də təbii təsir bağışlayır. == İstinadlar == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.