Kövsər (fars.کوثر, “şimşək”)[1], ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının[2][3] modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir.[1][4]
Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər.[5] İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”.[6] Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir.[7][8]
3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir.[9] Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir.[10] Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur.[11]
Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır,[12] lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
İran mətbuatı bildirirdi ki, Kövsər qırıcıları üçün baza modeli ABŞ istehsalı olan Northrop F-5 təyyarələri olmuşdur, eyni zamanda müsəlman bir millət[13] tərəfindən hazırlanan ilk döyüş təyyarəsi olduğu üçün təyyarə dördüncü nəsil döyüş təyyarəsi mükafatına layiq görülməlidir.[14]
İranın xaricində olan media qrumları Kövsəri F-5-in köhnəlmiş bir versiyası kimi qəbul edərək ona istehza edilmişdir. Tayvan istehsalı olan AIDC AT-3 ilə müqayisələr edilmişdir.[15][16][17]
IISS-in hərbi aviasiya üzrə böyük zabiti olan Douglas Barrie bildirir ki, iranlılar F-5 qırıcısını baza modeli olaraq götürdükləri bu təyyarədə yeniliklər və dəyişikliklər həyata keçirmişdirlər.[18] Ayrıca olaraq o bildirir ki, İran reaktiv mühərriki əldə edə bilməmişdir, buna görə də köhnə mühərriklərdən və elektron vasitələrdən istifadə etmişdir.[19]
Bununla da, İran hərbi embarqolara məruz qaldığı ABŞ-dən həm də intellektual mülkiyyət oğurlamışdır.
26 noyabr 2018-ci ildə İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri olan Abdoklarim Banitarafi bildirmişdir ki, İran Kövsər təyyarələrini ixrac etməyə hazırdır və bu haqda Rusiya, Çin və İndoneziya ilə danışıqlar aparılır.[20]